Dünya 

Yəmən sahillərində daha bir gəmiyə hücum olub

Yəmən sahillərində daha bir gəmiyə hücum olub. Hadisə nəticəsində gəmi zədələnib. Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) xəbər verib. Bildirilib ki, insident Moxa limanı yaxınlığında baş verib. “UKMTO-ya Yəmənin Moxa şəhərindən 35 dəniz mili cənubunda baş vermiş insidentlə bağlı məlumat verilib. Kapitan gəminin bilavasitə yaxınlığında partlayış baş verdiyini və bunun nəticəsində ziyan dəydiyini bildirib. Kapitan ekipajın təhlükəsizlikdə olduğunu vurğulayıb. Hərbi hökumət hadisənin başvermə şəraitini araşdırır. Gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə olunur”, – deyə sənəddə vurğulanıb. Söhbətin…

Read More
Dünya 

Türkiyə iş həftəsini 35-40 saata endirməyi planlaşdırır

Türkiyə hökuməti əmək məcəlləsinə iş həftəsini 48 saatdan 35-40 saata endirə biləcək qanunvericilik dəyişiklikləri hazırlamağa başlayıb. Hakimiyyət orqanları sektorlara görə fərqlənən əmək qanunlarını birləşdirməyi və məşğulluq sektoru üçün hərtərəfli və vahid qaydalar hazırlamağı planlaşdırır. 1936-cı il Əmək Qanunu iş normasını gündə səkkiz saat və həftədə 48 saat təyin edib. 2003-cü ildə əmək qanununa yenidən baxıldı, iş həftəsi 45 saat oldu. Bununla belə, bu normalar, sektorlar üçün ayrıca tənzimləmələrin mövcudluğuna görə, universal tətbiq edilmir. Belə ki, media sektorunda və dəniz əmək qanunvericiliyində 48 saatlıq iş həftəsi norma olaraq qalır, digər sektorlarda…

Read More
Dünya 

Səma bənövşəyi rəngə büründü: Çinlilər qorxuya düşdülər – VİDEO

Çinin Çjumadyan şəhərində gübrə istehsal edən kimya zavodunda qaz sızması olub. Buna görə, şəhərin səmasını parlaq bənövşəyi bulud bürüyüb. Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. Şirkət iddia edir ki, tullantı xüsusi olaraq nəzarətli yanma üçün həyata keçirilib və tüstünün sağlamlığa heç bir təhlükəsi yoxdur. Ancaq qorxmuş sakinlər buna şübhə ilə yanaşırlar.

Read More
Dünya 

Alman məmurlar özləri də bilmədən NATO-nun hərbi sirrini Rusiyaya veriblər

“Şimal axını 2”nin tikintisini planlaşdıran alman məmurlar həbs oluna bilərlər. Belə ki, onlar qaz kəmərinin planlaşdırılması icazəsində NATO ilə bağlı məxfi məlumatları dərc ediblər. Bildirilir ki, 2018-ci ilin yanvarında Stralsund şəhərinin dağ-mədən departamenti öz saytında “Şimal axını 2”nin planlaşdırılması icazəsi”ni dərc edib. Sənədin 556-cı səhifəsində Almaniya Müdafiə Nazirliyinin “məxfi, yalnız rəsmi istifadə üçün” kimi təsnif edilən məlumatları olub. Bu məlumatlarda NATO sualtı qayıqlarının fəaliyyət göstərdiyi ərazilər və oradakı silahların sayı barədə məlumatları aşkar edilib. Qeyd olunur ki, bu, Almaniya Müdafiə Nazirliyinin məxfi məlumatlarıdır və ciddi şəkildə rəsmi istifadə üçün nəzərdə…

