Dünya 

Paşinyan KTMT-dən çıxmaqla hədələdi

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması Ermənistanın burada KTMT-də daimi nümayəndəsinin olmaması, yüksək səviyyəli tədbirlərdə iştirak etməməsi deməkdir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib. “Təşkilat öz öhdəliklərini yerinə yetirməsə, Ermənistan KTMT-yə üzvlüyünü hüquqi olaraq donduracaq” – o bildirib. Mənbə: TASS

Read More
Dünya 

Zaxarova Paşinyanın Rusiyaya qarşı səsləndirdiyi ittihamlara cavab verdi – VİDEO

“Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın guya bu ölkədə dövlət çevrilişinə çağırışları ilə bağlı dediyi sözlərin heç bir əsası yoxdur, Moskva heç vaxt belə şeyə hətta eyham belə vurmayıb”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə söyləyib. Diplomat qeyd edib ki, Rusiya rəsmiləri heç vaxt qanuni yolla seçilmiş hakimiyyəti devirməyə çağırış etməyiblər. Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi həm İrəvanın indiki hakimiyyətinə, həm İrəvanın əvvəlki hakimiyyətlərinə, həm də ümumiyyətlə, istənilən suveren dövlətə münasibətdə oxşar yanaşma nümayiş etdirib. Mənbə: TASS

Read More
Dünya 

Zaxarova: “Rusiyalı sərhədçilərin çıxarılmasına dair Ermənistandan hər hansı tələb almamışıq” – VİDEO

“Rusiya hakimiyyəti erməni həmkarlarından İrəvanın Zvartnos hava limanında rusiyalı sərhədçilərin işinin dayandırılması barədə tələb almayıb”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. “Milli Məclisin spikerinin qaldırdığı mövzulara nə dərəcədə cavabdeh olduğu bəlli deyil. Biz bununla bağlı Ermənistan hakimiyyətindən hər hansı sorğu almamışıq”, – deyə Zaxarova qeyd edib. XİN nümayəndəsi əlavə edib ki, Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanın rusiyalı sərhədçilərin İrəvanın Zvartnos hava limanından çıxarılmasının zəruriliyi ilə bağlı sözlərini qeyri-dost davranışının növbəti nümunəsi kimi nəzərdən keçirir. Mənbə: TASS

Read More
Dünya 

Maksim Qalkinin dəbdəbəli qəsri əlindən alınır? – FOTO

Rusiyada xarici agent siyahısına daxil edilən artist, yumorist və şoumen Maksim Qalkin ona məxsus olan qəsri itirə bilər. Belə ki, Qalkinin Moskva yaxınlığındakı Qryazi kəndində yerləşən qəsri müsadirə edilə bilər. Rusiya Baş Prokurorluğuna Silahlı Qüvvələr haqqında saxtakarlığa görə əmlakın müsadirə edilməsi haqqında yeni qanunla bağlı belə bir müraciət daxil olub. Bildirilir ki, xaricə gedən yumorist demək olar, bütün kontentini Rusiya ordusunu və müharibəni gözdən salmaq üzərində qurur. Qalkin öz çıxışlarında Rusiya qoşunlarını Ukraynadakı cinayətlərdə ittiham edir. O, Buçadakı vəhşiliklər, yerlə-yeksan edilən Mariupol, Odessaya raket hücumları və s. bağlı söhbətlər edir.…

Read More
Dünya 

Mariya Zaxarova: “Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşır”

“Qərb ölkələri ilə Ukrayna arasında təhlükəsizlik təminatlarına dair razılaşmalar Rusiya ilə uzunmüddətli qarşıdurmaya hesablanıb”. Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. Rusiyalı diplomat vurğulayıb ki, Qərbin Volodimir Zelenski iqtidarına dəstəyi və Kiyevə göstərilən hərbi yardımı onun Rusiyaya qarşı apardığı hibrid müharibəsinin növbəti mərhələsidir. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi məğlub olacaq. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan tələb edir ki,…

Read More
Dünya 

Rusiya hərbçiləri çaşqınlıq içində: Aşkarladıqları qurğu bütün elektron cihazları “söndürür”

