Dünya 

Rusiyada yarış zamanı insanların şəkil çəkdirmək istəyi faciəyə səbəb olacaqdı – VİDEO

Rusiyanın Tümen şəhərində “Tur döyüşü” yarışı zamanı tramplin çöküb. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. İnsident tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra baş verib. Belə ki, iştirakçılar şəkil çəkdirmək üçün tramplinin üzərinə çıxıblar. Ancaq konstruksiya ağırlığa tab gətirməyib. Təşkilatçıların sözlərinə görə, xoşbəxtlikdən hadisə zamanı ciddi xəsarət alan olmayıb. Mənbə: Kp.ru

Read More
Dünya 

Berdiməhəmmədov Ərdoğana “Türkmənistanın fəxri ağsaqqalı” adını verib

Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədov Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə “Türkmənistanın Fəxri Ağsaqqalı” adı ilə təltif edib. Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun türkiyəli həmkarına göndərdiyi təbrikdə deyilir. “Türkmən xalqına mehriban qonşuluq və yaşlı nəslə hörmət ənənələrinə sadiq qalaraq, Türkmənistan-Türkiyə münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi, xalqlarımızın birliyinə yönəlmiş xidmətlərinizi yüksək qiymətləndirərək, həmçinin 70 illik yubileyi münasibətilə sizə “Hormatly il a ulusy” (“Türkmənistanın fəxri ağsaqqalı”) fəxri adının verilməsi qərara alınıb”, – Türkmənistan prezidentinin məktubunda qeyd olunur. S.Berdiməhəmmədovun sözlərinə görə, ölkəsinin xarici siyasətinin mühüm istiqamətlərindən biri Türkiyə…

Read More
Dünya 

Zelenski: “Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq”

“Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq”. Bunu Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski “Report”un Şərqi Avropa bürosunun əməkdaşının sualını cavablandırarkən deyib. “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suveren hüququn, sülhün tərəfdarıdır. “Digər tərəfdən təbii ki imkanları daxilində Azərbaycanı sülh formulunda da iştirakından məmnun olardıq”- o, qeyd edib. Prezident Ukraynanın yeni dostları ilə bağlı gözləntilərindən də danışıb: “Söhbət qlobal cənubdan gedir. Onların sülh gəmisində olması bizim üçün çox vacibdir. Bu, sülh və sülh sammitinin formuludur. Bunun üzərində işləyirik”. Bilirsiniz ki, hələ də tarazlıqda olan, bir az şübhəli olan dövlətlər var:…

Read More
Dünya 

Lukaşenko növbəti prezident seçkisində iştirakına aydınlıq gətirdi – VİDEO

Belarus Prezidenti Aleksandr Lukaşenko növbəti prezident seçkisində iştirak edəcəyini açıqlayıb. Bu barədə Belarus lideri parlament seçkilərində səs verdikdən sonra danışıb. Xatırladaq ki, bu gün Belarusda parlamentə və yerli şuralara seçkilər keçirilir. Ölkədə prezident seçkisi isə 2025-ci ildə baş tutacaq. Mənbə: rbc.ru

Read More
Dünya 

Lukaşenko: “Ermənistansız KTMT dağılan deyil”

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan dağılan deyil”. Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlərin suallarını cavablandırarkən bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Paşinyana inteqrasiya strukturlarını tərk etməyə tələsməməyi tövsiyə edib. Dövlət başçısı Ermənistan baş nazirinin İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı ilə bağlı bəyanatını şərh edib. Onun sözlərinə görə, Minsk Ermənistanın blokdan çıxması ilə bağlı heç bir bəyanat almayıb və hesab edir ki, bu ölkə təşkilata üzv kimi qalmalıdır. “Əgər KTMT-də olmaq istəmirlərsə, olmasınlar. Ermənistansız təşkilat dağılan deyil. Ancaq İrəvandakı siyasətçilər ayılmalıdılar ki, sahib olduqlarını…

