Dünya 

Filippində torpaq sürüşməsində 100-dən çox insan itkin düşüb

Filippinin Davao de Oro əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb, daha 110 nəfər isə hələ də itkin düşmüş sayılır. Bu barədə yerli kanallar məlumat yayıb. Bildirilir ki, fövqəladə hallar xidmətləri axtarış-xilasetmə əməliyyatı zamanı 30-dan çox insanı xilas edə bilib, onların arasında dağıntılar altında təxminən 60 saat qaldıqdan sonra sağ tapılan uşaq da var. Xatırladaq ki, təbii fəlakət fevralın 6-da baş verib, bir neçə ev və yerli qızıl hasilatı zavodunun işçilərini daşıyan bir neçə avtobus torpağın altında qalıb. Mənbə: TASS

Read More
Dünya 

Qazaxıstanda maska rejimi bərpa edilir

Qazaxıstanda koronavirus və qızılca ilə əlaqədar maska ​​rejimi bərpa edilir. Tibb müəssisələrində bu məcburidir, ictimai yerlərdə isə tövsiyə olunur. Ölkə başçısının sərəncamına əsasən, respublikanın səhiyyə müəssisələrində maska ​​rejimi tətbiq edilib. Bu təşkilatların rəhbərləri tibb müəssisələrində personal və ziyarətçilərin tibbi maskalardan istifadəsini, həmçinin antiseptik vasitələrin olmasını təmin etməlidirlər. İctimai yerlərə gəlincə, qoruyucu vasitələrin istifadəsi tövsiyə edilir. “İnsanların sıx toplaşdığı yerlərdə (hava limanları, qatar stansiyaları, marketlər, ticarət mərkəzləri, teatrlar, kinoteatrlar, əhaliyə xidmət mərkəzləri, banklar və s.), eləcə də bütün nəqliyyat vasitələrində tibbi və ya parça maskalardan istifadə edilməsi tövsiyə edilsin”, – deyə…

Read More
Dünya 

Rusiyada federasiya prezidenti başından güllələnib?

Ötən gün meyiti tapılan Sankt-Peterburq (Rusiya) Karate Federasiyasının prezidenti Vitali Konevin ölümünə təsadüfən açılan atəşin səbəb olduğu göstərilir. Bildirilir ki, ekspertlər Konevin başında 5,45 kalibrli güllə aşkar ediblər. Üstəlik, Konevin cəsədinin tapıldığı “Nevski” atış klubu yaxınlığında yalnız təhlükəsizlik perimetri ilə ayrılmış hərbi poliqon var. Müstəntiqlərin bir versiyasına görə, Konev qonşu poliqonda Kalaşnikov avtomatından açılan atəş nəticəsində güllə ilə vurularaq təsadüfən öldürülüb. Hazırda faktla bağlı “Qətlə səbəb olma” maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, Konevin meyiti fevralın 7-də günorta saatlarında “Nevski” atıcılıq klubunun ərazisində aşkar edilib. Belə ki, idman…

Read More
Dünya 

Ekvador Rusiyanın imtinasından sonra bananını satmağa yer tapmır

Ekvador Rusiyanın yerli bananları almaqdan imtina etməsindən “təəccüblənir”, çünki bu meyvələrin Rusiyaya ixracı respublika üçün zəruridir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Karib dənizinin Sent Kitts və Nevis adası əyalətində nəşr olunan “Saint Kitts & Nevis Observer” qəzeti yazıb. Nəşr Ekvadorun banan ixracatçılarının əsas assosiasiyalarından biri olan Riçard Salazardan sitat gətirir. Cənab Salazar Rusiyanın bu cür radikal qərarından təəccübləndiyini söyləyib və əlavə edib: “Rusiya bazarı Ekvador üçün çox vacibdir və onu əvəz etmək çətin olacaq”. O, problemi həll etmək üçün Rusiya səlahiyyətliləri ilə görüşməyə çalışacağını və qadağanın aradan qaldırılmasını xahiş…

Read More
Dünya 

Putin “Şimal axını” boru kəmərləri ilə bağlı təxribatda kimi günahkar hesab etdiyini açıqladı – VİDEO

“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində təxribat ABŞ kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilib”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib. Belə ki, o, ABŞ-li icmalçının boru kəmərlərini kimin partlatması ilə bağlı sualına – “əlbəttə, siz”, – cavabını verib. Jurnalist zarafatla həmin gün məşğul olduğunu və partlayış həyata keçirmədiyini deyəndə isə prezident aydınlıq gətirib: “Şəxsən sizin alibiniz ola bilər, lakin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) belə bir alibisi yoxdur. Bilirsiniz, mən təfərrüata varmayacağam, lakin belə hallarda həmişə deyirlər: maraqlı tərəfi axtarın. Amma bu halda biz…

Read More
Dünya 

Putin: “Əgər Vaşinqton Kiyevə silah tədarükünü dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”

“Biz bu barədə Birləşmiş Ştatlar rəhbərliyinə demişik, əgər Vaşinqton Kiyevə silah tədarükünü dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. V.Putin əlavə edib ki, yalnız silah tədarükü dayanandan sonra rəsmi Moskva Kiyevlə bəzi şərtləri razılaşdıra bilər. Mənbə: Kp.ru

Read More
Dünya 

Gürcüstanda bazarda atışma: Ölənlər var – FOTO/VİDEO

Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində azı dörd nəfər həlak olub. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. “Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazarın ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən dayısı da daxil olmaqla dörd nəfər həlak olub. Bir nəfər – təqsirləndirilən şəxsin əmisi oğlu yaralanıb”, – deyə qurumdan bildirilib. DİN həmçinin atəş açan şəxsin saxlanıldığını bildirib. Mənbə: TASS

Read More
Dünya 

Rusiyalı turistlər Kubanın hava limanında etiraz aksiyası keçirdilər: “Evə getmək istəyirik” – VİDEO

Bir qrup rusiyalı turist təyyarənin nasazlığı səbəbindən Kubadan Moskvaya uça bilməyib. Nəticədə 300-dən çox sərnişin hava limanında gecələməli olub. Lakin evinə tələsən bir qrup rusiyalı turist hava limanın binasında etiraz keçirərək onlara ayrıca reysin təşkil olunmasını tələb ediblər. Mənbə: Mash

Read More
Dünya 

Putinin köməkçisi: “Rusiya Prezidentinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir”

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıqlar aktiv mərhələdədir, lakin dəqiq tarixlər hələ də razılaşdırılır”. Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat verib. “Hazırda Putinin Türkiyəyə səfəri üçün çox fəal hazırlıq gedir. Üstəlik, Rusiyanın demək olar ki, bütün əsas qurumları – həm iqtisadi, həm də siyasi – hazırlıq işləri görür”, – Kreml nümayəndəsi bildirib. “Səfərin konkret tarixləri hələ razılaşdırılma mərhələsindədir”, – deyə o əlavə edib. Prezidentin köməkçisi Rusiyanın Türkiyə ilə çoxşaxəli əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. Mənbə: TASS

Read More