Rusiya hərbçiləri Kremennaya (Luqansk) ərazisində əvvəllər məlum olmayan elektron mübarizə sistemlərini (EMS) müəyyən ediblər. Bu barədə istefada olan rusiyalı polkovnik-leytenant Andrey Maroçko öz mənbələrinə istinadən xəbər verib. Onun sözlərinə görə, Ukrayna ordusu qurğulardan Qərb radarları ilə birlikdə fəal istifadə edir. “Kremennayanın qərbində Ukrayna Silahlı Qüvvələri elektron mübarizə sistemlərindən və ABŞ-nin “AN/TPQ-50” əks-batareya radar stansiyalarından fəal şəkildə istifadə edir”, – deyə o vurğulayıb. Maroçko elektron mübarizə sistemlərinin yaxşı xüsusiyyətlərə malik olduğunu və geniş diapazonda fəaliyyət göstərdiyini qeyd edib. Mənbə: RİA Novosti

Read More
Dünya 

Türkiyədə kənd qar uçqununun altında qalıb – FOTO

Türkiyənin Bingöl vilayətinin Yenisu kəndi qar uçqunun altında qalıb. Hadisədən dərhal sonra kəndə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) axtarış-xilasetmə qüvvələri və polislər cəlb ediliblər. Daxil olan məlumata görə, bir nəfər kənd sakini itkin düşmüş hesab olunur. Hazırda həmin vətəndaşın tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.   Mənbə: Haber Global

Read More
Dünya 

Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları planlaşdıran qadın terrorçu zərərsizləşdirildi – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Kamışlıda keçirilən əməliyyat zamanı YPG/YPJ-nin terror təşkilatının üzvlərindən olan Emine Seyid Ahmedi zərərsizləşdirib. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, “Azadi Derik” kod adlı, suriyaəsilli Emine Seyid Ahmed 2011-ci ildə terror təşkilatına qoşulub. Onun Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı əməliyyatları planlaşdırdığı müəyyən edilib. Terror təşkilatının raketlərlə təminatı və istifadəsinə məsul olan Emine “Zeytin dalı” əməliyyat bölgəsində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları ilə bağlı təlimatlar verib. Onun, həmçinin, Kilisdə mülki əhalini hədəf alan raket hücumlarına dair təlimatlar verdiyi məlum olub.   Mənbə: Anadolu

Read More
Dünya 

İtalyan siyasətçi Makronu “Aİ-nin kokain lideri” adlandırdı – FOTO

İtalyan siyasətçi Ancelo Culiano Fransa Prezidenti Emmanuel Makronu “Aİ-nin kokain lideri” adlandırıb və onun boş çıxışlarının heç nəyi dəyişməyəcəyini deyib. Bu barədə o, özünün “X” hesabında Makronun Aİ-nin Ukraynaya qoşun göndərilməsini müzakirə etdiyi barədə bəyanatını şərh edərkən deyib. “Yeganə izahat budur ki, NATO uduzub. O, danışıqlar aparmalı və simasını itirməməlidir. “NATO-nun Rusiyaya böyük təzyiq göstərməsinin (çalışmasının) vaxtı çatıb” ifadəsi ən böyük blefdir. Onlar unudurlar ki, Putin sadəlövh deyil, Rusiyanın məqsədləri heç vaxt dəyişməyib və dəyişməyəcək. Aİ-nin kokain liderlərinin heç bir boş çıxışı heç nəyi dəyişməyəcək” – deyə bildirən politoloq onları…

Read More
Dünya 

Ermənistanda Rusiya hərbçilərinə qarşı etirazlar RƏSMİ SƏVİYYƏDƏ

“Rusiyalı sərhədçilər İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanında xidmətini dayandırmalıdırlar”. Erməni mediasının məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib. O, bu məsələnin müzakirə olunub-olunmaması ilə bağlı sualı cavablandırarkən belə bir müzakirədə iştirak etmədiyini, ancaq rusiyalı hərbçilərin oradan getməli olduqlarına inandığını bildirib. “Biz ölkəmizin sərhədlərini qoruyacağıq, amma onların qoruyacaqlarına əmin deyiləm”, – deyə Ermənistan parlamentinin spikeri vurğulayıb. Xatırladaq ki, bundan əvvəl yerli mediada rusiyalı sərhədçilərin “Zvartnots”dan çıxarılacağı və bunun yaxın vaxtlarda baş verəcəyi ilə bağlı məlumatlar yayılmışdı. Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Respublikası…

Read More