Dünya 

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını zərərsizləşdirdi – VİDEO

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində dörd PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” platformasında yaydığı məlumatda qeyd olunur. “Terrora və terrorçulara qarşı mübarizəmiz effektiv və qətiyyətlə şəkildə davam edəcək!” – məlumatda qeyd olunur.  

Read More
Dünya 

Paşinyan Fransanın müdafiə naziri ilə nələri müzakirə edib?

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Məlumata görə, Paşinyan və Lekornyu müdafiə sahəsində əməkdaşlığın inkişafı istiqamətində müzakirələr ediblər. “Fransa İrəvanın təhlükəsizlik sahəsində əlaqələri şaxələndirmək qərarına ilk cavab verənlərdən biri olub”, – deyə Paşinyan görüş zamanı qeyd edib. Tərəflər Ermənistan Silahlı Qüvvələrində, o cümlədən hərbi təhsil, döyüş hazırlığı və digər sahələrdə islahatlar çərçivəsində Ermənistan-Fransa əməkdaşlığının vacibliyini vurğulayıblar. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Qazaxıstanda ümummilli seysmik təlim zamanı zəlzələ oldu

Qazaxıstanın Almatı şəhərində seysmik təlim zamanı zəlzələ baş verib. Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Zəlzələnin episentri Çində – Almatı şəhərindən 259 km cənub-şərqdə yerləşir. Almatı şəhərində 2 bal gücündə hiss olunan isə afterşokdur. Çində qeydə alınan zəlzələnin gücü 5,2 bal olub”, – deyə qurumun açıqlamasında bildirilir. Qeyd edək ki, təlimə əsasən, sirenalar səslənəndən sonra qazaxıstanlılar güclü zəlzələ zamanı prioritet hərəkətləri yerinə yetirməli və yaxınlıqdakı qəbul məntəqələrinə təxliyə edilməli idilər. Tədbir barədə bir gün əvvəldən elan olunmuşdu. Qazaxıstanda seysmik təlim barədə yanvarın 23-də Almatıda qeydə alınmış 5 bal…

Read More
Dünya 

Rusiyaya qarşı 13-cü sanksiyalar paketi rəsmən təsdiqləndi

Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı 13-cü sanksiyalar paketini rəsmən təsdiqləyib. Aİ 106 fiziki və 88 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib. Aİ həmçinin Çin, Şri-Lanka, Serbiya, Qazaxıstan, Tailand və Türkiyə şirkətlərini Rusiyaya qarşı sanksiyalardan yayındıqlarına görə sanksiyalar siyahısına daxil edib. Aİ 27 şirkət və təşkilata qarşı Rusiya müdafiə sənayesinə komponentlərin tədarükünə görə ixrac məhdudiyyətləri tətbiq edib. Mənbə: TASS

Read More
Dünya 

Kremldən Paşinyanın KTMT üzvlüyü barədə fikirlərinə REAKSİYA – YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla İrəvanın KTMT-yə üzvlüyünün dayandırılması ilə bağlı bəyanatlarını hələlik müzakirə etməyib. Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib. O, hələlik belə təmaslar üçün heç bir plan olmadığını vurğulayıb: “Xeyr. Hazırda heç bir əlaqə yoxdur və olmayıb”. Bununla belə o, işgüzar əlaqələr çərçivəsində İrəvan tərəfindən nəyin nəzərdə tutulduğunu və işlərin necə olduğunu öyrənmək istədiklərini vurğulayıb. O, İrəvan tərəfindən bununla bağlı izah gözlədiklərini deyib. Mənbə: TASS 11:16 “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama…

Read More
Dünya 

ABŞ Rusiyaya qarşı yüzlərlə yeni sanksiyalar tətbiq edəcək

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bu barədə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo “Reuters” agentliyinə müsahibəsində məlumat verib. “ABŞ Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü ilə əlaqədar 500-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edəcək”, – deyə Uolli Adeyemo bildirib. Adeyemo qeyd edib ki, digər ölkələrlə tərəfdaşlıq əsasında həyata keçirilən bu tədbirlər Rusiyanın hərbi-sənaye kompleksini və Rusiyanın ehtiyac duyduğu mallara çıxışını asanlaşdıran üçüncü ölkələrdəki şirkətləri hədəf alacaq. “Çünki Vaşinqton Moskvanı müharibəyə və müxalifət lideri Aleksey Navalnının ölümünə görə məsuliyyətə cəlb etməyə çalışır”, – deyə vurğulayıb. “Biz burada,…

Read More
Dünya 

Gəmiricilər Qərbin Ukraynaya verdiyi döyüş texnikalarını sıradan çıxarıblar

“Gəmiricilər Qərbin Ukraynaya verdiyi müasir döyüş maşınlarını sıradan çıxarıblar”. Bu barədə Fransanın hərbi mənbələrindən birindən bildirilib. Məlumata görə, elektrik naqilləri üçün bəzi qoruyucu örtüklər qarğıdalı lifindən hazırlanır, bu isə gəmiricilərin bəzi maşınlarda kabelləri çeynəməsinə səbəb olur. “Bu, əlahiddə hadisədir, lakin Qərbin hərbi texnikasının real vəziyyətindən xəbər verir. Ekoloji məsuliyyət müharibəyə yaxşı tab gətirmir. Qərb avtomobilləri texnologiya nümayişi kimi nəzərdə tutulurdu. Amma palçıqda və soyuqda bu heç də həmişə nəticə vermir”, – deyə mənbədən vurğulanıb. Eyni zamanda, Fransa hərbçiləri Ukrayna ordusunda hələ də sovet hərbi texnikasının olduğunu qeyd ediblər. Dekabrda Ukraynanın…

Read More
Dünya 

Fransa Ermənistanı silah və sursatla təmin edəcək – YENİLƏNİB

“Fransa lazım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək”. Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanda erməni həmkarı ilə birgə brifinqdə deyib. O, Fransanın gecəgörmə cihazları bağışladığını, “Bastion” zirehli maşınlarının da göndərilməsi üçün hazırlıqların aparıldığını vurğulayıb: “Bütün bu vasitələrin müdafiə əhəmiyyəti var, onlar sərhədləri və əhalini qorumaq üçündür”. Lekornyu deyib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz. “Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regionun necə olacağından asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam…

Read More
Dünya 

Avropa Parlamenti Ermənistanla viza rejimi məsələsini müzakirə edəcək

“Avropa Parlamenti gələn həftə keçiriləcək plenar iclasda Ermənistanla viza rejiminin liberallaşdırılmasına dair qətnaməni müzakirə edəcək”. Bu barədə Almaniya parlamentinin deputatı Viola fon Kramon Ermənistan nəşrinə müsahibəsində bildirib. Bununla belə, o, bəzi Aİ ölkələrində Ermənistanla bağlı narahatlıqlar olduğunu etiraf edib. Deputat söhbətin hansı ölkələrdən getdiyini açıqlamayıb.

Read More
Dünya 

Ərdoğan mahnı oxudu – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizlidə skripkada ifa edən tələbə ilə söhbətləşib. Həmin anının görüntülərini Prezident Administrasiyasının kommunikasiya direktoru Fahrettin Altun paylaşıb. Ərdoğan Dənizli səfəri zamanı avtobusda skripkada ifa edən konservatoriya tələbəsi ilə söhbət edib, tələbədən təhsili və ailə vəziyyəti ilə maraqlanıb. Tələbənin ifa etdiyi “Çanaqqala” mahnısını oxuyan Ərdoğan skripka ilə yanaşı, udda da ifa etməyi öyrənməyi tövsiyə edib. Mənbə: haber7.com

Read More