Dünya 

Paşinyan: “Rusiya Ermənistan əhalisini birbaşa çevrilişə çağırdı”

“Rusiya birbaşa olaraq Ermənistan əhalisini Ermənistanda dövlət çevrilişi etməyə çağırdı və Moskvanın təbliğatı səngiməyib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib. “Biz xüsusilə rusiyalı fərari Dmitri Setrakovun Ermənistanda Rusiya hərbçiləri tərəfindən oğurlanmasından narahatıq”, – deyə Paşinyan bildirib. Bu kontekstdə Ermənistanın baş naziri qeyd edib ki, Ermənistan ərazisində bu cür qanunsuz hərəkətlər yolverilməzdir. Onun sözlərinə görə, İrəvanın tələbləri yerinə yetirilməsə, bunun nəticələri olacaq. Mənbə: Erməni KİV

Read More
Dünya 

KTMT-dən Paşinyanın üzvlüklə bağlı dediklərinə reaksiya

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Katibliyi İrəvandan üzvlüyün dayandırılması ilə bağlı heç bir açıqlama almayıb”. Bu barədə təşkilatın katibliyindən məlumat verilib. Qeyd olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın KTMT-də iştirakının “dondurulması” ilə bağlı dediklərində, görünür, söhbət qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedir. Xatırladaq ki, erməni baş nazir “France 24”ə müsahibəsində Ermənistanın KTMT-də iştirakının “dondurulduğunu” deyib. Mənbə: RİA Novosti

Read More
Dünya 

Ermənistan XİN rəsmisi: “Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir”

“Ümid edirik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq”. Ermənistan mətbuatında yayılan məlumata görə, bunu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib və əlavə edib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir: “Bu yaxınlarda Münxendə Ermənistan və Azərbaycan liderləri arasında görüşün baş tutmasını müsbət hesab etmək olar. Lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda…

Read More
Dünya 

İşləmək üçün Bakıya gələn afrikalı qadın ölkəsinə geri dönüb – FOTO

İşləmək üçün Bakıya gələn afrikalı qadın öz ölkəsinə qayıdıb. Bu barədə məlumatı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Facebook” hesabında məlumat paylaşılıb. Bildirilib ki, iş vədi verilərək ölkəmizə gətirilən Nigeriya vətəndaşı olan qadın dünən Dövlət Miqrasiya Xidməti tərəfindən öz ölkəsinə yola salınıb. Qeyd edək ki, qadın yanvar ayında dayə işləmək məqsədi ilə Bakıya dəvət edilib, daha sonra ona iş verməkdən imtina edilib.  

Read More
Dünya 

KİV: Fransanın Ermənistana göndərdiyi yeni silah partiyası bu gün İrəvana çatacaq

Bu gün – fevralın 22-də Fransa Ermənistana yeni silah partiyası göndərəcək. Məlumata görə, Fransa tərəfi İrəvana 250 kilometr məsafədə rəqibin təyyarələrini aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlər göndərəcək. Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur. Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Mənbə:…

Read More
Dünya 

Fransanın müdafiə naziri Ermənistana səfər edəcək

Fransanın müdafiə naziri Sebastyan Lekornyunun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Ermənistana səfər edəcək. “Yaxın vaxtlarda mənim rəhbərliyim ilə parlamentarilərdən və istehsalçılardan ibarət böyük nümayəndə heyəti Ermənistana gedəcək. Bu, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir”, – deyə cənab Lekornyu bildirib. “Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır. Danışıqlar yer-hava müdafiə sistemləri və zirehli texnikanın tədarükü ilə (lakin yalnız müdafiə məqsədləri üçün) bağlı olacaq”, – Fransanın müdafiə naziri qeyd edib. Lekornyu Fransanın MBDA raket sistemləri istehsalçısı ilə “Mistral” daşınabilən zenit raket komplekslərinə dair niyyət…

Read More
Dünya 

Ermənistanda Rusiya hərbçilərinə qarşı təxribat hazırlanır

“Ermənistan hakimiyyəti Rusiyanın hərbi mövcudluğunu regiondan sıxışdırıb çıxarmaq üçün əlindən gələni edəcək”. Bu sözləri erməni politoloq Beniamin Matevosyan deyib. “Rusiya qoşunlarının mövcudluğuna qarşı bəyanatların verilməsi təsadüfi deyil. Rusiya sərhədçilərinin qərargahı önündə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır və bu, böyük siyasətin bir hissəsidir ki, məqsədi Rusiyanın regionda təsirindən qurtulmaqdır”, – deyə ekspert bildirib. Politoloq avropalı müşahidəçilərin ölkədəki varlığı kontekstində Ermənistanın təhlükəsizliyi ilə bağlı narahatlığını ifadə edib. Eyni zamanda, o, baş nazir Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata istinad edərək bildirib ki, missiyanın vəzifələrinə digər məsələlərlə yanaşı, Rusiya və İran qoşunlarının hərəkətlərinə nəzarət…

Read More
Dünya 

Dmitri Medvedevdən qalmaqallı sözlər: “Odessa, evinə qayıt!” – VİDEO

“Odessa Rusiyanın tərkibində olmalıdır, çünki orada ruslar yaşayır və rusca danışırlar”. Bu bəyanatla Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev çıxış edib. “Odessa, evinə qayıt. Biz Odessanın Rusiyanın tərkibində olmasını gözləyirdik. Hətta bu şəhərin tarixi, orada yaşayan insanlar, danışdıqları dil də bunu göstərir ki, Odessa bizim rus şəhərimizdir”, – deyə Medvedev Rusiya mətbuatına müsahibəsində bildirib.  

Read More