Netanyahu: 48 israilli girovdan 20-nin sağ olduğuna inanıram
İsrail Baş nazir Binyamin Netanyahu Qəzzadakı girovlardan 20-nin hələ də sağ olduğuna inandığını qeyd eidb. “Report”un məlumatına görə, Netanyahu bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb. HƏMAS tərəfindən saxlanılan 48 girovdan 20-nin hələ də sağ olduğuna inanıb-inanmadığı soruşulduqda baş nazir cavab verib: “Bəli, inanıram.” “O girovların hamısını – sağ və ölü olanları azad etmək öhdəliyimiz var,” – deyə o əlavə edib. “İndi dünyadakı hər bir ölkə HƏMAS-a bir şey deməlidir: “Girovların hamısını azad edin və silahlarınızı yerə qoyun. Əgər bunu etsəniz, müharibə dərhal sona çata bilər”, – deyə Netanyahu…
Read More