Dünya 

Rusiyada neft anbarı yanır – VİDEO

Rusiyanın Kursk vilayətində Ukraynaya məxsus PUA-nın hücumu nəticəsində neft bazasında yanğın başlayıb. Bu barədə regionun qubernatoru Roman Starovoyt özünün “Telegram” kanalında bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan yoxdur. “Hazırda bütün xüsusi xidmət orqanları hadisə yerində işləyir”, – deyə o vurğulayıb. Yerli mətbuatın məlumatına görə, yanan 100 tonluq çəndir. Hadisə şahidləri yanğından əvvəl havada partlayışlar baş verdiyini bildiriblər.

Read More
Dünya 

Türkiyə gəmisi batdı: Dənizçilərin taleyindən xəbər yoxdur

Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb. Hadisənin baş verdiyi Bursa vilayətinin valisi Mahmud Demirtaş onların axtarışına başlanıldığını bildirib. “69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb”. Onun sözlərinə görə, insidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də (Bakı vaxtı ilə 7:20 – red.) daxil olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib. Vali bildirib ki, dənizçilərin axtarışına güclü dalğalar mane olur. Mənbə: TRT Haber

Read More
Dünya 

Rusiyaya gedənlərə artıq bu işlər qadağan edildi

Rusiyanın Samara vilayətinin rəhbərliyi miqrantlara təhsil və nəqliyyat xidmətlərinin göstərilməsi sahəsində işləməyi qadağan edib. Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, qeyd olunur ki, patenti olan miqrantlar ictimai nəqliyyatda, taksidə və təhsil sahəsində işləyə bilməyəcəklər. Məhdudiyyətlər işə qəbul agentliklərinə də təsir edəcək. “Qərar dərc edildiyi gündən 10 gün sonra, yəni 2024-cü il fevralın 24-dən qüvvəyə minir”, – mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Regional hökumət əlavə edib ki, vilayət qubernatoru Dmitri Azarov hüquq-mühafizə orqanlarına qətnamənin icrasına ciddi nəzarət etməyi tapşırıb.

Read More
Dünya 

Hindistanda etiraz edən fermerlərin üzərinə dronlar vasitəsilə qaz mərmiləri atılır – VİDEO

Hindistanın təhlükəsizlik qüvvələri paytaxt Nyu-Delhiyə doğru hərəkət edən on minlərlə etirazçı fermerin qarşısını almaq üçün ikinci gün ardıcıl olaraq gözyaşardıcı qazdan istifadə edib. Yerli KİV-də qeyd olunub ki, qaz mərmilərinin atılması üçün dronlardan da istifadə olunur. Fermer həmkarlar ittifaqları ilə hökumət arasında aparılan danışıqlarda bir sıra məhsullar üçün minimum qiymətlər üzrə öhdəliklərə nail olmaq mümkün olmayıb, bundan sonra fermerlər paytaxta üz tutublar. Etirazçıların qarşısı Pəncab və Haryana əyalətlərinin şimalında təhlükəsizlik qüvvələri tərəfindən alınıb. Polis Haryanadan Nyu-Delhiyə qədər olan 150 kilometrlik ərazidə nəqliyyatın hərəkətini bağlayıb. Paytaxtın ətrafında barrikadalar qurulub, tikanlı məftillərlə…

Read More
Dünya 

Rusiyalı taksi sürücüsündən Sevgililər Günündə maraqlı evlilik təklifi: 30 avtomobil gətirdi… – VİDEO

Rusiyanın paytaxtı Moskvada taksi sürücüsü sevdiyi qıza maraqlı evlilik təklifi edib. O, 14 Fevral Sevgililər Günündə 30 avtomobili qızın həyətinə gətirib və pəncərəsinin altında taksilərdən ibarət sarı nəhəng ürək düzəldib. Taksi sürücüsü qızdan onunla evlənməsini xahiş edib. Qız sevgilisinin təklifi ilə razılaşıb və maşınların siqnalları altında “hə” cavabı verib. Qızın müsbət cavabından sonra avtomobillərində əyləşən taksi sürücüləri eyni vaxtda siqnal verməyə başlayıblar. Mənbə: “SHOT” “Telegram”

Read More
Dünya 

Lavrov: “Rusiya Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həllinə hazırdır”

Rusiya xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında keçirilən “hökumət saatı”nda ölkənin xarici siyasətinin aktual problemlərinə dair təqdimatla çıxış edib. Nazir, həmçinin Ukrayna müharibəsinin nizamlanması ilə bağlı nəzərdən keçirilən həll yollarından da danışıb. “Rusiya Ukraynadakı münaqişənin reallıqları nəzərə alınmaqla siyasi və diplomatik yolla həllinə hazırdır”, – deyə Lavrov qeyd edib. Mənbə: RT

Read More
Dünya 

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı

Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Rusiya Daxili İşlər Nazirliyinin Estoniya Baş naziri Kaya Kallasın axtarışa verilməsi ilə bağlı qərarı olub. Diplomatdan baş verənlərlə bağlı yazılı izahat tələb olunub. Rusiyanın müvəqqəti işlər vəkili, həmçinin Latviya və Litvanın Xarici İşlər Nazirliklərinə də çağırılıb. Xatırladaq ki, ötən gün Estoniya Baş naziri Kaya Kallas və Estoniyanın dövlət katibi Taymar Peterkop Rusiya XİN tərəfindən cinayət işi üzrə axtarışa veriliblər. Mənbə:  RIA Novosti

Read More
Dünya 

Rusiyada ordu haqqında saxta xəbərlər yayanların əmlakları müsadirə olunacaq

Rusiya Prezidenti Vladimir Putin ordu ilə bağlı saxta xəbərlərə və dövlət təhlükəsizliyinə qarşı cinayətlərə görə əmlakın müsadirə edilməsi haqqında qanunu imzalayıb. Bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub. Həmin qanunla Rusiya Federasiyasının Cinayət Məcəlləsinə dəyişiklik edilir və əmlakın müsadirə oluna biləcəyi cinayətlərin siyahısı genişləndirilir. Mənbə: TASS

Read More