Dünya 

ABŞ polisi relsin üstündə yuxuya gedən şəxsi ölümdən xilas etdi — VİDEO

ABŞ-ın Nyu-Cersi ştatında maraqlı hadisə baş verib.

ARANTV.AZ xəbər verir ki, polis reslərin üzərində yuxuya gedən şəxsi ölümdən xilas edib.

Hadisə bir neçə gün əvvəl baş verib. Polisə daxil olan məlumatda deyilib ki, Pert-Emboy stansiyası yaxınlığında relslərin üzərində bir kişi uzanıb. Hadisə yerinə gedən polis zabiti Kayl Savoyya relsin üzərində uzanan insanı və yaxınlaşan qatarı görüb. O, qaçaraq “Oranı tərk et!”, “Qatarı saxlayın” deyərək qışqıra-qışqıra ona yaxınlaşıb. Qatarla toqquşmadan bir saniyə əvvəl oyanan kişi relslərin üzərindən kənara sıçrayıb.


Ölkə.Az

Daha çox xəbərlər

Leave a Comment