Kaliforniyanın San-Fransisko məhkəməsi istifadəçilərin məxfilik hüquqlarının pozulmasına görə Google korporasiyasının 425,7 milyon dollar təzminat ödəməsinə dair qərar çıxarıb. Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, iddia 2020-ci ildə qaldırılıb. İttiham tərəfinin dediyinə görə, 2016-cı ildən başlayaraq Google, hətta cihaz parametrlərində “Veb və Tətbiq Fəaliyyəti” seçimi deaktiv edilmiş olsa belə, üçüncü tərəf proqramlarından istifadəçi məlumatlarını toplayıb. Münsiflər heyəti korporasiyanı istifadəçi məxfiliyini pozmaqda təqsirli bilib, lakin Kompüter Fırıldaqlığı və Sui-istifadə Aktını pozmaq ittihamlarını rədd edib. Münsiflər heyəti istifadəçilərə dəymiş ziyanı 425,7 milyon dollar qiymətləndirib. Bu, iddiaçıların tələb etdiyi 31 milyard dollardan çox azdır,…
Read More