Dünya 

Rusiyada dron yaşayış binasına çırpıldı: Yaralananlar var – VİDEO

Tulada dron yaşayış binasına çırpılıb. Məlumata görə, bir kişi və iki qadın şüşə qırıntılarından kəsiklər və cızıqlar olmaqla xəsarətlər alıb, lakin onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb. Binadan təxliyə edilmiş bir neçə sakin isə şok vəziyyətinə düşüb. Maraqlıdır ki, ərazidə heç bir partlayıcı maddə tapılmayıb. Mənbə: Shot

Read More
Dünya 

Dubayda on minlərlə insan kütləvi yürüşə çıxdı – VİDEO

Dubay sakinləri və qonaqları şəhərdə baş tutan kütləvi yürüşdə iştirak ediblər. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Ötən il “Dubai Run” marafonuna 145 min insan qatılıb. Bu dəfəki rəqəmlər hələ ki, açıqlanmayıb. Qeyd edək ki, tədbir daha çox marafon yarışı kimi deyil, gəzinti kimi qəbul edilir. İştirakçıların çoxu şəkil çəkdirmək üçün ayaq saxlayırlar. Axı ətrafda Bürc Xəlifə kimi tanınmış məkanlar kifayət qədərdir.  

Read More
Dünya 

Türkiyədə fırtına: İzmir suyun altında qaldı – VİDEO

Ötən gün axşam saatlarından etibarən Türkiyə ərazisini bürüyən fırtına ciddi fəsadlara səbəb olub. Güclü külək və şiddətli yağış İstanbul, İzmir və Ankara kimi şəhərlərdə həyatı çətinləşdirib. İstanbulda külək evlərin damlarını uçurub. Ankarada yerindən qopan ağaclar avtomobillərin üzərinə aşıb. İzmirdə isə leysan yağışdan sonra dənizin daşması nəticəsində yolları su basıb, çoxlu sayda iş yeri, mənzillər və mağazalar su altında qalıb. Mənbə: Haber Global

Read More
Dünya 

Pakistanda ticarət mərkəzində dəhşətli yanğın: 10-dan çox insan öldü – VİDEO

Pakistanın Karaçi şəhərində çoxmərtəbəli “RJ Mall” ticarət mərkəzində güclü yanğın olub. Bildirilir ki, ikinci mərtəbədə başlayan yanğın dördüncü, beşinci və altıncı mərtəbələri bürüyüb. Yanğınsöndürmə xidmətinin məlumatına görə, 50-yə yaxın insan xilas edilib. Hadisə zamanı azı 11 nəfər ölüb. Binada hələ də insanlar var və xilasedicilər onları təhlükəsiz yerə çıxarmağa çalışırlar. Rəsmilər yanğının nəzarət altına alındığını bildiriblər. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Yanğının səbəbi hələlik məlum deyil. Mənbə: GEO TV

Read More
Dünya 

Aİ və AK nümayəndələri Ermənistana səfər edəcəklər

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının (AK) nümayəndələri noyabrın 27-29-da Ermənistana yollanacaqlar. Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin Mətbuat Xidməti xəbər verir. Bildirilir ki, avropalılar Ermənistan hökumətinin yüksəkvəzifəli məmurları ilə yanaşı, BMT və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəklər. Mənbə: İntefaks.ru

Read More
Dünya 

Məktəbli dərsdə insult keçirdi

Orskda məktəbli uşaq insult keçirib. Bu barədə Ural56.Ru məlumat yayıb. Nəşrin məlumatına görə, uşaq dərs zamanı qəfildən özünü pis hiss edib. Onu dərhal xəstəxanaya aparıblar. Müayinə zamanı onun insult keçirdiyi məlum olub. Tibb işçiləri təcili əməliyyat keçirmək qərarına gəliblər və əməliyyat uğurlu alınıb./News24.az

Read More
Dünya 

Moskvanın üç hava limanında 50-yə yaxın reys gecikib və təxirə salınıb

Moskvanın üç hava limanında – Vnukovo, Domodedovo və Şeremetyevoda qar yağması səbəbindən azı 38 reys gecikib, 12 reys təxirə salınıb. Məlumata görə, Vnukovo hava limanında səkkiz reys gecikib və beşi ləğv edilib. Domodedovo hava limanında 16 reys gecikib və beşi ləğv edilib. Şeremetyevo hava limanında 14 reys gecikib, iki reys təxirə salınıb. Qeyd edək ki, səhər saatlarında “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets Moskvada ongünlük iqlim normasının artıq 40%-nin yağdığını bildirib. Sinoptikin sözlərinə görə, gecə ərzində Moskvada havanın minimal temperaturu mənfi 7,1 dərəcə, regionda mənfi 10 dərəcəyə qədər olub.…

Read More
Dünya 

Nikol Paşinyan Ermənistan universitetlərindəki təhsili tənqid edib

“Respublikada beynəlxalq standartlara cavab verən bir dənə də olsun – nə erməni, nə beynəlxalq, nə də özəl universitet var”. Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. “Biz universitetlərin beynəlxalq standartlara uyğun lisenziyalaşdırılmasını və akkreditasiyasını elan etsək, Ermənistanda istisnasız olaraq bütün universitetlər bağlanmalı olar”, – deyə baş nazir hökumətin iclasında vurğulayıb. Onun sözlərinə görə, bu səbəbdən gənclər beynəlxalq meyarlara cavab verən təhsil almaq imkanından məhrum olurlar. Baş nazir əlavə edib ki, Ermənistanın yalnız bir neçə universiteti əcnəbi tələbələri cəlb edir. O xatırladıb ki, hökumət ortamüddətli perspektivdə ölkənin bütün universitetlərini planlaşdırılan…

Read More
Dünya 

Türkiyədə mis mədəni çöküb, ölənlər və yaralananlar var – FOTO

Türkiyənin Siirt şəhərinin Şirvan rayonunda mis mədənində çökmə baş verib. Məlumata görə, çökmə nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb. Hadisə ilə bağlı üç nəfər saxlanılıb. Mədənin çökmə səbəbləri məlum deyil, araşdırılma aparılır. Qeyd edək ki, hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürmə briqadaları, jandarm və təcili tibbi yardım xidmətləri göndərilib.   Mənbə: ntv.com.tr

Read More
Dünya 

“Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov ölüb

“Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov ölüb. Məlumata görə, “Rossiya-24” telekanalının hərbi müxbiri Boris Maksudov aldığı qəlpə yaralarından dünyasını dəyişib. Qeyd edək ki, Maksudov noyabrın 22-də Ukrayna PUA-sının Zaporojye vilayətində material hazırlayan jurnalistlərə hücumu zamanı qəlpə yaraları alıb. O, tibb müəssisəsinə təxliyə edilib və ona tibbi yardım göstərilib. Mənbə: lenta.ru

Read More