Dünya 

Rusiya FHN-ə məxsus helikopter gölə düşüb – YENİLƏNİB + FOTO

Rusiyanın Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus Mi-8 helikopterinin qəzaya uğradığı yer müəyyənləşib. Bu barədə Rusiya FHN məlumat yayıb. Qeyd olunur ki, Kareliya Respublikasının ərazisində itən helikopter Oneqa gölünün buz bağlayan səthinə çırpılaraq gölün dibinə düşüb. İlkin məlumata görə, ekipaj üzvləri həlak olublar, onların axtarışlarına başlanılıb. Baş verən qəzanın araşdırılması üçün operativ qərargah və komissiya yaradılıb. Mənbə: Rbc.ru   01:52 Rusiyada Xilasedicilər Kareliya yaxınlığında əlaqə kəsilən Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə mərkəzinə məxsus Mi-8 helikopterini axtarırlar. Bu barədə Rusiya FHN öz “Telegram” kanalında məlumat yayıb. İdarənin məlumatına görə, Şimal-Qərb Aviasiya Xilasetmə…

Read More
Dünya 

Polşada mümkün hərbi əməliyyatlara görə pilotlara xəbərdarlıq edilib

Polşada pilotları ölkənin şərq hissəsində mümkün döyüşlər səbəbindən ehtiyatlı olmağa çağırıblar. Bu barədə Polşa Hava Naviqasiya Agentliyi məlumat paylaşıb. “5 fevral 2024-cü il saat 06:00-dan 5 may 2024-cü il saat 06:00-a qədər olan müddətdə hava məkanı istifadəçiləri üçün naviqasiya xəbərdarlığı tətbiq edilir”, – məlumatda bildirilir. Agentlik həmçinin xəbərdarlığın tətbiq olunduğu zonanın qeyd olunduğu xəritəni də dərc edib. Bu, Rusiya, Belarusiya və Ukrayna ilə sərhədə yaxın olan bölgələrə aiddir. Qeyd olunur ki, xəbərdarlıq Polşa, Varşava ərazisinə də aiddir. Mənbə: “RİA Novosti” “Telegram” kanalı

Read More
Dünya 

“Rosselxoznadzor” Ekvador güllərində də “zərərverici” tapdı

“Rosselxoznadzor” bu dəfə Ekvador qərənfillərinin Avropa İttifaqı ölkələri (Hollandiya, Almaniya, Latviya, Litva) vasitəsilə Rusiyaya tədarükü ilə bağlı vəziyyətdən “narahat”dır. Xidmətin yaydığı məlumata görə, Ekvador qərənfillərində qərb çiçəyi tripsi aşkar edildiyi üçün onların sertifikatlaşdırılmasının fevralın 9-dan dayandırılması xahişi ilə bu ölkələrin səlahiyyətli orqanlarına müraciətlər göndərilib. Məlumatda bildirilir ki, “Rosselxoznadzor Ekvador mənşəli kəsmə güllərin tədarükü zamanı EEAS-ın fitosanitar tələblərinin pozulması hallarının artmasından narahatdır: “Çünki onlarda Qərbi (Kaliforniya) gül tripsləri aşkar edilib. Ən çox karantin obyekti Avropa İttifaqı ölkələri (Hollandiya, Almaniya, Latviya, Litva) vasitəsilə Rusiya ərazisinə daxil olan Ekvador mənşəli gül məmulatlarında aşkar edildiyini…

Read More
Dünya 

Ermənistan yolu bağlandı

Gürcüstan-Ermənistan sərhədinə gedən yol hazırda bütün nəqliyyat növləri üçün bağlıdır. ARANTV.AZ  bu barədə erməni mediasına istinadən bildirir. Bildirilir ki, qar fırtınası və zəif görmə ilə əlaqədar olaraq məhdudiyyət Koda-Partsxisi-Manglisi-Tsalka-Ninotsminda dövlətlərarası avtomobil yolunun 94-110-cu km-ə (Paravani aşırımı) şamil edilir.

