Dünya 

Ərdoğan: “Türkiyə daxilində terror təşkilatı qalmayıb”

Türkiyə terrora qarşı uğurla mübarizə aparır. Artıq Türkiyə daxilində terror təşkilatı qalmayıb. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil olunan mitinqdə çıxışı zamanı deyib. “Türkiyə bütün çətinliklərə rəğmən, hər qarışı şəhid qanı ilə sulanan bu cənnət torpağı imperialistlərə, işğalçılara, satqınlara, terrorçulara təslim etmədi. Cənub sərhədlərimizdə terrorçu dövlətlərin yaradılmasına da imkan vermədik”, – deyə Ərdoğan bildirib. Türkiyə lideri arxalarında kimin olmasından asılı olmayaraq, son terrorçu məhv edilənə qədər mübarizəni davam etdirəcəyini də qeyd edib. Mənbə: milliyet.com

Read More
Dünya 

Fransanın Ermənistana göstərdiyi dəstəyin təfərrüatı “Haber Global”ın süjetində – VİDEO

Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Buna əsasən, Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək. Həmçinin yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək. Papikyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regiondakı vəziyyətdən asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək. Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb. Süjetdə fransızlar ermənidən daha çox erməni adlandırılır. Eni zamanda, Paris hökumətinin ermənipərəst addımlarından, Ermənistana dəstək göstərməsindən, bu ölkəni silahlandırmaq niyyətində olmasından danışılır.…

Read More
Dünya 

Murad Parisdə Nikolu rüsvay etdi: “Bunları deyəndə Makron Paşinyana hirsləndi və…” – SENSASİYA

Nikol Paşinyanın Fransaya səfəri o qədər də ürəkaçan keçməyib. Paşinyan tərəfindən Ermənistana girişinə qadağa qoyulan və məhkəmə qərarı ilə bu məhdudiyyətin aradan qaldırılmasına nail olan Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının sədri Murad Papazyan Makronun iştirakı ilə Paşinyana deyib ki, onu “persona non-qrata” kimi tanıyır. Bu, qəbuledilməz addım idi. Bu barədə “Hraparak”a Murad Papazyan özü məlumat verib. “Panteondakı tədbir bitəndə Makron mənimlə görüşdü və dedi ki, Nikol Paşinyana deyib ki, nahar üçün bir yerə toplaşaq və danışaq. Naharın sonunda məni və Ara Toranyanı çağırdı. Mən, Makron, Nikol Paşinyan və Ara Toranyan…

Read More
Dünya 

Ermənistanda Konstitusiyaya dəyişikliklər müzakirə ediləcək

Ermənistan Konstitusiya İslahatları Komissiyası və Şurasının üzvləri martın 1-də baş nazir Nikol Paşinyanla görüşərək Ermənistanın yeni konstitusiyasının yazılması məsələsini müzakirə edəcəklər. Bu barədə Ermənistan KİV-də məqalə dərc edilib. “Paşinyan bu biabırçı işi kimə həvalə edəcək? Yeni konstitusiyanın yazılmasını hazırkı kadrlara tapşıracaq, yoxsa yeni müsabiqə elan edəcək? Mənbələrimiz əmindirlər ki, Paşinyan şura və komissiyanın formalaşdırılması üçün yeni müsabiqə elan etməyəcək. Birincisi, vaxt azlığı səbəbindən, ikincisi, çox az adam bu prosesdə iştiraka razılıq verər. Hətta indiki idarə heyətində, komissiyada belə insanlar var ki, bu damğanı alınlarında daşımaq istəyində deyillər. Ötən sessiyada bu…

Read More
Dünya 

Mərmərə dənizində batan gəmidən yeni görüntülər yayıldı – VİDEO

Mərmərə dənizində batan Türkiyənin “Batuhan A” yük gəmisindən yeni görüntülər yayılıb. Gəmidə itkin düşən 4 dənizçinin axtarış-xilasetmə işləri davam edir. Dalğıcların yük gəmisinin qalıqları arasında axtarış əməliyyatı zamanı növbəti kadrlar yayımlanıb. Xatırladaq ki, Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb. Gəminin itkin düşən heyət üzvlərindən ikisinin meyiti aşkarlanıb. Mənbə: ODA.TV

Read More
Dünya 

Türkiyə istehsalı olan yeni PUA dənizdə hərəkət edən hədəfi müvəffəqiyyətlə məhv etdi – VİDEO

Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi Bayraktar AKINCI TİHA ASELFLİR-500 ilə ilk atış sınağında dənizdə hərəkət edən hədəf müvəffəqiyyətlə məhv edilib. Qeyd olunur ki, sınaq uçuşu Bayraktar AKINCI-nın Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində həyata keçirilib. Açıqlamaya görə, Türkiyə müdafiə sənayesi bu gün həyata keçirilən sınaqda ASELFLİR-500-ün Bayraktar AKINCI TİHA-ya inteqrasiyası ilə daha bir mühüm həddi müvəffəqiyyətlə keçib. Mənbə: Baykartech.com

Read More
Dünya 

Rusiya XİN Paşinyandan izahat tələb edib

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Baş naziri Nikol Paşinyandan izahat tələb edib. Bu barədə qurumdan bildirilib. Vurğulanıb ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalmaqda davam edir: “Ermənistan bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri daşıyır”. Qeyd edək ki, N.Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Mənbə: TASS

Read More
Dünya 

Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab verib

Rusiya Avropa İttifaqının 13-cü sanksiyalar paketinə cavab olaraq Rusiyaya girişi qadağan edilən Avropa qurumlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. Rusiya XİN-nin məlumatında qeyd olunur ki, Moskva Avropa İttifaqının sanksiyalarını qeyri-qanuni hesab edir və bu, BMT Təhlükəsizlik Şurasının beynəlxalq hüquqi normativlərinə xələl gətirir. “Rusiya Qərb ölkələrinin qeyri-dost hərəkətlərinə vaxtında və adekvat cavab verməyə davam edəcək” – Rusiya XİN-nin məlumatında qeyd olunur. Mənbə: TASS

Read More
Dünya 

Türkiyədə neft quyusunda güclü partlayış olub – VİDEO

Türkiyənin Diyarbakır şəhərində neft quyusunda güclü partlayış olub. Türkiyə mətbuatı yazır ki, hadisə qazma işləri zamanı baş verib. İnsident nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Partlayışa səbəb kimi qaz sıxışması göstərilir. Yayılan digər məlumata görə, partlayış zamanı həlak olan İhsan Tunarın ailəsi hadisə yerinə gələrkən avtomobil qəzasına düşüb. Nəticədə daha üç nəfər yaralanıb. Mənbə: DHA

Read More