Dünya 

Paşinyanın fransız generalı müşavir gətirməkdə MƏQSƏDİ- Sensasiyon FAKTLAR

Bu günlərdə yayılan məlumata görə, Nikol Paşinyan fransız generalı Ermənistan Müdafiə Nazirliyinə baş müşavir postuna gətirmək istəyir. Ehtimal olunur ki, o, bunu hakimiyyəti əlində saxlamaq üçün edir. Ekspertlərin fikrincə, bu, həm də Qərbin Cənubi Qafqazla bağlı planlarının bir parçası ola bilər. Hərbi ekspert, ehtiyatda olan polkovnik  Üzeyir Cəfərov Musavat.com-a bildirdi ki, Paşinyan Qərblə müəyyən məsələləri razılaşdırıb. Son zamanlar Ermənistan və Fransa arasında müşahidə olunan yaxınlaşma da bu razılaşmanın tərkib hissəsidir: “Qərb Paşinyanı Rusiyanın təsir dairəsindən uzaqlaşmaq üçün müəyyən qərarlar verməklə təlimatlandırır. Fransa Ermənistan vasitəsilə Cənubi Qafqazda yerləşmək istəyir. Bunun üçün də…

Read More
Dünya 

Soçi şəhərini su basıb – VİDEO

Rusiyanın Krasnodar diyarının Soçi şəhərini su basıb. Məlumata görə, dəniz suyu sahili aşaraq artıq çoxmərtəbəli yaşayış binalarının olduğu ərazilərə dolub. Qeyd edək ki, dəniz dalğaları dörd metrə qədər yüksəlir. Üstəlik, meteoroloqlar fırtınanın pik nöqtəsini gözlədiklərini bildiriblər. Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Read More
Dünya 

Fransada erməni əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar?

“Fransada təxminən yeddi mərkəzdə Ermənistandan olan əsgərlər Rusiyaya qarşı müharibədə iştirak üçün hazırlanırlar”. Bu sözləri rusiyalı jurnalist Anastasiya Kaşevarova öz “Telegram” kanalında etdiyi paylaşımda deyib. “Bu yaxınlarda “Zerqulio” kanalı Fransadakı erməni hərbçilərin sonradan Ukraynadakı münaqişə zonasına (kimin tərəfində olduğu aydındır) göndərilməsi üçün hazırlanmasından yazmışdı. Təəssüf ki, bu məlumat öz təsdiqini tapdı, üstəlik, mənim mənbələrimin verdikləri məlumata görə, erməni əsgərlərinin hazırlanması üçün təkcə Fontevro Labedəki təlim mərkəzindən istifadə edilmir, bu mərkəzlər bir neçə dənədir (bəlkə də, yeddiyə yaxındır). Təsdiq olaraq bu təlim mərkəzlərindən foto və videolar göndərilib. Xüsusilə Mayi-le-Kan yaşayış məntəqəsi…

Read More
Dünya 

Türkiyədə onlarla mağarada terrorçulara məxsus sığınacaqlar məhv edildi – VİDEO

Türkiyədə separatçı terror təşkilatı üzvlərinin terror aktları həyata keçirmək məqsədilə mağaralarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin yox edilməsi istiqamətində həyata keçirilən “Kahramanlar-30” əməliyyatları zamanı altı bölgədə 63 mağaradakı sığınacaq və anbar məhv edilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Ali Yerlikayanın sözlərinə görə, J-SİHA (Jandarma silahlı pilotsuz uçuş aparatı) və ATAK helikopterlərinin də yer aldığı əməliyyatlar zamanı Şırnak, Siirt, Kahramanmaraş, Diyarbəkir, Muş və Tuncelidə terror təşkilatının qış aylarında logistika məqsədilə istifadə etmək və terror aktları üçün hazırladığı sığınacaqlar bir-bir aşkar olunaraq məhv edilib. Mənbə:…

Read More
Dünya 

Moskva hava limanlarında azı 39 reys gecikib, yeddi reys təxirə salınıb

Moskva hava limanlarında azı 39 reys gecikib, yeddi reys təxirə salınıb. Məlumata görə, uçuşlarda dəyişikliyə güclü qar yağması səbəb olub. Qeyd edək ki, Vnukovo hava limanında 13 reys gecikib, üçü təxirə salınıb. Domodedovo hava limanında 13 reys gecikib, ikisi təxirə salınıb. Şeremetyevo hava limanında da 13 reys gecikib, ikisi təxirə salınıb. Mənbə: Mash