Read More
Dünya 

“Haber Global”da İstanbulda keçirilən dekolonizasiya mövzusundakı konfransdan süjet yayımlanıb – VİDEO

Türkiyənin “Haber Global” televiziya kanalı İstanbulda Bakı Təşəbbüs Qrupu tərəfindən “Dekolonizasiya: İntibahın oyanışı” (“Decolonization: Awakening of the Renaissance”) adlı beynəlxalq konfrans barədə süjet yayımlayıb. Süjetdə qeyd olunur ki, beynəlxalq konfransda 13 ölkə və dörd beynəlxalq təşkilatdan 50-dən artıq nümayəndə iştirak edib. Qeyd olunub ki, tədbir çərçivəsində Fransanın müstəmləkəçilik siyasətinin bir regionlara verdiyi zərər müzakirə olunub. Ətraflı süjetdə:

Read More
Dünya 

“Bayraktar AKINCI C” PUA-sı ilk uçuş sınağını uğurla başa vurub – VİDEO

Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan “AKINCI C” pilotsuz uçuş aparatı ilk uçuş sınaqlarını uğurla başa vurub. Pilotsuz uçuş aparatı bu gün AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində ilk uçuşunu həyata keçirib. Qeyd olunur ki, həyata keçirilən sınaq fəaliyyətində “Bayraktar AKINCI C” 1 saatdan çox havada qalıb. Uçuş zamanı aerodinamik parametrlər uğurla sınaqdan çıxıb. Mənbə: İHA

Read More
Dünya 

Hindistanda dəhşətli qəza: Səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb – FOTO

Hindistanın Uttarakxand ştatında dəhşətli qəza baş verib. Zəvvarları daşıyan qoşqulu traktor yol kənarındakı gölməçəyə aşıb. Nəticədə səkkizi uşaq olmaqla azı 22 nəfər ölüb. Bu barədə yerli administrasiyanın nümayəndəsi Radjiv Aqraval məlumat verib. Hadisə Kascanq kəndi yaxınlığında baş verib. İlkin məlumata görə, traktorun sürücüsü qarşı istiqamətdə hərəkət edən avtomobillə toqquşmaqdan yayınmağa çalışıb, nəticədə yoldan çıxaraq qoşqu ilə birlikdə yol kənarındakı gölməçəyə yuvarlanıb. “Mövcud məlumatlara görə, 22 nəfər ölüb, 5 nəfər yerli xəstəxanalardadır, 2 nəfər artıq evə buraxılıb. Təxminən 10 nəfər yaralanıb”, – deyə Aqraval jurnalistlərə bildirib. Məlumata görə, zəvvarlar yerli dini…

Read More
Dünya 

Türkiyə lideri: “Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına səsini çıxarmadı”

“Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib. O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, bu qurum artıq işlək deyil”. “Beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar. Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən…

Read More
Dünya 

Rusiyanın 6530 tankı, 1000-dən çox raket zərbə sistemi, 340 döyüş təyyarəsi vurulub – STATİSTİKA

2022-ci il fevralın 24-də müharibə başlayandan indiyədək döyüşlərdə Rusiyanın 408 min hərbçisi öldürülüb. Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Andriy Kovalyov bildirib. Savaşın ikinci ildönümündə yeni statistikalar açıqlayan qurum rəsmisi ilk dövrlərlə müqayisədə hazırda müharibənin gedişində ciddi dönüşün olduğunu söyləyib: “İki il əvvəl bizim tərəfdaşlarımızdan heç biri Ukrayna xalqının Rusiyaya effektiv müqavimət göstərə biləcəyinə inanmırdı. O vaxt Rusiya qoşunları Kiyevi 3 günə tutmağı planlaşdırırdılar. İndi isə bunu heç yada da salmırlar. Rusiya Ukrayna xalqının ruhunu, çoxsaylı könüllülərin ordu sıralarına qoşulacağını nəzərə almamışdı”. O deyib…

Read More