Cəmiyyət 

Göy üzündə möhtəşəm şou OLACAQ

May ayında səma həvəskarları bir neçə maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər.

Bunlara “mavi Ay” fenomeni, “Eta-Akvarida” meteor yağışı və Veneranın Günəşdən uzaqlaşaraq daha aydın görünməsi daxildir.

Mütəxəssislərin bildirdiyinə görə, ayın əvvəlində və sonunda dolunayın olması “mavi Ay” adlanan nadir hadisə kimi qiymətləndirilir. Bu termin eyni ayda iki dolunayın baş verməsini ifadə edir və xalq arasında “çox nadir hal” kimi tanınır.

May ayı ərzində Venera axşam səmasında daha əlverişli mövqedə olacaq və durbinlə onun fazalarını müşahidə etmək mümkün ola bilər. Eyni zamanda Yupiter də Əkizlər bürcündə parlaq şəkildə görünəcək.

Bundan başqa, yaz mövsümünün gəlişi ilə bir sıra ulduz toplusu və bürcləri də daha aydın müşahidə ediləcək. Xüsusilə Xərçəng, Şir və Qız bürcləri, eləcə də bəzi ulduz qrupları teleskopla izlənilə bilər.\\Milli.Az

Daha çox xəbərlər