Dünya 

Fransa Ermənistana “müdafiə məqsədilə” hərbi texnikalar verəcək

“Ermənistan və Fransa müdafiə sahəsində yeni əlaqələr qurublar. Bu da, Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa prezidenti Emmanuel Makronla keçirdiyi brifinqdə deyib. O əlavə edib ki, “Ermənistanın məqsədi regionda düzgün balans yaratmaqdır”. Öz növbəsində Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sektorunda əməkdaşlığı davam etdirəcək. O, Parisin Ermənistana müdafiə silahlarının verilməsinə razılıq verdiyini xatırladıb. Mənbə: Sputnik

Read More
Dünya 

Uşaq böyütmək xərclərinə görə lider ÖLKƏLƏR

Çinin “YuWa” Demoqrafik Tədqiqat İnstitutu uşaq böyütmək xərclərinin yüksək olduğu ölkələrlə bağlı araşdırma dərc edib. ARANTV.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatın müəllifləri uşağın doğulmasından 18 yaşına qədər müxtəlif ölkələrdə valideynlərin orta xərclərini hesablayıb və bu məbləğləri ölkədə adambaşına düşən ÜDM ilə müqayisə ediblər. Məlumata görə, Cənubi Koreya tədqiq edilən 14 ölkə arasında birinci yerdə qərarlaşıb. Belə ki, bu ölkədə 18 il ərzində uşağın böyüdülməsi xərcləri adambaşına düşən ÜDM-dən 7,8 dəfə çoxdur. Xərclər Çin və İtaliyada adambaşına düşən ÜDM-dən 6,3 dəfə, Böyük Britaniyada isə 5,3 dəfə yüksəkdir. Əksər ölkələrdə…

Read More
Dünya 

Almaniyada göyərçinlər əhalini iki yerə ayırdı: Referendum keçiriləcək

Vətəndaşların küçə və evlərin quş zılı ilə çirklənməsinə görə şikayətlərindən yorulan Limburq şəhərinin hakimiyyət orqanları orada yaşayan göyərçinləri məhv etməklə onların sayını azaltmaq qərarına gəliblər. Lakin meriyanın iş planları qalmaqala səbəb olub, heyvan hüquqlarının müdafiəçiləri bu qərara qarşı çıxıblar. Onlar quşlardan əl çəkilməsini tələb ediblər və göyərçinlərin müdafiəsi üçün imza toplamağa başlayıblar. Heyvan hüquqlarının müdafiəçiləri “Auqsburq modeli”nin tətbiqini təklif edirlər. Bu layihəyə əsasən, quşları öldürmək əvəzinə, müvəqqəti olaraq xüsusi otaqlarda saxlanılır, yumurtaları saxtaları ilə əvəzlənir. Bu doğum nəzarəti yavaş-yavaş quşların sayını azaldacaq. Referendum iyunun 9-na planlaşdırılıb. Mənbə: Kp.ru

Read More
Dünya 

Daha bir ölkə BRİKS-ə qoşulur

Venesuela yaxın gələcəkdə BRİKS qrupuna (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) qoşulacaq. Bu açıqlama ilə Venesuela prezidenti Nikolas Maduro çıxış edib. “Yeni dünya düzəninin yaranması və BRİKS-ın konsolidasiyası geri dönməz hal alıb və Venesuela tezliklə BRİKS-ə qoşulacaq”, – deyə N. Maduro vurğulayıb. Mənbə: Venezolana de Televisión

Read More
Dünya 

İsraildə Ramazan ayında Əl-Əqsa məscidinə girişə icazə veriləcək?

İsrail hökuməti müsəlmanlara Ramazan ayında Əl-Əqsa məscidində namaz qılmağa şərait yaradacaq. Bu açıqlama ilə İsrailin baş nazirinin müşaviri Dmitri Gendelman çıxış edib. Bununla belə, o qeyd edib ki, Əl-Əqsa məscidində giriş üçün müəyyən qaydalar müəyyənləşdirilib. “İsraildə hər bir dini obyekt üçün maksimum ibadət kvotaları hazırlanıb. Eyni kvotalar Məscidül-Əqsa üçün də mövcuddur və onlara ciddi şəkildə əməl olunacaq”, – deyə D.Gendelman vurğulayıb. O əlavə edib ki, yaxın günlərdə Məscidül-Əqsaya giriş proseduru və meyarları İsrail polisi tərəfindən ictimaiyyətə açıqlanacaq. Mənbə: TASS

Read More
Dünya 

Ermənistan QXC-nin ofisindən 145 min dollardan çox pul itib

Erməni Qızıl Xaç Cəmiyyətinin (QXC) ofisindən 145 min dollardan çox pul itib. Qeyd olunub ki, Ermənistan QXC-nin vəkili Levon Baqdasaryan hüquq-mühafizə orqanlarına 60 milyon dramdan (145 min dollar) çox pul itkisi, çatışmayan sənədlər, habelə təşkilatın avtomobilindən qanunsuz istifadə barədə məlumat verib. Vəkil bildirib ki, onlar cinayətlə bağlı hüquq-mühafizə orqanlarına 10-dan çox məlumat təqdim ediblər, lakin hələlik heç bir cavab verilməyib. Mənbə: Erməni KİV

Read More
Dünya 

Hindistan və Pakistan sərhədində zəlzələ baş verib

Hindistanın Kəşmir bölgəsində Pakistanla de-fakto sərhədi yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Qiqlit şəhərindən 70 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 25 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS

Read More
Dünya 

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi brifinqdə məlumat verib. “Xarici işlər naziri (Annalena Berbok) Brüsseldəki görüşdən əvvəl Aleksey Navalnının ölümünə bir daha münasibət bildirib. Sizə bildirmək istəyirəm ki, federal hökumət, Xarici İşlər Nazirliyi bu gün Rusiya səfirini çağırıb”, – deyə nümayəndə bildirib. Qeyd edək ki, fevralın 16-da Aleksey Navalnı həbsxanada ölüb. Mənbə: TASS

Read More