Read More
Dünya 

Zəlzələ zamanı çökən İskenderunda qasırğa: Dəniz və şəhər birləşdi – FOTO/VİDEO

Türkiyədə dəhşətli zəlzələ zamanı təqribən bir metr çökən İskenderun (Hatay) körfəzində yağan şiddətli yağışdan sonra dəniz və şəhər birləşib, sahil zolağı və yaşayış məntəqələri su altında qalıb. Yerli hökumət sakinlərə dənizə yaxın ərazilərdən çəkinməyə və zirzəmidə yerləşən müəssisələrdə qalmamağa çağırış edib. Bundan başqa məktəblərdə birgünlük tətil elan edilib. Qeyd edək ki, Türkiyədə bir neçə gündür başlayan güclü qasırğalar və leysanlardan sonra dənizin daşması nəticəsində bir sıra şəhərləri su basıb. Bazar günü 81 əyalətdən 44-də “narıncı” təhlükə səviyyəsi elan edilib. “Narıncı” təhlükə səviyyəsi – hava şəraiti ilə əlaqədar elan olunan dörd səviyyədən üçüncüsüdür. Ən…

Read More
Dünya 

İlk üçillik kruiz başlamazdan bir həftə əvvəl ləğv edildi: Buna səbəb nə idi?

İlk üçillik dəniz kruizi başlamazdan cəmi bir həftə əvvəl ləğv edildi. Məlumata görə, bir neçə həftəlik sükutdan sonra təşkilatçı şirkət gəminin olmadığını etiraf edib və artıq səfər üçün qeydiyyatdan keçmiş şəxslərə pulu qaytaracağına söz verib. Kruiz gəmisi noyabrın 1-də İstanbuldan yola düşməli idi, lakin bu tarixdən bir müddət əvvəl yola düşmə vaxtı noyabrın 11-ə keçirildi. Gediş nöqtəsi isə Niderlandın Amsterdam şəhərinə dəyişdirildi. Sonra çıxış ikinci dəfə təxirə salındı və noyabrın 30-da elə Amsterdamdan olacağı bildirildi. Lakin noyabrın 17-də – çıxışa iki həftə qalmış – sərnişinlərə kruizin ləğv edildiyi barədə məlumat…

Read More
Dünya 

Krımda qasırğa nəticəsində muzeyi su basdı: Yüzlərlə heyvan tələf oldu – FOTO/VİDEO

Krımda Belbek çayının daşması nəticəsində yaşayış binalarını su basıb. Bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib. Onun sözlərinə görə, təbii fəlakətdən zərər çəkən şəhər sakinləri pansionatda yerləşdiriləcəklər. Həmçinin Xerson mayakı yaxınlığındakı hərbi şəhərcikdə də təxliyə prosesi həyata keçirilir. Mixail Razvojayev bildirib ki, suyun altında yüksək gərginlikli naqillərin olması səbəbindən xilasedicilərin dərhal bu əraziyə çatmaları mümkün olmayıb. Eyni zamanda Sevastopolda pis hava şəraiti akvarium muzeyindəki 800-ə yaxın canlının məhv olmasına səbəb olub. Muzey direktoru Yuri Kravsovun sözlərinə görə, ekzotik heyvanların olduğu zalı su basıb. “9 akvariumda yaşayan 800-ə yaxın heyvanın…

Read More
Dünya 

Krımda güclü qasırğa: Yaralılar və itkin düşənlər var – VİDEO

Krımda ötən gecə baş verən güclü qasırğa nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Bu barədə Sevastopol (Krım yarımadasında şəhər) qubernatoru Mixail Razvojayev məlumat verib. Qubernatorun sözlərinə görə, fırtınanın pik nöqtəsi hələ qabaqdadır – istismar və kommunal xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirir. Sevastopolda park edilmiş avtomobillərin üzərinə divar uçub. Ümumilikdə pis hava şəraiti üç binanın fasadına, 20 evin dam örtüyünə, 17 avtomobilə ziyan vurub, 63 ağac aşıb. Su basması səbəbindən Aluşta-Sudak-Feodosiya avtomobil yolunda Morskoye kəndinin girişində nəqliyyatın hərəkəti dayandırılıb. Həmçinin qasırğa zamanı 50 yaşlı Krım sakininin itkin düşdüyü ilə…

Read More
Dünya 

“Haber Global”ın “YouTube” kanalından rekord: Avropanın ən çox baxılan xəbər kanalı oldu – FOTO/VİDEO

“Haber Global” “YouTube” kanalı Avropanın köklü xəbər kanallarını geridə qoyaraq çox böyük bir uğura imza atıb. Belə ki, “YouTube”un rəsmi ölçü partnyorları “Social Blade” və “VidIQ”ya görə “Haber Global” ən çox baxılan “YouTube” kanalı olaraq siyahının ilk pilləsində qərarlaşıb. Kanal son bir ildə 1,125 mlrd baxışla “YouTube” xəbər kanalları arasında Avropada birinci olub. İkinci yerdə 1,116 mlrd baxışla Britaniyanın köklü qurumu “Sky News” qərarlaşıb. Siyahıda bundan sonra BBC (779 milyon), Almaniyanın “DW News” kanalı (518 milyon) gəlir. İlk beşliyi 477 milyon baxışla “France 24” bağlayır. “Haber Global”ın Sosial Media Meneceri…

Read More