Türk zəvvarların avtobusu qəzaya uğradı: 2 ölü

Türk zəvvarları daşıyan avtobus Mədinədən Məkkə istiqamətində hərəkət edərkən qəzaya uğrayıb. ARANTV.AZ xəbər verir ki, qəza nəticəsində avtobusun hər iki sürücüsü həlak olub. Onlardan birinin yanaraq öldüyü qeyd olunub. Qum fırtınası səbəbilə görmənin məhdud olduğu yolda baş verən qəza zamanı bəzi zəvvarların yüngül xəsarət aldığı bildirilir.axar.az

Daha çox ..

Pilotlar 11 kilometr yüksəklikdə dalaşdı

İraq Hava Yolları (İraqi Airways) aviaşirkətinin iki pilotu təyyarənin göyərtəsində dalaşdıqları üçün işdən kənarlaşdırılıblar. ARANTV.AZ xəbər verir ki, faktla bağlı İraqın Nəqliyyat Nazirliyi araşdırma başladıb. Məlumata görə, hadisə bir neçə gün əvvəl 11 kilometr yüksəklikdə, göyərtəsində 150 sərnişin olan təyyarədə baş verib. Pilotların mübahisəsi zamanı kabinə qismən zərər görüb. axar.az

Daha çox ..

Putinin Trampa hədiyyə etdiyi topda nə gizlədilib?

Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampa hədiyyə etdiyi 2018-ci il dünya çempionatının simvolu top kommunikasiya funksiyaları olan xüsusi cihazlarla təchiz edilmiş ola bilər. ARANTV.AZ xəbər verir ki, Helsinki konfransında Trampa hədiyyə olunan top Vaşinqtonda birmənalı qarşılanmayıb. “Mən bu futbol topunda dinləmə cihazlarının olub-olmamasını yoxlayardım və onun Ağ Evə gətirilməsinə heç vaxt icazə verməzdim”,…

Daha çox ..

Suriya raketləri İsrail kurortuna düşdü – VİDEO

Suriya ərazisindən buraxılan iki raket İsrailin şimalındakı Qofra turist çimərliyindəki Kineret gölünə düşüb. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı newsru.co.il portalı məlumat verib. Hücum dünən axşam saatlarında olub. İsrail Müdafiə Nazirliyi raketin Suriya ərazisindən atıldığını təsdiqləyib. Hadisə zamanı xəsarət alan olmayıb. Gölün sahilində istirahət edən turistlərin sözlərinə görə, iki raketin suya düşməsinin şahidi olublar. oxu.az

Daha çox ..

General Süleymanidən Trampa: Səni gözləyirik!

İran İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi bölüyünün komandiri, general-mayor Qasım Süleymani ABŞ prezidenti Donald Trampın İranı təhdid etməsinə reaksiya göstərib. ARANTV.AZ xəbər verir ki, bununla bağlı İranın “Tasnim” agentliyi məlumat yayıb. “Qanunsuz qumar oyunlarının həvəskarı Tramp! Prezident Həsən Ruhanini deyil, məni təhdid elə! Mən sənlə təkbaşına mübarizə aparacam. Biz şəhid xalqıq, çox ağır vaxtlarımız olub və səni gözləyirik. Bunu bil…

Daha çox ..

Mədinədə hacıları daşıyan avtobus yandı – VİDEO

Səudiyyə Ərəbistanın Mədinə şəhərində Türkiyədən olan hacıları daşıyan avtobus qarşıdan gələn “pikap” tipli avtomobil ilə toqquşub. ARANTV.AZ-ın məlumatına görə, qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü ölüb. Qum fırtınası səbəbi ilə yolların qumlarla örtülməsinə görə qarşıdan gələn nəqliyyat vasitəsi yolu düzgün nizamlaya bilməyib və türk hacıların olduğu avtobusa çırpılıb. Çırpılmanın şiddəti ilə qəzadan dərhal sonra…

Daha çox ..

BRİKS liderləri bayraqları səhv saldı – VİDEO

BRİKS ölkələrinin Cənubi-Afrika Respublikasında keçirilən sammitində liderlər tədbirin təşkilatçılarından səhvi səbəbindən yenidən şəkil çəkdirməli olublar. ARANTV.AZ xəbər verir ki, siyasətçilər yerlərini dəyişdikdən sonra heç biri öz ölkəsinin bayrağı qarşısında yerini ala bilməyib. Belə ki, Çin Xalq Respublikasının sədri Si Tsipin CAR-ın simvolu qarşısında, Hindistanın baş naziri Narendra Modi Braziliya bayrağı önündə, CAR lideri Siril Ramafosa rus…

Daha çox ..

ABŞ polisi relsin üstündə yuxuya gedən şəxsi ölümdən xilas etdi — VİDEO

ABŞ-ın Nyu-Cersi ştatında maraqlı hadisə baş verib. ARANTV.AZ xəbər verir ki, polis reslərin üzərində yuxuya gedən şəxsi ölümdən xilas edib. Hadisə bir neçə gün əvvəl baş verib. Polisə daxil olan məlumatda deyilib ki, Pert-Emboy stansiyası yaxınlığında relslərin üzərində bir kişi uzanıb. Hadisə yerinə gedən polis zabiti Kayl Savoyya relsin üzərində uzanan insanı və yaxınlaşan qatarı…

Daha çox ..

Polis Türkiyə parlamenti qarşısına toplaşan etirazçıları dağıtdı

Ankara polisi Türkiyə parlamentinin binası qarşısında mitinq keçirməyə çalışan 30 nəfərdən ibarət qrupu ərazidən uzaqlaşdırıb. ARANTV.AZ trend-ə istinadən bildirir ki, etirazçı kütlənin dağıdılması üçün əlavə polis qüvvələri göndərilib. Nümayişçilərin tələbləri haqqında heç bir məlumat verilmir. Yerli KİV-lər müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bir sıra deputatların etirazçıları dəstəklədiyini yazıb.

Daha çox ..

Arvadının boğazını kəsdi: ardınca etdiyi eşidənləri daha da DƏHŞƏTƏ GƏTİRDİ

Misirdə məlum olmayan səbəblərdən arvadının boğazını kəsib, uşaqlarının yeməklərinə zəhər atan qatil ata Nabaruh qəsəbəsində avtomobili ilə qaçarkən saxlanılıb.ARANTV.AZ xəbər verir ki, Dimyad şəhərində baş verən olay zamanı uşaqların çığırtı səslərinə evə qaçan qonşular onları xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxilələrinə baxmayaraq, azyaşlıların həyatını xilas etmək mümkün olmayıb. milli.az

Daha çox ..