Dünya 

Pakistan BRICS-ə üzvlük üçün müraciət etdi

İslamabad 2024-cü ildə BRICS-ə qoşulmaq üçün müraciət edib. Bu barədə Pakistanın Rusiyadakı yeni səfiri Məhəmməd Xalid Camali bəyan edib. “Biz artıq ərizə təqdim etmişik. Pakistanın üzvlüyünü dəstəkləmək üçün üzv ölkələrlə əlaqə saxlayırıq və Rusiyanın köməyinə ümid edirik”, – deyə diplomatik missiyanın rəhbəri bildirib. Qeyd edək ki, dövlətlərarası assosiasiya BRICS beş dövlətin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın) birliyidir. 2024-cü il yanvarın 1-dən Argentina, Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya da təşkilata üzvlüyə dəvət olunub. Mənbə: TASS

Read More
Dünya 

Avstraliya polisi 150 kiloqramdan çox kokain müsadirə edib

Avstraliya Federal Polisi Melburn dəniz limanında dəyəri 40 milyon dollardan çox olan kokain ələ keçirib. Məlumata görə, narkotiklər Cənubi Amerikadan gələn yük gəmisinin korpusunun alt tərəfində gizlədilib. “Melburnda yük gəmisinin korpusunda gizlədilən 150 kq-dan çox kokain müsadirə edilib. Həmçinin yükü göndərəni və təyinat yerini müəyyənləşdirməyə kömək edəcək izləmə cihazı aşkarlanaraq müsadirə olunub”, – deyə polis idarəsindən bildirilib. Polis narkotik axtarışı üçün Avstraliya sərhədçilərinin sualtı pilotsuz uçan aparatından istifadə etməli olub. Mənbə: TASS

Read More
Dünya 

İranda güclü zəlzələ olub – ANBAAN VİDEO

İranın Sistan və Bəlucistan vilayətinin mərkəzi sayılan Zahedanda 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə İran mətbuatı xəbər verib. Yeraltı təkan Zahedan şəhərindən 18 kilometr məsafədə, 10 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində xəsarət alanların olduğunu bildirsələr də, hələlik onların sayı barədə məlumat verilmir. Mənbə: Tasnim

Read More
Dünya 

Argentinanın yeni prezidentinin arxasında dayanan erməni milyarder kimdir? – FOTO

Argentinanın işgüzar elitası yeni seçilmiş prezident Xavyer Mileyə böyük şübhə ilə yanaşsa da, ölkənin dördüncü ən zəngin adamı onu sakitcə alqışlayır. Bu, “Corporación América” konqlomeratının 90 yaşlı sahibi, erməni əsilli milyarder Eduardo Ernekyandır. Media və hava limanları sahəsində var-dövlət qazanan iş adamı 2008-ci ildən 2021-ci ilə qədər Mileyin müdiri olub və nəticədə onu şirkətinin baş iqtisadçısı edib. Analitiklərin fikrincə, 52 yaşlı dövlət başçısının siyasi və iqtisadi baxışları məhz Ernekyanın təsirilə formalaşıb. “Financial Times”a verdiyi müsahibədə Ernekyan Mileyə etimadını təsdiqləyib. “Düşünürəm ki, Miley çox yaxşı prezident olacaq”, – deyə iş adamı bildirib.…

Read More
Dünya 

Ermənistanda Paşinyana etimadsızlıq proseduru başladıla bilər

“Miasin” hərəkatı hazırkı baş nazir Nikol Paşinyana qarşı etimadsızlıq göstərilməsi proseduruna başlamaq niyyətindədir. Ermənistan mətbuatında dərc olunan xəbərlərə görə, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. “Miasin”in tələbləri noyabrın 23-də saat 16:00-da baş nazirin müvəqqəti işlədiyi prezident iqamətgahında açıqlanacaq. Hərəkat üzvləri baş nazirin siyasəti ilə bağlı narazılıqları səsləndirmək niyyətindədirlər. “Hökumət proqramının praktikada həyata keçirilən və dəhşətli nəticələrə səbəb olan addımlarla birbaşa ziddiyyət təşkil etdiyini nəzərə alaraq hərəkat Paşinyana etimadsızlıq nümayiş etdirmək prosesinə başlamaq üçün vətəndaşlara və parlament müxalifətinə müraciət edəcək”, – deyə mətbuat xidmətinin məlumatında bildirilib.  

Read More
Dünya 

Afrikadakı kimi: Ermənistan üçün Avropa silahları – VİDEO

Keçən həftə parlamentdə çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını əvəz edəcək silahlanma üzrə yeni tərəfdaşlar tapmasından açıq-aydın şad olub. Bu barədə “Caliber”in “YouTube” kanalındakı növbəti süjetdə deyilir. “Paşinyanın çıxışından bir neçə gün əvvəl Avropa diplomatiyasının rəhbəri Jozep Borrel demişdi ki, Aİ Ermənistanla nəinki viza rejiminin liberallaşdırılması, həm də bədnam mexanizm vasitəsilə ölkəyə hərbi yardım göstərmək məsələsini nəzərdən keçirir. Bir məsələ göz qabağındadır: Fövqəldövlətlərə firavan Ermənistan yox, onlara öz xalqını sərvətlər üçün istehlak materialına çevirməyə hazır olan ölkə lazımdır… Amma Ermənistanın gələcəyi qonşuları…

Read More
Dünya 

Toivo Klaar: “Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir”

“Azərbaycanın “Zəngəzur dəhlizi” yanaşması ekstraterritorial anlamına gəlmir”. Bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Brüsseldə Ermənistan mətbuatına verdiyi acılamada deyib. Toivo Klaar Ermənistandan olan jurnalistin diqqətinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə aydın şəkildə “Zəngəzur dəhlizi” ifadəsinin hansı kontekstdə istifadə olunduğunu izah edib: “İlk növbədə, mən düşünürəm ki, Prezident Əliyev bir neçə ay öncə Moskvada baş nazir Paşinyan və Prezident Putinin iştirakı ilə keçirilən görüşdə çox açıq şəkildə bildirdi ki, bunun “dəhliz” adlandırılması ekstraterritoriallıq anlamına gəlmir. Prezident Əliyev, həmçinin bir çox digər hallarda da bunun…

Read More
Dünya 

Yaponiya “Fukusima-1” AES-dən suyun buraxılmasının üçüncü mərhələsini başa çatdırıb

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasının operatoru olan “Tokyo Electric Power” şirkəti radioaktiv hissəciklərdən təmizlənmiş suyun okeana axıdılmasının üçüncü mərhələsini başa çatdırıb və bu, stansiyanın reaktorlarının soyudulması üçün istifadə olunub. Bu barədə Yaponiya Enerji Korporasiyası məlumat yayıb. Suyun buraxılmasının üçüncü mərhələsində heç bir insident qeydə alınmayıb. Stansiyanın ərazisində dəniz suyunda tritiumun həddindən artıq səviyyəsi də aşkar edilməyib. Əvvəlki mərhələlərdə olduğu kimi, sutkada 500 tondan çox olmayan partiyalarla stansiyadan 7,8 min tona yaxın su axıdılıb. Dördüncü mərhələnin 2024-cü ilin əvvəlində başlanması gözlənilir. Qeyd edək ki, 2011-ci ilin martında sunami “Fukusima-1” atom elektrik stansiyasının…

Read More