Dünya 

Ermənistandan “Zvartnots” hava limanı ilə bağlı Rusiyaya açıq mesaj

“Rusiya sərhədçilərinin İrəvanın “Zvartnots” beynəlxalq hava limanında mövcudluğu hakim Vətəndaş Sazişi Partiyasının gündəmindədir”. Bu açıqlama ilə Ermənistan parlamentinin “Vətəndaş Sazişi” fraksiyasının katibi Artur Ovanisyan çıxış edib. “Cəmiyyətin əksəriyyəti kimi, biz də bu məsələdən narahatıq”, – deyə Artur Ovanisyan vurğulayıb. O əlavə edib ki, hazırda Rusiya sərhədçilərinin hava limanındakı xidməti fəaliyyəti ətrafında müzakirələr aparılır, nəticəsi barədə səlahiyyətlilər vətəndaşları məlumatlandırırlar. Məlumat üçün əlavə edək ki, İrəvanın “Zvartnots” beynəlxalq hava limanı Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Rusiyanın “IrAero” aviaşirkəti Omsk-Bakı reysinə başlayacaq

Rusiyanın “IrAero” aviaşirkəti Omsk-Bakı reysi üçün biletlərin satışına başlayıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti məlumat verib. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də həyata keçiriləcək. Omskdan uçuşlar həftənin ikinci günləri yerli vaxtla saat 04:00-da, Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş yerli vaxtla saat 05:30-da həyata keçiriləcək. Paytaxtdan uçuşlar həftənin birinci günü Bakı vaxtı ilə saat 21:20-də, Omska eniş isə yerli vaxtla saat 02:50-də həyata keçiriləcək. Qeyd edilib ki, Bakı ilə Omsk arasında sonuncu dəfə birbaşa uçuşlar 2014-cü ildə həyata keçirilib. Mənbə: Oms.aero

Read More
Dünya 

Aİ-nin səkkiz ölkəsi Navalnının ölümü ilə bağlı yeni sanksiyaların tətbiqi üçün lobbiçilik edir

Avropa İttifaqının (Aİ) səkkiz ölkəsi Aleksey Navalnının ölümünə görə Rusiya rəsmilərinə qarşı yeni sanksiyaları hazırlamaq üçün diplomatik səylər göstərir. Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə fevralın 28-də göndərilən məktubu Çexiya, Polşa, Rumıniya, Finlandiya, İsveç, eləcə də Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri imzalayıb. Məlumata görə, Aİ-nin daha dörd ölkəsi bu ideyanı dəstəkləsə də, sənədi imzalamaqdan imtina edib. Mənbə: Politico

Read More
Dünya 

Alen Simonyan: “Ermənistanın KTMT-dən çıxması istisna deyil”

“Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarında deyil”. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinq zamanı deyib. “Hər hansı bir vektorun və ya buna bənzər bir şeyin dəyişdirilməsindən söhbət getmirdi. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq qərarı yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bu barədə danışır, belə bir tələb irəli sürür”, – deyə Simonyan bildirib. Mənbə: TASS

Read More
Dünya 

Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir

Qazaxıstan bu gecədən vahid saat qurşağına keçir. Hökumətin qəbul etdiyi qərara əsasən, fevralın 29-dan martın 1-nə keçən gecə ölkənin qərb bölgəsi istisna olmaqla, digər ərazilərdə saatlar bir saat geri çəkiləcək. Beləliklə, ölkə tamamilə qərb hissədə istifadə olunan saat qurşağına keçəcək. Vətəndaşların mobil telefonlarına saat qurşağının dəyişdirilməsi ilə bağlı məlumatlar göndərilib. Təyyarə və qatarların hərəkət cədvəli ilə bağlı isə “təcili xətt” yaradılıb. Banklar mobil tətbiqlərdə bəzi xidmətlərə girişdə məhdudiyyətlərin ola biləcəyini elan ediblər. Mənbə: Vecher.kz

Read More
Dünya 

Pakistanda yeni baş nazir seçiləcək

Pakistan Milli Assambleyasının (parlamentin aşağı palatası) üzvləri bazar günü ölkənin yeni baş nazirini seçəcəklər. Bu barədə Milli Assambleyanın Katibliyi məlumat yayıb. Məlumata görə, yeni hökumət başçısının müəyyənləşməsi üçün seçkilər martın 3-də keçiriləcək. Bu vəzifə uğrunda Milli Assambleyaya seçkilərdə müstəqil namizəd kimi qalib gələn Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır. Cümə axşamı 16-cı Milli Assambleyanın ilk iclası keçirilib və bu iclasda yeni seçilmiş deputatlar and içib. Qeyd edək ki, parlamentdəki hakim koalisiyaya Pakistan Müsəlman Liqası rəhbərlik edir. Mənbə: TASS

Read More
Dünya 

Qırğızıstanda ölünün yandırılmasına icazə verildi

Qırğızıstanın şəhərlərində dövlət krematoriyaları tikiləcək. Bu barədə Joqorku Keneşin (dövlət qanunverici orqanı – red.) deputatı Marlen Mamatəliyev məlumat verib. O, krematoriyalarla bağlı bəndin bu yaxınlarda qəbul edilmiş “Dəfn və dəfn işləri haqqında” Qanunda olduğunu bildirib. “Bizdə elə insanlar var ki, öldükdən sonra yandırılmağını istəyirlər. Yeni qanun krematoriyaların tikilməsini nəzərdə tutur. Onlarda təkcə insanların cəsədlərini deyil, bəzi xəstəlikləri olan ölü heyvanları da yandıracaqlar”, – deyə deputat əlavə edib. Onun sözlərinə görə, krematoriyalar dövlət hesabına və yalnız şəhərlərdə tikiləcək, lakin hələlik dəqiq sayı məlum deyil. “Altı ay ərzində əlavə hüquqi akt və…

Read More
Dünya 

Gürcüstan prezidenti Saakaşvilinin əfvindən DANIŞDI

“Məhbus Mixail Saakaşvilinin əfv edilməsi ilə bağlı qərar dövlət başçısının mənəvi məsuliyyətindədir və buna heç kim təsir edə bilməz”. Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabaşvili Saakaşvilinin əfv olunmasının mümkünlüyü ilə bağlı fikir bildirərkən deyib. “Mən bu məsələyə münasibət bildirmirəm. Bu, mənim özümün verəcəyim və buna görə cavabdehlik daşıyacağım mənəvi bir qərardır. Bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”, – deyə Zurabişvili bildirib. O qeyd edib ki, ölkədə azad və ədalətli parlament seçkisinin keçirilməsi eks-prezidentin əfv olunub-olunmamasından asılı deyil. Zurabişvilinin sözlərinə görə, Saakaşvili real səbəblərdən həbsdədir. “Bu o…

Read More