Dünya 

ABŞ-də erməni şirkətlərinə qarşı istintaq başladılacaq

Rusiya embarqo qoyulmuş kommersiya məhsullarını əldə etmək və öz məhsullarını bazarlara çıxarmaq üçün erməni şirkətlərindən istifadə edir. Bu barədə Avropa İttifaqına yaxınlığı ilə tanınan və qərargahı Aİ qurumlarının da yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə yerləşən “EU Reporter” nəşrində yazı dərc olunub. “Ermənistan Putinin Ukraynaya qarşı müharibəsinin logistika mərkəzidirmi?” adlı araşdırma yazısında verilən məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi və Aİ qurumları müvafiq erməni şirkətlərinə qarşı istintaq başlatmağa hazırlaşırlar. Həmçinin bildirilib ki, ABŞ və Aİ rəsmiləri erməni şirkətlərinə qarşı araşdırma açmaq üçün sənədlər toplayırlar. Nəşr Rusiyanın embarqolu kommersiya məhsullarını Ermənistan…

Read More
Dünya 

Ankarada qonşular arasında dava düşüb, beş nəfər ölüb

Türkiyənin paytaxtı Ankara şəhərində qonşular arasında düşən dava beş nəfərin ölümünə səbəb olub. Məlumata görə, Ankaranın Sincan rayonu Papatya küçəsində eyni evdə yaşayan qonşular arasında dava düşüb. 72 yaşlı kişi tüfənglə qonşularını – ikisi uşaq olmaqla eyni ailədən beş nəfəri güllələyib. Onlardan dördü hadisə yerində, biri xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, qonşular arasında dava, deyilənə görə, səs-küy üstündə düşüb. Əvvəllər də vaxtaşırı belə mübahisələrinin olduğu bildirilir. Mənbə: ntv.com.tr

Read More
Dünya 

Qızıl Aypara Cəmiyyəti “Əş-Şifa” xəstəxanasından təxliyə edilənlərin sayını açıqladı

Fələstinin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağındakı “Əş-Şifa” xəstəxanasından 190 yaralı və xəstənin, habelə onları müşayiət edənlərin və tibb işçilərinin təxliyə olunduğunu bildirib. Təxliyə prosesində 14 qəza-xilasetmə maşını və BMT-nin iki avtobusu iştirak edib. Təxliyə edilən vətəndaşlar Xan-Yunisdəki (Qəzza zolağı) Avropa Xəstəxanasına və Rəfahdakı “Əbu Yusif ən-Nəccar”a çatdırılıblar. Qurumun məlumatına görə, bununla belə bir çox digər yaralılar və xəsarət alanlar tibb işçiləri ilə birlikdə xəstəxanada qalıb. Təxliyə təxminən 20 saat davam edib, çünki Qəzzanın şimalı ilə cənubu arasındakı nəzarət-keçid məntəqəsində hərtərəfli axtarış aparılıb. Bundan başqa, nəzarət-keçid məntəqəsində üç tibb işçisi və bir…

Read More
Dünya 

Rusiyada yumurta kəskin bahalaşdı – Antiinhisar Orqanı hərəkətə keçdi

Rusiyada yumurtanın istehlak qiymətləri sürətlə bahalaşmağa davam edir. ARANTV.AZ  “Rosstat”a istinadən xəbər verir ki, noyabrın 14-dən 20-dək olan həftə ərzində Şimal qonşumuzda süfrə yumurtası 4,5 faiz bahalaşıb. Bu məhsulun qiymətində bir həftə əvvəl 3,4 faiz, ondan əvvəlki həftə isə 2,4 faiz artım qeydə alınıb. İlin əvvəlindən yumurta 30,9 faiz bahalaşıb. Bu göstərici ilə yumurta qiymətləri müvafiq olaraq 41,6 faiz və 44,6 faiz bahalaşan pomidor və banandan sonra qida sektorunda ən yüksək artım nümayiş etdirib. Ölkənin 50 rayonunda yumurtanın qiyməti 0,2-5 faiz, 32-də 5,1-11,8 faiz artıb. Federal Antiinhisar Xidməti (FAS) yumurta…

Read More
Dünya 

Türkiyədə qış üçün məzar hazırlıqlarına başlanılıb – VİDEO

Qışda temperaturun mənfi 30 dərəcəyə qədər endiyi Türkiyənin Ərzurum şəhərində qış üçün yüzlərlə məzar yeri hazırlanıb. Qeyd olunur ki, Ərzurumda qış aylarında güclü qarın yağması, xüsusilə torpağın donması səbəbindən məzarların qazılması, demək olar ki, qeyri-mümkün olur. Məzar yerləri Ərzurum Böyükşəhər Bələdiyyəsi tərəfindən hazırlanır. Mənbə: Haber Global

Read More
Dünya 

Türkiyə daxili işlər naziri axtarışda olan minlərlə şəxsin saxlanıldığını açıqladı

“81 bölgədə axtarışda olan şəxslərə qarşı həyata keçirilən “Çember-6 əməliyyatları” zamanı axtarışa verilən 2 min 136 nəfər tutulub”. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib. Ali Yerlikayanın sözlərinə görə, saxlanılan şəxslərdən 6-sı 10 ildən artıqdır axtarılır. 11 nəfər beş ildən 10 ilədək axtarışda olub. 2 119 nəfər isə beş ilədək müddətdir axtarışa verilib. Mənbə: Haber Global

Read More
Dünya 

ABŞ İraqdakı obyektlərə zərbələr endirdi – FOTO

ABŞ hərbçiləri İraqda iki obyektə zərbələr endirib. Bu barədə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığından (CENTCOM) məlumat verilib. Müvafiq məlumat sosial şəbəkələrdə paylaşılıb. “Noyabrın 22-də səhər saatlarında ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı qüvvələri İraqda iki hədəfə dəqiq və gizli zərbələr endiriblər”, – deyə CENTCOM komandanlığı paylaşımda bildirib. Qeyd edilib ki, bu zərbələr İran və onun dəstəklədiyi qruplaşmaların ABŞ və koalisiya qüvvələrini atəşə tutmasına, o cümlədən noyabrın 21-də İraqda baş vermiş ballistik raket hücumuna birbaşa cavabdır.   Mənbə: MK.ru

Read More
Dünya 

İndoneziyada 6,2 bal gücündə zəlzələ baş verib

İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Məlumata görə, yeraltı təkanların episentri təxminən 10 min nəfər əhalisi olan Tobelo şəhərindən 89 km qərbdə, ocağı isə 103 km dərinlikdə yerləşib. İtkilər və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Mənbə: TASS

Read More