Suriya raketləri İsrail kurortuna düşdü – VİDEO
Suriya ərazisindən buraxılan iki raket İsrailin şimalındakı Qofra turist çimərliyindəki Kineret gölünə düşüb.
ARANTV.AZ xəbər verir ki, bununla bağlı newsru.co.il portalı məlumat verib.
Hücum dünən axşam saatlarında olub. İsrail Müdafiə Nazirliyi raketin Suriya ərazisindən atıldığını təsdiqləyib.
Hadisə zamanı xəsarət alan olmayıb. Gölün sahilində istirahət edən turistlərin sözlərinə görə, iki raketin suya düşməsinin şahidi olublar.
oxu.az

