Dünya 

BMT-dən Ermənistana çağırış

BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi Ermənistanda ayrı-seçkiliyə qarşı hərtərəfli qanunvericiliyin olmamasından narahatlığını bildirib. Bu barədə komitənin Ermənistanla bağlı dördüncü dövri hesabata şərhində deyilir. Komitə Ermənistanı ayrı-seçkiliyə qarşı qanunvericiliyinin icrasını gücləndirməyə çağırıb. Təşkilatın İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin Ermənistanla bağlı dördüncü dövri hesabata dair şərhində isə bildirilib ki, BMT Ermənistanın İstisu və Göyçə göllərini çirkləndirməsindən narahatdır. Sənəddə Ermənistanın mədən sənayesinin İstisu gölü (Dərələyəz mahalı) və Göyçə gölünü çirkləndirməsindən xüsusi narahatlıq ifadə edilib. Bununla əlaqədar Ermənistana mədən sənayesinin əhalinin təhlükəsiz içməli suya çıxışını təhlükəyə atmamasını təmin etmək üçün bütün…

Read More
Dünya 

ÜST dünyada yeni pandemiya barədə: “Hazır olun!”

“Koronavirus kimi yeni pandemiyalar mümkündür, ölkələr hazır olmalıdır”. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge xəbərdarlıq edib. O, əsas məsələnin yeni pandemiyanın yaranma yeri və vaxtının deyil, dövlətlərin buna hazır olmasında gördüyünü bildirib. “İnanıram ki, biz indi (koronavirus pandemiyasından əvvəlki dövrdən) daha yaxşı hazırlaşmışıq”, – deyə ÜST-nin Avropa üzrə regional direktoru izah edib. Kluge bütün ölkələri sanitar-epidemioloji sahədə nəzarəti gücləndirməyə çağırıb. “Peyvəndlərin, həmçinin müalicə təcrübəsinin mübadiləsi və paylaşılması çox vacibdir”, – deyə o sözlərini yekunlaşdırıb. Mənbə: TASS

Read More
Dünya 

Zəngəzurda Rusiyanın konsulluğu açılacaq

Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Rusiyanın konsulluğu açılacaq. Ermənistan mediasının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. “Rusiya tərəfi müvafiq qaydada Qafanda konsulluğun açılması üçün müraciət edib. Ermənistan isə müvafiq qaydada bütün nüansları nəzərə alaraq razılıq verib”, – o qeyd edib. Lakin Ermənistan XİN başçısı konsulluğun nə vaxt açılacağı barədə məlumat verməyib: “Ermənistan və Rusiyanın müvafiq strukturları bu məsələdə əməkdaşlıq edir”, – nazir əlavə edib.

Read More
Dünya 

Ermənistanda Vitali Balasanyana qarşı cinayət işi açılıb

Ermənistan İstintaq Komitəsi Xankəndidəki qanunsuz rejimin “keçmiş təhlükəsizlik şurasının katibi” Vitali Balasanyana qarşı qanunsuz silah saxlama maddəsi ilə cinayət işinin başlandığını elan edib. İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib ki, V.Balasanyan “Makarov” tapançasını təhvil verib. Qor Abramyan faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi (qanunsuz olaraq silah əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma, göndərmə və ya gəzdirmə) ilə iş açıldığını deyib. Ermənistan qanunvericiliyinə görə, bu maddə ilə azadlıqdan məhrum etmənin maksimum müddəti üç il təşkil edir. Mənbə: Armeniatoday

Read More
Dünya 

BMT baş katibi: “Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz”

BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi HƏMAS-ın İsrailə ölümcül hücumuna haqq qazandıran ifadələrini geri götürməyə çalışır. Antonio Quterreş bu barədə “X” hesabında paylaşım edib. “Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumlarına haqq qazandıra bilməz”, – deyə o, paylaşımda bildirib. “Bu dəhşətli hücumlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməz”, – deyə Quterreş əlavə edib. Xatırladaq ki, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasında müharibəyə həsr olunmuş iclasında HƏMAS-ın hücumunun əbəs yerə olmadığı ilə bağlı ifadə dilə gətirib. “Eyni zamanda etiraf etmək lazımdır ki, HƏMAS-ın…