Read More
Dünya 

Dağıstanda üç uşağın olduğu avtomobil kanala aşdı – VİDEO

Mahaçqalada idman məşqçisi və üç şagirdinin olduğu “Lada Priora” markalı avtomobil kanala aşıb. Məlumata görə, MMA üzrə məşqçi idarəetməni itirib, avtomobil suda batıb. Sürücü və 14 yaşlı sərnişin sağ çıxa biliblər. Daha iki nəfər – 10 və 12 yaşlı oğlanlar hadisə şahidləri tərəfindən batmış avtomobildən xilas edilib. Hər iki uşağın vəziyyəti ağırdır, onlar süni nəfəs sisteminə qoşulublar. Mənbə: gazeta.ru

Read More
Dünya 

Rusiya bu ölkədən banan almayacaq

Rusiya Ekvadordan banan idxalını məhdudlaşdırır. ARANTV.AZ xəbər verir ki, bu barədə “Rosselxoznadzor”dan məlumat verilib. Məlumata görə, “Rosselxoznadzor” göndərilmək üçün hazırlanmış partiyada bütün Avrasiya İqtisadi İttifaqında karantin siyahısında olan təhlükəli donqar milçək zərərvericisi aşkar edib. Artıq fevralın 5-dən Rusiyada 5 şirkətin məhsullarına qadağa qoyulacaq. Fevralın 9-dan isə Ekvador Rusiyaya təkcə bitkilərə deyil, hətta torpağa da yoluxan həşəratlara görə qərənfil tədarük edə bilməyəcək. Qeyd edək ki, Ekvador ölkəsinin köhnə rus texnikasını ABŞ-a vermişdi. Rusiya Xarici İşlər Nazirliyi Ekvadorun bu addımına etiraz etsə də, Prezident Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən…

Read More
Dünya 

Britaniya XİN rəhbəri: “Abdullahiana dedim ki, öz əməllərinizə görə cavab verəcəksiniz”

Britaniyanın xarici işlər naziri Devid Kemeron “The Sunday Times” qəzetinə müsahibə verib. O, iranlı həmkarı Hüseyn Əmir Abdullahianla söhbətinə toxunub: “Biz İrana mümkün qədər aydın mesaj göndərməliyik ki, onlar proksi qüvvələri vasitəsilə etdiklərinin qəbuledilməz olduğunu bilsinlər. Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla söhbət etdim. Dedim ki, proksi qüvvələr sizə bağlıdır, siz onlardan boyun qaçıra bilməzsiniz. Siz onları yaratdınız, dəstəklədiniz və nəhayət onların etdiklərinə görə cavab verəcəksiniz”, – Kemeron qeyd edib.

Read More
Dünya 

Fransanın NATO və Aİ-dən təcili çıxması tələb edildi

“Fransa müstəqilliyini qorumaq üçün təcili olaraq NATO-dan çıxmalıdır”. Bu fikri Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo deyib. “Birləşmiş Ştatlarda güc elitaları bütün dünyada münaqişələri qızışdırmağa çalışırlar, Fransanın bununla heç bir əlaqəsi olmamalıdır. Təcili olaraq NATO-nu tərk etməliyik”, – o bildirib. Siyasətçinin sözlərinə görə, “NATO və Aİ-dən çıxmaqla Fransa müstəqilliyini bərpa edəcək və öz milli maraqlarını daha yaxşı qoruya biləcək”. Mənbə: TASS

Read More
Dünya 

İraqda ümummilli matəm elan edildi

İraq hakimiyyəti ABŞ Hərbi Hava Qüvvələrinin sərhəd bölgələrinə hücumu nəticəsində həlak olanların xatirəsinə ümummilli matəm elan edib. Bu barədə ölkənin Baş naziri Məhəmməd əl-Sudaninin fərmanında deyilir. “Bu gün, fevralın 3-də Anbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilir”, – fərmanda bildirilir. İraq hökumətinin məlumatına görə, bombardman nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb. Mənbə: TASS

Read More