Dünya 

Korsikada Fransa əleyhinə nümayiş – Polisdən sərt müdaxilə – VİDEO

Korsika adasında Fransa əleyhinə nümayiş keçirilib. “Haber Global”ın məlumatına görə, Fransadan müstəqillik tələb edən korsikalılar kütləvi şəkildə etiraz edərək öz səslərini dünyaya çatdırırlar. Lakin onların haqlı tələbləri Fransa polisinin sərt müdaxiləsinə səbəb olur. Bildirilir ki, Fransa Prezidenti Emmanuel Makronun administrasiyası etirazçıların diqqət mərkəzində olub. Belə ki, nümayişçilər hökumətdən “Nazione” partiyasının həbsdə olan üzvlərinin azad edilməsini tələb ediblər. Daha ətraflı “Haber Global”ın reportajında:  

Read More
Dünya 

Dünyada piylənmədən əziyyət çəkən insanların sayı AÇIQLANDI: Şok rəqəm

1500 nəfərdən ibarət alimlər qrupu 1990-cı ildən 2022-ci ilə qədər dünyada insanların çəkisi ilə bağlı araşdırma aparıb. Araşdırma “The Lancet” tibb jurnalında dərc edilib. Onların hesablamalarına görə, 2022-ci ilə qədər piylənmədən əziyyət çəkən insanların ümumi sayı 1 milyardı keçib. Beləliklə, böyüklərdə təxminən iki dəfə, uşaqlarda isə dörd dəfə artım müşahidə olunub. Piylənmə dünyada böyüklərin təxminən 16%-ni və uşaqların 8%-ni əhatə edir. Artıq çəkidən əziyyət çəkən insanların sayı 2022-ci ildə təxminən 2,5 milyard olub. Mikrodövlətlər və Sakit okean əraziləri, eləcə də Yaxın Şərqin bəzi ölkələri piylənməsi olan insanların sayına görə liderlik…

Read More
Dünya 

Türkiyədə xəstəxana binasına silahlı hücum: Ağır yaralılar var – FOTO/VİDEO

Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub. Xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb. İlkin məlumata görə, 7 nəfər yaralanıb. Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. Atəş edənlər qaçıblar və axtarışları davam edir. Xəsarət alan 7 nəfərə xəstəxanada tibbi yardım göstərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib. Hadisə ilə bağlı istintaq işi başlanılıb.   Mənbə: NTV.com.tr

Read More
Dünya 

Rusiyadan Ermənistanın daha bir məhsulunun idxalına QADAĞA

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) laboratoriya monitorinqi zamanı Ermənistandan qırmızı kürü və Belarusdan ət məhsullarının tədarükü zamanı pozuntular aşkarlayıb. Məlumata görə, Ermənistanın “Max Fish” şirkətinin qırmızı kürüsündə koliform bakteriyaları aşkar edilib. Bununla əlaqədar olaraq, bu müəssisədən kürü tədarükünə müvəqqəti məhdudiyyətlərin tətbiqi qərara alınıb. Bundan başqa, Belarusun “Belfood Production” MMC-nin istehsal etdiyi ət konservlərinin tərkibində antibakterial preparatlar – ketoprofen, meloksikam və fluniksin aşkar edilib. Qaydalara görə, konservlərdə belə preparatların olmasına icazə verilmir. “Rosselxoznadzor” bu müəssisənin məhsullarına təkmilləşdirilmiş laboratoriya nəzarətini tətbiq etmək qərarına gəlib. Oxşar tədbir kəsilmiş mal…

Read More
Dünya 

Güneyli milli fəallar: “Mənim səsim, Azadlıq, Ədalət, Milli Hökumət” – FOTO

Güney Azərbaycan Milli Hərəkatının fəalları Ərdəbil şəhərində vərəqələr paylayaraq, İranda bu gün keçirilən Dini Ekspertlər Şurası Məclisinə (Məclise-Şuraye-Xübreqan) və İran Məclisinə seçkisinə etirazlarını bildiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Qeyd olunur ki, vərəqələrdə “Mənim səsim”, “Azadlıq, Ədalət, Milli hökumət” şüarları yazılıb. Milli fəallar bu vərəqələri paylamaqla şüarlarının gerçəkləşməsini arzuladıqlarını vurğulayıb, o cümlədən keçirilən parlament seçkilərini boykot ediblər.

