Dünya 

Günəşdə güclü partlayış baş verib

Günəşdə ən yüksək “X” sinfinə aid partlayış baş verib. Bu barədə məlumatı Rusiyanın Tətbiqi Geofizika İnstitutunun heliogeofiziki xidməti verib. “Moskva vaxtı ilə saat 09:53-də (Bakı vaxtı ilə 10:53) 2 674 km/saat sürəti ilə rentgen diapazonunda II spektral tipli radio emissiyasının yayılması və qısa dalğalı radio rabitəsinin pozulması ilə müşayiət olunan və 16 dəqiqə davam edən X2.5 (S16W85) partlayışı qeydə alınıb”, – deyə məlumatda bildirilib. Partlayışdan sonra Günəş rentgen şüalarının Yerin ionosferinə təsiri mümkün beş səviyyədən üçüncüdə qərarlaşıb ki, bu da yüksək göstəricidir. İndi o, R1 (zəif) səviyyəsinə enib. Bundan başqa,…

Read More
Dünya 

Zaxarova NATO liderlərinin Navalnının ölümünə reaksiyasını şərh etdi: “Özünüifşadır”

“NATO ölkələrinin liderlərinin Aleksey Navalnının ölümünə Rusiyaya qarşı ittihamlar şəklində dərhal reaksiyası özünüifşadır”. ARANTV.AZ-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb. “Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin nəticələri artıq hazırdır”, – deyə o, əlavə edib. Xatırladaq ki, Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan və 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı bu gün vəfat edib. Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.

Read More
Dünya 

Rusiya prezidenti yanında İnsan Haqları Şurasının üzvü: “Navalnının ölümünə gətirib çıxaran səbəb…”

“Navalnının ölümünə gətirib çıxaran səbəb siyasətçinin daim cəza kamerasında saxlanılması olub”. Bu açıqlama ilə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Yeva Merkaçova çıxış edib. Y.Merkaçova qeyd edib ki, cəza kamerasında saxlanma şəraiti çox ağırdır. “İnsan orada soyuqdan əziyyət çəkir, çox vaxt ac qalır. Bu səbəbdən orada yalnız bir neçə gün saxlamağa dair ciddi tələblər müəyyən edilib. Ancaq cəza kamerasında saxlanılmaqla bağlı məhdudiyyət qoyulmayıb. Yəni cəza müddəti başa çatır, adamı həbsxanaya qaytarırlar, dərhal yeni komissiyaya çağırırlar, deyirlər ki, məhkumun yeni qayda pozuntusu var və bunu əsas götürüb həmin gün məhkumu…

Read More
Dünya 

Aralıq dənizində qayığın mühərrikini söküb qaçqınları ölümlə üz-üzə qoydular – FOTO

Yunanıstan sahil mühafizə xidmətinin əməkdaşları Aralıq dənizindən istifadə edərək Avropa qitəsinə pənah aparan qaçqınların rezin qayığının mühərrikini söküb. Hadisə vaxtı qayıqda 13-ü uşaq olmaqla 24 qeyri-qanuni mühacir olub. Xoşbəxtlikdən Türkiyə Sahil Mühafizəsi xidmətinin əməkdaşları onları taparaq xilas edə biliblər.   Mənbə: Haber Global

Read More
Dünya 

Türkiyədə Mərmərə dənizində gəmi batıb, altı nəfər itkin düşüb

Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyib batıb. Məlumata görə, gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb. Murat Altıntaşa məxsus “Batuhan A.” gəmisi Mərmərə adasından götürdüyü yükü mütəmadi olaraq Gəmlik limanına daşıyırmış. İddiaya görə, 53 illik 900 tonluq gəmiyə 1150 ton yüklənibmiş. Hazırda axtarış-xilasetmə tədbirləri görülür. Mənbə: cnnturk.com

Read More
Dünya 

Türkiyədə qızıl mədəninin çökməsi ilə bağlı Kanada vətəndaşı saxlanılıb

Türkiyədə Ərzincan əyalətinin şərqindəki qızıl mədənində qaya uçması ilə bağlı aparılan araşdırmalar çərçivəsində Kanada vətəndaşı saxlanılıb. Bu barədə əyalət prokurorluğu məlumat verib. “İstintaq zamanı əldə edilən sübutlar nəticəsində fevralın 14-də 8 nəfər, o cümlədən işəgötürən şirkətin nümayəndəsi olan Kanada vətəndaşı saxlanılıb və ilkin məlumatlara görə, o, hadisədə təqsirli bilinir. Araşdırma çərçivəsində mədənin özündən və ətraf ərazidən torpaq və su nümunələri toplanaraq sınaq üçün kimya laboratoriyalarına göndərilib”, – deyə məlumatda bildirilir. Onların müəyyən edilmiş filiz hasilatı texnologiyasına uyğunluğu öyrəniləcək. Türkiyənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktarın daha əvvəl verdiyi məlumata görə, mədən…

