Dünya 

NATO-nun yeni mətbuat katibi təyin olunub

NATO-nun Baş katibi Yens Stoltenberq Böyük Britaniyadan olan Farah Daxlallahı qurumun sözçüsü təyin edib. Bu barədə Alyansın Mətbuat Xidməti məlumat yayıb. Farah Daxlallah bu vəzifədə Dilanı Uaytı əvəz edəcək. Məlumat üçün əlavə edək ki, Farah Daxlallah daha əvvəl Birləşmiş Millətlər Təşkilatında, Böyük Britaniya hökumətində və “AstraZeneca” şirkətində, eləcə də bir sıra media təşkilatlarında çalışıb. Mənbə: Nato.int

Read More
Dünya 

Paşinyanın erməni deputatlarla üç saatdan çox çəkən gizli görüşü baş tutub

Ermənistan baş naziri Nikol Paşinyanla Ermənistan parlamentinin deputatları arasında qapalı görüş baş tutub. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Mətbuatdan gizli baş tutan görüşün üç saatdan çox davam etdiyi bildirilir. Ermənistan mətbuatı yazır ki, qapalı görüşdə N.Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüş də daxil olmaqla Münhen danışıqlarının nəticələrini təqdim edib. O, danışıqlar prosesində xüsusi irəliləyişin olmadığını bildirib. Hələlik qapalı görüşün digər detalları məlum deyil. Öz növbəsində Ermənistan mətbuatı və hakim partiya görüşlə bağlı hər hansı açıqlama yaymayıb. Mənbə: “Joxovurd”

Read More
Dünya 

Ərdoğandan Putinlə görüşünə dair AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının toplantısından sonra jurnalistlərin suallarını cavablandırıb. O, Putinlə gələcək görüşünü dəyərləndirərək bəzi açıqılamalar verib. “O (Putin – red.) mənə səfəri gecikdirmədən edəcəyini bildirdi və Türkiyənin beynəlxalq platformadakı münasibətindən, iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnunluğunu ifadə etdi”, – deyə Ərdoğan Putinlə son telefon danışığını xatırladıb. Mənbə: Haber Global

Read More
Dünya 

Rusiya üçün “troya atı”: Ermənistanın mövqeyi KTMT ölkələrinin təhlükəsizliyini təhdid edir

Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 25-də bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistansız dağılmayacaq. O, Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşkilata üzvlüyün dondurulması ilə bağlı sözlərinə belə reaksiya verib. Minsk Ermənistan hakimiyyətinin demarşını pisləyib, onları Qərbin xeyrinə Avrasiya əməkdaşlığından imtina etmək cəhdində ittiham edib. İrəvanın bu cür səyləri nəyə gətirib çıxara bilər. Bu mövzuda NEWS.ru geniş material təqdim edib. Politoloq Aleksey Dzermant NEWS.ru-ya bildirib ki, İrəvan hazırkı mövqeyilə KTMT üzvü olan bütün ölkələrə ziyan vurur. “Ermənistanın siyasi addımları təşkilatı gücləndirmir, əksinə onun imicinə xələl gətirir. Buna müsbət münasibət bəsləyə bilmərik”,…

Read More
Dünya 

Peskovdan Paşinyana cavab: “KTMT-nin nizamnaməsində baş nazirin dediyi status yoxdur”

“Kreml İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak məsələsini aydınlaşdırmaq niyyətindədir, çünki təşkilatın nizamnaməsində “dondurulmuş üzvlük” statusu nəzərdə tutulmur”. Bu açıqlama ilə Kremlin sözçüsü Dmitri Peskov çıxış edib. O, Rusiyanın erməni tərəfdaşlarla əlaqə saxlayacağını, vəziyyəti aydınlaşdıracaqlarını bildirib. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Fransada verdiyi müsahibədə ölkəsinin KTMT-dəki fəaliyyətini dondurduğunu bildirib. Mənbə: TASS

Read More
Dünya 

Putin Ərdoğana təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsindən açıqlama verilib. Məlumata görə, telefon danışığı zamanı Putin türkiyəli həmkarını doğum günü münasibətilə təbrik edib. Həmçinin Putin Türkiyə-Rusiya əlaqələrinin dostluq zəminində inkişafına verdiyi töhfələrə görə Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. Mənbə: Haber Global

Read More
Dünya 

Fələstin hökuməti istefa verib

Fələstin hökuməti tam tərkibdə istefa verib. Qərar Fələstin Milli Administrasiyasının Baş naziri Salam Fəyyad tərəfindən açıqlanıb. Bununla belə, ekspertlər onun yeni Fələstin hökumətini qurmaq üçün Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasın tapşırığını icra edəcəyi istisna olunmur. Xatırladaq ki, Fələstin parlamentinin səlahiyyət müddəti bir il əvvəl başa çatıb. Mənbə: Rg.ru

Read More
Dünya 

Türkiyədə mədəndə çökmə: Üç nəfər itkin düşdü

Türkiyənin Elazığ vilayətinin Alacakaya rayonunda yerləşən mədəndə çökmə baş verib. Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib. İlkin məlumata görə, üç nəfər torpağın altında qalıb. Hazırda bölgəyə tibbi briqadalar və təhlükəsizlik qüvvələri cəlb edilib. Mənbə: Afad.gov.tr

Read More