Read More
Dünya 

“Haber Global”da Fransanın müstəmləkə siyasətinin qurbanı olan Korsika adasından süjet yayımlanıb – VİDEO

Türkiyənin “Haber Global” televiziya kanalında Fransa polisi tərəfindən Korsikada saxlanılan “Nazione” azadlıq hərəkatının üzvləri barədə süjet yayımlanıb. Süjetdə qeyd olunur ki, korsikalı fəalların saxlanılması adada Emmanuel Makron hakimiyyətinə qarşı etirazlara səbəb olub. Korsika adasından yayıma qoşulan kanalın müxbiri hazırda adada yaşanan son hadisələr barədə məlumat verib. O qeyd edib ki, təxminən 350 minə yaxın əhalisi olan Korsika adası daim Fransanın müstəmləkə siyasətinin qurbanı olub. Qeyd edək ki, Korsika adası Fransanın Aralıq dənizində yerləşən xüsusi statuslu ərazisi, Qvadelupa isə Karib dənizinin şərq hissəsində yerləşən dənizaşırı ərazisi hesab olunur. Hər iki ərazi…

Read More
Dünya 

Makronun boşboğazlığı Ukraynanın acınacaqlı vəziyyətini ağırlaşdırıb

Fransa Prezidenti Emmanuel Makronun NATO ölkələrindən Ukraynaya hərbi personal göndərilməsinin mümkünlüyünü elan etməsindən sonra Kiyevdə vəziyyət daha da pisləşib. Bu barədə Amerikanın “Politico” nəşrində dərc olunan məqalədə bildirilib. Müəllifin sözlərinə görə, Makron dəfələrlə verdiyi bəyanatlardan sonra geri çəkilməli olub, onun axırıncı səhv addımı isə Ukraynanın acınacaqlı vəziyyətini daha da ağırlaşdırıb. Nəşrdə bildirilib ki, fransalı siyasətçilər Makronun Rusiyaya güclü strateji siqnal göndərmək və Qərbi Kiyevə dəstəyi artırmağa sövq etmək istədiyinə inanırlar, ancaq Makronun niyyəti tam iflasa uğrayıb – sözləri tərs effekt verib; NATO qoşunlarının Ukraynada münaqişəsi zonasına göndərilə biləcəyinin qeyd edilməsi Makronun…

Read More
Dünya 

Moskvada Aleksey Navalnının dəfn mərasimi keçirilir – VİDEO

Moskvada həbsxanada həyatını itirən rusiyalı müxalifətçi Aleksey Navalnının dəfn mərasimi keçirilir. Məlumata görə, onun dəfninə yüzlərlə insan gəlib. Onlar mərhum siyasətçinin tabutunu “Navalnı” qışqıraraq alqışlayıblar. Mərhumla vida mərasimi bitəndən sonra onu bu gün ziyarət üçün bağlı olan Borisovski qəbiristanlığında dəfn edəcəklər. Qeyd edək ki, 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında fevralın 16-da vəfat edib. Mənbə: meduza.io

Read More
Dünya 

Fransanın XİN başçısı Emmanuel Makronun dediklərini təkzib etdi

“Fransa öz qoşunlarını Ukraynaya göndərmək niyyətində deyil”. Bunu Fransanın “Inter” radiosunun efirində respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Stefan Sejurne deyib. O, ölkə Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı dediklərini təkzib edib. “Fransızlar Ukrayna uğrunda ölməyəcəklər. Biz döyüşə qoşun göndərməyəcəyik”, – deyə o vurğulayıb. Qeyd edək ki, Makron bir müddət əvvəl bildirmişdi ki, ehtiyac olarsa, Avropa İttifaqı Ukraynaya qoşun göndərə bilər. Bu açıqlama Avropada liderləri arasında ciddi narazılığa səbəb olub. Hətta mediada yayılan məlumata görə, bəyanat Almaniya kansleri Olaf Şoltsla Makron arasında açıq düşmənçiliklə nəticələnib.

Read More
Dünya 

Araşdırma: Kola, çips və fast-fud kokain qədər asılılıq yaradır

Bəzi ultra emal olunmuş qidalar siqaret və kokain kimi asılılıq yaradır. ARANTV.AZ  xarici mediaya istinadla xəbər verir ki, elm adamları şəkər, süni dadlandırıcılar, aşqarlar və ləzzətlər əlavə edilmiş sənaye üsulu ilə işlənmiş qidaların niyə bu qədər populyar və yüksək dərəcədə asılılıq yaratdığını araşdırır. Söhbət şirin qazlı içkilərdən, dənli bitkilərdən hazırlanan səhər yeməklərindən, çipslərdən, şokoladdan, fast-fudlardan və normada istehlakı çətin olan digər qidalardan gedir. “The BMJ”-də dərc olunan araşdırmaya görə, elm adamları zərif karbohidratların və ya yağların birlikdə istehlak edilən nikotin və spirtlə eyni hüceyrədənkənar dopamin ifrazına səbəb olduğunu bildirirlər. Təbii…

Read More