Dünya 

“Simpsonlar” serialının sirri AÇIQLANDI – FOTOLAR

1989-cu ildən ABŞ-da yayıma başlayan “Simpson”lar cizgi serialı böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə tez-tez gündəmə gəlir. ARANTV.AZ  xarici KİV-ə istinadən xəbər verir ki, serialda illər öncəki bəzi səhnələrin yaxın gələcəkdə baş verən hadisələrlə oxşarlığı tamaşaçıları təəccübləndirir. Beləliklə, “Simpson”lar həqiqətən gələcəyi bilirlərmi? Yoxsa bütün bunlar təsadüfdür? Məlumata görə, YouTube kanalı “Chuppl” “Simpsons” filminin sirrini açdığını iddia edir. Kanalın hazırladığı “How They Predict the Future” başlıqlı videoda serialın yazar qrupunun təhsil səviyyəsi diqqət çəkir. Videoda deyilir: “Digərlərindən fərqli olaraq, “Simpson”lar filminin yazar heyəti əsasən riyaziyyatdan sosial elmlərə qədər müxtəlif sahələrdə…

Read More
Dünya 

Alimlərdən şok xəbərdarlıq: Əsrin sonunda bu qohumlar yoxa çıxacaq

2024-cü ilin yanvar ayına olan məlumata görə, dünya əhalisi 8,09 milyard nəfərdir. 1970-ci illərə qədər dünya əhalisi hiperbolik qanuna uyğun olaraq artıb, 1988-ci ildən isə artım templərində yavaşlama müşahidə olunub. Və buna baxmayaraq, mütləq mənada əhali sürətlə artır. ARANTV.AZ xəbər verir ki, BMT-nin məlumatına görə, 1994-cü ildən 2014-cü ilə qədər 60 yaşdan yuxarı insanların sayı iki dəfə artıb: dünyada yaşlıların sayı beş yaşınadək uşaqlardan çoxdur. “Naked Science” bildirir ki, Maks Plank adına Demoqrafik Araşdırmalar İnstitutu (Almaniya), Buenos-Ayres (Argentina) və Amsterdam Universitetinin (Niderland) alimləri dünya üzrə qohumluq əlaqələrinin təkamülünü izlədikləri bir…

Read More
Dünya 

Yunanıstan sahillərini zəlzələ silkələdi: Bir neçə ölkədə hiss olundu – FOTO

Yunanıstanın Krit adasının sahillərində 4,8 bal gücündə (bəzi mənbələrdə – beş bal gücündə) zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 km cənub-qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Zəlzələ Türkiyə, Misir və Liviyada da hiss olunub.  

Read More
Dünya 

Traktor qalın qar təbəqəsinin içində görünməz oldu: Türkiyədən inanılmaz görüntü – VİDEO

Türkiyədə əlverişsiz hava şəraiti əhalinin həyatını çətinləşdirib. Sakinlər vəziyyəti nümayiş etdirmək üçün regionlardan görüntülər paylaşırlar. Videoların birində traktorun qalın qar təbəqəsinin altında itməsi əks olunub. Kadrlar Bingöl vilayətindəndir. Burada qarın qalınlığı dörd metrə çatıb. Məlumata görə, yerli hökumət orqanları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün gecə-gündüz işləyirlər. Mənbə: TRT Haber

Read More
Dünya 

Rusiya paytaxtında “qara çovğun”: Əhaliyə xəbərdarlıq edildi – VİDEO

Rusiya paytaxtı Moskvanın bəzi rayonlarında “qara çovğun” adlandırılan güclü külək hökm sürür. Bununla bağlı sosial şəbəkələrdə maraqlı kadrlar paylaşılıb. Güclü qar və küləklə müşayiət olunan belə hava şəraitində görmə məsafəsi cəmi bir neçə metr olur. Bu səbəbdən ölkənin fövqəladə hallar xidmətləri əhaliyə mümkün qədər ehtiyatlı və diqqətli olmağı tövsiyə edib. Mənbə: “112” “Telegram”

Read More
Dünya 

ÜST: “Bayram günü koronavirusun yeni variantına yoluxmalara görə minlərlə adam ölüb”

Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə – əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb. O, həmçinin yoluxma nisbətinin digər ölkələrdə də artdığı, lakin onların müvafiq məlumatı təşkilatla paylaşmadıqları barədə gümanını da dilə gətirib. Qebreyesus bütün dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb. ÜST…

Read More
Dünya 

Ukraynada Türkiyənin xəbər agentliyinin əməkdaşlarının qaldığı hotelə raket düşdü – FOTO/VİDEO

Ötən gecə Ukraynanın Xarkov şəhəri Rusiya tərəfindən raket hücumuna məruz qalıb. Ukrayna-Rusiya müharibəsini işıqlandıran Türkiyənin “Anadolu” xəbər agentliyinin əməkdaşlarının qaldığı “Park Hotel”ə də iki raket düşüb. Partlayış nəticəsində hotelin yuxarı mərtəbələri xarabalığa çevrilib, bina alovlanıb. Jurnalistlər hoteli kiçik xəsarətlərlə tərk edə biliblər. Əməkdaşların ikisi də yoxlamalar üçün xəstəxanaya göndərilib. Həmçinin komandanın istifadə etdiyi avtomobil də hotelin yaxınlığındakı bir çox digər maşın kimi, zədələnərək yararsız hala düşüb. Ukraynanın Xarkov Vilayəti Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov sosial media hesabından verdiyi açıqlamada hücumun S-300 raketləri ilə həyata keçirildiyini bildirib. 30-dan çox mülki şəxsin…

Read More
Dünya 

İstanbulda altı ölkə tərəfindən “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan 10 nəfər saxlanıldı – VİDEO

Türkiyənin İstanbul şəhərində “İnterpol”un qırmızı bülleteni ilə altı ölkə tərəfindən axtarışa verilən 10 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında məlumat verib. “İran, Cənubi Koreya, Suriya, Çin, Özbəkistan və İsveçrə tərəfindən dələduzluq, çirkli pulların yuyulması, qumar oyunları, immiqrant qaçaqmalçılığı, insan qaçaqmalçılığı, insan alveri ittihamları üzrə “İnterpol”un qırmızı bülleteni ilə axtarışa verilən 10 nəfər “Kafes-30” əməliyyatları çərçivəsində ələ keçirilib”, – deyə nazir qeyd edib. 6️⃣ ülke tarafından haklarında INTERPOL 🟥 Kırmızı Bülten ile arama kaydı bulunan 1️⃣0️⃣ şahıs “KAFES-30” Operasyonuyla İstanbul’da yakalandı. Aziz Milletimizin Bilmesini İsterim…

Read More