Read More
Dünya 

Hindistanda fermerlər ümummilli tətil elan ediblər

Hindistanda fermer assosiasiyaları və kəndli ittifaqları bu gün ümummilli tətil elan ediblər. Məlumata görə, onlar digər təşkilatları da tətildə iştirak etməyə çağırıblar. Fermerlər bildirirlər ki, aksiya çərçivəsində dörd saat ərzində bir neçə dəmir və magistral yolları bağlamaq niyyətindədirlər. Nəqliyyatın kəsiləcəyi, əlavə olaraq kənd təsərrüfatı işlərinin dayanacağı, kənd dükanlarının və kənd təsərrüfatı müəssisələrinin bağlı qalacağı gözlənilir. Bu arada, fermerlər Nyu-Delhidə yürüşə davam edəcəklərini, lakin bazar günü, fevralın 18-də hakimiyyətlə danışıqların növbəti mərhələsini keçirməyə hazır olduqlarını da qeyd ediblər. Mənbə: TASS

Read More
Dünya 

Rusiyada şagirdlər naməlum toksik maddə ilə kütləvi zəhərlənirlər: Dövlət qurumları hərəkətə keçdi – VİDEO

Rusiyanın Kalininqrad vilayətinin Bolşakovo kəndində 20-dən çox uşaq naməlum toksik maddədən zəhərlənib. Bu barədə Regional İstintaq Komitəsinin mətbuat xidməti xəbər yayıb. “23 məktəbliyə tibbi yardım göstərilib, onlardan altısı (beşinci və səkkizinci sinif şagirdləri) tibb müəssisəsinə yerləşdirilib”, – deyə məlumatda vurğulanıb. Müstəntiqlər “Rospotrebnadzor” (İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri ilə birlikdə araşdırma aparırlar. Qeyd edək ki, bir neçə gün əvvəl analoji hadisə Novokuznetskdə baş verib. Orada da məktəblərin birində 22 şagird təntənəli toplantıdan sonra özünü pis hiss edib. Uşaqlar xəstəxanaya yerləşdiriliblər. Bütün məktəblilərdə inhalyasiya yolu ilə zəhərlənmə…

Read More
Dünya 

Qida sənayesində inqilab: Mal əti ilə düyünün hibridindən məhsul yetişdirildi – FOTO

Alimlər laboratoriyada düyü və mal ətini “calağından” məhsul yetişdiriblər. Tədqiqatın müəllifləri heyvan hüceyrələrinin düyüyə inteqrasiyası ilə yetişdirilən məhsulun tezliklə ekoloji təmiz qida menyularında yerini alacağına inanırlar. Eksperimental düyü 9-11 gün ərzində yetişdirilib. Tədqiqatın müəllifi, Cənubi Koreyanın Yonsey Universitetinin professoru Cinki Honqun sözlərinə görə, o və komandası yeni məhsulu bişirib dadına da baxıblar: “Bişdikdən sonra düyü öz görünüşünü saxlayır, lakin ətə xas olan unikal aroma kombinasiyasını əldə edir”. Tədqiqatın müəllifləri hesab edirlər ki, bu yemək gələcəkdə ənənəvi mal ətindən daha əlverişli protein mənbəyinə çevrilə bilər. Komanda yeni düyünü fərqli əlavələrlə sınaqdan keçirib…

Read More
Dünya 

İrəvan Bakı ilə sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır

Ermənistan Azərbaycanla iki ölkə arasında 2022-ci ildə Praqada imzalanmış yazılı razılaşmalar əsasında sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazırdır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın bəyanatında deyilir. “Oktyabrın altısında Praqada Azərbaycan və Ermənistan yazılı şəkildə razılığa gəliblər ki, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır və bu Bəyannaməni delimitasiya prosesinin siyasi əsası kimi qəbul edir. Biz bu saziş əsasında Azərbaycanla sərhədlərin delimitasiyası prosesini sürətləndirməyə hazır olduğumuzu təsdiq edirk”, – o qeyd edib. Mənbə: TASS

Read More