Yunanıstan sahillərini zəlzələ silkələdi: Bir neçə ölkədə hiss olundu – FOTO
Yunanıstanın Krit adasının sahillərində 4,8 bal gücündə (bəzi mənbələrdə – beş bal gücündə) zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 km cənub-qərbdə yerləşib. Ocaq 10 km dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Zəlzələ Türkiyə, Misir və Liviyada da hiss olunub.