Read More
Dünya 

Ermənistan Paşinyana görə Rusiyaya nota verdi

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Birinci Kanal”da nümayiş olunan “Tutti varisinin gəlincikləri. Nikol Paşinyan: Bəlaların xəbərçisi” verilişi ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Proqram zamanı Ermənistanın yüksək rütbəli rəsmilərinə qarşı təhqiramiz və tamamilə qəbuledilməz bəyanatlar səsləndirilib. Görüş zamanı səfirə müvafiq etiraz notası verilib”, – XİN-in bəyanatında deyilir. Qeyd edək ki, veriliş zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı xoşagəlməz ifadələr səsləndirilib. Verilişdə “Ana Ermənistan” müxalifət blokunun rəhbəri Andranik Tevanyan da iştirak edib.

Read More
Dünya 

“The Washington Post”: “ABŞ yüz minlərlə vətəndaşını Yaxın Şərqdən təxliyə etməyə hazırlaşır”

ABŞ Yaxın Şərqdən Amerika vətəndaşlarının təcili təxliyəsini həyata keçirməyə hazırlaşır. Gün keçdikcə İsrail və Fələstin arasında münaqişənin eskalasiyası artır, bu da hadisələrin episentrində yaşayan mülki əhali üçün təhlükəli hala gəlir. Bu barədə “The Washington Post” xəbər verir. Bildirilir ki, lazım gələrsə, 600 mindən çox Amerika vətəndaşı İsrail və Livan ərazisindən çıxarılacaq. Bununla yanaşı, ABŞ hakimiyyəti qeyd edir ki, hadisələrin inkişafı üçün başqa variantlar evakuasiyadan daha üstündür.

Read More
Dünya 

Fransa Ermənistana hərbi müşavir göndərəcək və erməni xüsusi təyinatlılarına təlim keçiləcək

Fransa Ermənistana hərbi müşavir göndərəcək, həmçinin erməni xüsusi təyinatlılarına təlim keçiləcək. ARANTV.AZ-ın məlumatına görə, bu barədə Fransa Respublikasının Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün “X” hesabında bildirib. Nazir, xüsusilə tərəflərin artıq əməkdaşlığa başladıqları, yaxud da başlamaq niyyətində olduqları proqram və sahələri sadalayıb. O, 2023-cü ilin yanvarında Fransanın Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edildiyini xatırladıb və qarşıdakı çoxsaylı işgüzar görüş, hərbi səfər barədə məlumat verib, həmçinin çavuş və zabit kadrları hazırlayan hərbi təhsil müəssisələri ilə qarşılıqlı fəaliyyətlərdən söz açıb. Lekornyu paylaşımında Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstələrinin hazırlığına, xüsusən də yüksək dağlıq şəraitdə döyüş…

Read More
Dünya 

Kremldən Rusiyada prezident seçkisi ilə bağlı AÇIQLAMA

“Rusiyada prezident seçkisi istənilən halda keçiriləcək”. Bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. “Seçki hələ təyin edilməyib, lakin zamanı yaxınlaşır və istənilən halda keçiriləcək. Biz bundan irəli gələrək çıxış edirik”, – deyə D.Peskov vurğulayıb. Seçkinin keçirilmə vaxtı nə zaman elan olunacaq sualına isə D.Peskov qısa cavab verib: “Seçkini Kreml elan etmir”.

Read More
Dünya 

ÜST dünyada pandemiyanın yaranmasının qarşısını almağı qeyri-mümkün hesab edir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge COVID-19 da daxil olmaqla pandemiyaları tamamilə dayandırmağın mümkün olmadığını bildirib. Astanada keçirilən ÜST Avropa Regional Komitəsinin 73-cü sessiyasında Klüge qloballaşan dünyada başqa pandemiyaların da olma ehtimalını qeyd edib. O, COVID-19 pandemiyasından çoxlu dərslərin alındığını vurğulayıb. Klügenin sözlərinə görə, pandemiyaları dayandırmaq mümkün olmasa da, onlara daha yaxşı hazırlaşmaq mümkündür. Mənbə: TASS

Read More