Dünya 

Çanaqqalada dörd əsgəri ildırım vurdu – FOTO

Türkiyədə Çanaqqala Boğazı və Qarnizon Komandanlığına ildırım düşüb. Günboyu yağan şiddətli yağış və fırtınanın təsirli olduğu şəhərdə Çanaqqala və Qarnizon Komandanlığının ərazisinə daxil olan Nara burnunu ildırım vurub. İldırım vurması nəticəsində dörd əsgər yaralanıb. Əsgərlər xəstəxanaya yerləşdiriliblər və vəziyyətlərinin yaxşı olduğu bildirilib.   Mənbə: Haber Global

Read More
Dünya 

Həkim yod çatışmazlığının əsas əlamətlərini açıqladı

Rusiyalı həkim-kardioloq Anna Çuqunnikova yod çatışmazlığının əsas əlamətlərini açıqlayıb. O, bildirib ki, orqanizmdə yod çatışmazlığının əsas göstəricilərindən biri zobun əmələ gəlməsi – qalxanabənzər vəzinin böyüməsidir. “Əksər hallarda yüngül və orta dərəcəli yod çatışmazlığı şəraitində patoloji zob görünməz şəkildə əmələ gəlir və kiçik ölçülü olur. Şiddətli yod çatışmazlığı şəraitində isə zob nəhəng ölçülərə çata bilər, udma və tənəffüs çətinliyi, boyun nahiyəsində narahatlıq, səsdə dəyişiklik ilə müşayiət oluna bilər”, – həkim qeyd edib. Onun sözlərinə görə, uzunmüddətli yod çatışmazlığı tiroid hormonlarının istehsalının pozulması nəticəsində yaranan patologiyaların inkişafına gətirib çıxarır və sinir sisteminin funksiyalarının azalması,…

Read More
Dünya 

Erməni “qanuni oğru” saxlanıldı

İrəvanda etnik erməni olan Gürcüstan vətəndaşı “qanuni oğru” Vitali Avdiyan saxlanılıb. Məlumata görə, o, Ermənistan paytaxtında bir qrup vətəndaşa hücum edən dörd nəfərlə birlikdə ələ keçib. Vitya Tbilisski kimi tanınan “qanuni oğru”nun avtomobilinə baxış zamanı odlu silah və narkotik vasitələr aşkarlanıb. Faktla bağlı istintaq aparılır. Mənbə: Sputnik Georgia

Read More
Dünya 

İstanbula gedən gəmi batdı: 14 nəfər itkin düşdü

Yunanıstanın Lesbos adası yaxınlığında 14 ekipaj üzvü olan yük gəmisi batıb. Gəmi duz yükü ilə Misirdən çıxıb və İstanbula yollanıb. O, Komor adalarının bayrağı altında üzüb. Sahil mühafizəsi artıq baş verənlər barədə xəbərdar edilib. İdarənin əməkdaşları genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparırlar. Hadisə yerində üç yük gəmisi, üç sahil mühafizə gəmisi, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinə məxsus helikopterlər çalışır. Ehtimala görə, insidentə güclü külək səbəb olub. Mənbə: octagon.media

Read More
Dünya 

İranda zəlzələ baş verdi

İranın cənubunda 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min nəfər əhalisi olan Bəndər Abbas şəhərindən 54 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat verilməyib. Mənbə: TASS

Read More
Dünya 

Rusiya təyyarəsində qorxulu anlar yaşandı – VİDEO

Rusiya təyyarəsində dəhşətli anlar yaşanıb. Hava axınları göyərtəni silkələyərək sərnişinləri təsvişə salıb. Onlardan biri kəmərini açdığı üçün yerə yıxılıb və başından xəsarət alıb. İnsident Kamçatkadan Moskvaya uçan təyyarədə baş verib. Görüntülər sosial şəbəkədə yayılıb. Sərnişinlərin bir çoxu bu təcrübədən sonra bir daha təyyarə ilə səyahət etməyəcəklərini bildiriblər.  

Read More
Dünya 

Yer kürəsini maqnit qasırğası bürüdü

Noyabrın 26-da Yer kürəsində mülayim maqnit qasırğası qeydə alınıb. Müvafiq xəbərdarlıq Rusiya Tətbiqi Geofizika İnstitutu tərəfindən verilib. Məlumata görə, hazırda maqnit sahəsinin pozulma dərəcəsi G2 səviyyəsindədir ki, bu da beş göstəricidən ibarət monitorinq şkalası üzrə “orta” deməkdir (G1 – “zəif”, ​​G5 – “son dərəcə güclü”). Beləliklə, Yer kürəsində enerji sistemlərində və radionaviqasiyada fasilələr mümkündür. Qeyd edək ki, son bir həftə ərzində Günəşdə bir neçə güclü partlayışlar baş verib. Mənbə: life.ru

Read More
Dünya 

Rusiyada dron yaşayış binasına çırpıldı: Yaralananlar var – VİDEO

Tulada dron yaşayış binasına çırpılıb. Məlumata görə, bir kişi və iki qadın şüşə qırıntılarından kəsiklər və cızıqlar olmaqla xəsarətlər alıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Binadan təxliyə edilmiş bir neçə sakin isə şok vəziyyətinə düşüb. Maraqlıdır ki, ərazidə heç bir partlayıcı maddə tapılmayıb. Mənbə: Shot

Read More
Dünya 

Dubayda on minlərlə insan kütləvi yürüşə çıxdı – VİDEO

Dubay sakinləri və qonaqları şəhərdə baş tutan kütləvi yürüşdə iştirak ediblər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Ötən il “Dubai Run” marafonuna 145 min insan qatılıb. Bu dəfəki rəqəmlər hələ ki, açıqlanmayıb. Qeyd edək ki, tədbir daha çox marafon yarışı kimi deyil, gəzinti kimi qəbul edilir. İştirakçıların çoxu şəkil çəkdirmək üçün ayaq saxlayırlar. Axı ətrafda Bürc Xəlifə kimi tanınmış məkanlar kifayət qədərdir.  

Read More
Dünya 

Türkiyədə fırtına: İzmir suyun altında qaldı – VİDEO

Ötən gün axşam saatlarından etibarən Türkiyə ərazisini bürüyən fırtına ciddi fəsadlara səbəb olub. Güclü külək və şiddətli yağış İstanbul, İzmir və Ankara kimi şəhərlərdə həyatı çətinləşdirib. İstanbulda külək evlərin damlarını uçurub. Ankarada yerindən qopan ağaclar avtomobillərin üzərinə aşıb. İzmirdə isə leysan yağışdan sonra dənizin daşması nəticəsində yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb. Mənbə: Haber Global

Read More