Read More
Dünya 

Rusiyada bu gülün becərilməsinə QADAĞA QOYULDU

Rusiya hökuməti üçrəngli səhər gülünün becərilməsinə görə cinayət məsuliyyəti müəyyən edib. Müvafiq sənədi baş nazir Mixail Mişustin imzalayıb . Qeyd olunur ki, qanun 10 və ya daha çox səhər gülü yetişdirənlər şamil ediləvək. Cinayət Məcəlləsinin 231-ci maddəsi (tərkibində narkotik vasitələr və ya psixotrop maddələr olan bitkilərin qanunsuz becərilməsi). 10-dan 100-ə qədər gül kolunun yetişdirilməsi geniş miqyasda, 100-dən çox kol – xüsusilə böyük miqyasda cinayət hesab ediləcək. Dövlət Dumasının deputatı, Moskva vilayətinin Yay Sakinləri Birliyinin sədri Nikita Çaplinin sözlərinə görə, səhər gülü üçrəngli bitki dövlət nəzarəti altında olan bitkilər siyahısına daxil…

Read More
Dünya 

Dneprin sol sahilindən yenidən hücum gözləyən Xersondan FOTOREPORTAJ

Ukraynanın Xerson vilayətində ilyarım əvvəl azad etdiyi Dnepr çayının sağ sahilində vəziyyət yenidən gərginləşib. Çayın sağ sahilində yerləşən Xerson şəhərinin özü də dayanmadan sol sahildən, Rusiya ordusu tərəfindən intensiv artilleriya və dron hücumlarına məruz qalır. Vəziyyət o qədər gərginləşib ki, qarşı tərəfin daimi atəşi altında olduğu üçün təhlükəli olduğundan jurnalistlər və polislər üçün şəhərdə Dneprin sahilinə yaxınlaşmağa icazə verilmir. Vilayətin hərbi administrasiyasının rəhbəri Oleksandr Prokudin şəhərdən reportaj hazırlayan “Report”un Şərqi Avropa bürosunun əməkdaşına bildirib ki, istənilən hücumu dəf etməyə hazırdırlar: “Düşmən istənilən fantaziya arxasınca gələ bilər, amma onların işğalı bu…

Read More
Dünya 

Rusiyada dezinfeksiya vasitələrinin istehsalı müəssisəsində güclü yanğın – VİDEO

Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb. Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur. Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.  

Read More
Dünya 

ABŞ-də yanğınsöndürənlərin çağırıldıqları evdə partlayış oldu: Ölən və yaralananlar var – VİDEO

ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) evlərdən birində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var. Bildirilir ki, yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 4:40) Lauden dairəsinin yanğınsöndürmə idarəsinə evdə qaz iyi ilə bağlı zəng daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gedəndən sonra partlayış baş verib. Nəticədə bir yanğınsöndürən həlak olub, daha 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti naməlum olaraq qalır. Partlayış nəticəsində qonşu evlərə ziyan dəyib. Mənbə: NBC

Read More
Dünya 

Ermənistanda Afrika vəbası baş qaldırıb – VİDEO

Ermənistanın Kəmrəz kəndində yerləşən donuz təsərrüfatlarında kütləvi tələfat hadisəsi qeydə alınıb. Fermerlər bunun səbəbinin Afrika vəbasının yayılması ilə əlaqələndirirlər. Fermerlər hökumət qurumlarının məsələyə müdaxilə etməməkdə günahlandırırlar. Qeyd edək ki, donuzlarda Afrika vəbası xəstəliyi keçici xəstəlik sayılır. İnsanların bu xəstəliyə yoluxma təhlükəsi yoxdur. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Aİ qoyduğu sanksiyalara rəğmən Rusiyadan 29 milyard avro dəyərində neft və qaz alıb

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ildə Rusiyadan 29 milyard avro dəyərində neft və qaz idxal edib. Beləliklə, neftin qiymətinin orta hesabla 100 dollar olduğu 2022-ci illə müqayisədə alışların həcmi 2,9 dəfə azalıb. Xəbər, həmçinin vurğulanır ki, 2021-ci ildə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra anti-Rusiya sanksiyalarının tətbiqinə qədər, tədarükün həcmi təqribən 81,9 milyard avro təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 2,8 dəfə çoxdur. Ötən il Aİ ilə Rusiya arasında ümumi ticarət dövriyyəsinin həcmi isə təxminən 89 milyard avro təşkil edib. Mənbə: TASS

Read More