Dünya 

Əfqanıstanda terror hücumlarının 90 faizini Tacikistan vətəndaşları həyata keçirir

Əfqanıstanda intihar hücumlarını həyata keçirən şəxslərin 90 faizi Tacikistan vətəndaşlarıdır. Bu barədə Əfqanıstan mətbuatı xəbər verib. Qeyd olunur ki, istintaq nümayəndələrinin terror hücumlarını həyata keçirən şəxslərlə apardığı dindirmə və söhbət zamanı məlum olub ki, bu şəxslər islam dini haqqında məhdud informasiyaya malik olan şəxslərdir. Məlumat üçün əlavə edək ki, Əfqanıstan vətəndaşları dünyada ən çox intihar hücumlarına məruz qalan şəxslərdir. Mənbə: Al Mersaad

Read More
Dünya 

Türkiyədə keçirilən antiterror əməliyyatında 37 nəfər saxlanılıb

Türkiyənin hüquq-mühafizə orqanları İstanbul, Van, Şanlıurfa, Elazığ, Düzce, Diyarbəkir, Bursa, Edirne, Kırklareli, Kilis, İğdır, Hatay, Adana, Kahramanmaraş və Denizli vilayətlərində antiterror əməliyyatı keçirib. Bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya verib. Onun sözlərinə görə, separatçı terror təşkilatına (BTÖ) qarşı keçirilən əməliyyat zamanı 37 nəfər saxlanılıb. Bundan başqa, Ağrı vilayətində sərhədi qanunsuz keçməyə cəhd edən iki terrorçu məhv edilib. Mənbə: Yeni Şafak

Read More
Dünya 

Ankarada terror törədənlərin kimliyi müəyyənləşib

Oktyabrın 1-də Türkiyənin Daxili İşlər Nazirliyinə qarşı təşkil edilmiş və polis əməkdaşlarının dərhal həyata keçirdikləri tədbirlər nəticəsində qarşısı alınmış terroru törədən iki şəxsin kimliyi təsbit edilib. Bu barədə məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb. Açıqlamada bildirilib ki, terrorçulardan birinin PKK/KCK terror təşkilatının üzvü, “Kanivar Erdal” kod adlı Həsən Oğuz, ikincinin isə təşkilatın digər üzvü Özkan Şahin olduğu üzə çıxıb. “Təhlükəsizlik bölmələrimizin başlatdığı istintaq davam edir. Terrorla mübarizəmiz son terrorçu zərərsizləşdirilənə qədər əzm və qətiyyətlə davam edəcək”, – deyə qeyd olunub. Mənbə: Anadolu

Read More
Dünya 

Ermənipərəst Nensi Pelosi ofisindən qovuldu

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Kevin Makkartinin istefasından sonra ofisindən qovulub. Bildirilir ki, spiker səlahiyyətlərini icra edən Patrik Makhenri Pelosiyə elektron məktub vasitəsilə Kapitolidəki ofisini tərk etməli olduğu barədə məlumat verib. “Zəhmət olmasa, ofisi boşaldın, otağın kilidi dəyişdiriləcək”, – deyə məktubda vurğulanıb. Məlumata görə, bura spikerin ofisinin istifadəsinə veriləcək; Nümayəndələr Palatasının yalnız bəzi üzvlərinin Kapitolidə bu tipli əlavə otaqları var, qanunvericilər ənənəvi olaraq binanın Senat qanadındakı ofislərdən istifadə edirlər. Bundan əvvəl ABŞ Konqresinin səsvermə nəticələrinə əsasən, respublikaçı Kevin Makkartinin (Kaliforniyadan) ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırıldığı məlum…

Read More
Dünya 

Hindistanda 23 hərbçi daşqınların baş verdiyi ərazidə itkin düşüb – VİDEO

Hindistanın şimal-şərqindəki Sikkim əyalətində baş vermiş daşqınlar nəticəsində Hindistan ordusunun 23 əməkdaşı itkin düşüb. Bu barədə Hindistan Silahlı Qüvvələrinin Şərq Komandanlığının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, əyalət ərazisinə yağan aramsız yağışlar güclü daşqınlara səbəb olub. Hazırda itkin düşmüş hərbçilərin axtarışı aparılır. Mənbə: NDTV

Read More
Dünya 

Zatulin Putinin Ermənistana girişinə qadağa qoyulmasını təhqir adlandırıb

“Ermənistan hökumətinin Roma Statutunun ratifikasiyası ilə bağlı qərarı qeyri-dost addımdır, lakin İrəvan ardıcıl olaraq bu kursu davam etdirir”. Bunu Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi rəhbərinin birinci müavini Konstantin Zatulin NEWS.ru-ya bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi rəsmi olaraq Rusiya Prezidenti Vladimir Putinin ölkəyə girişinə qadağa qoyub ki, bu da özlüyündə təhqirdir.

Read More
Dünya 

Bu gecə Yerin yaxınlığından potensial təhlükəli asteroid keçəcək – FOTO

Yerin yaxınlığından diametri bir km-dən çox olan asteroid uçacaq. Bu barədə NASA-nın Yerə Yaxın Obyektlərin Tədqiqi Mərkəzinin saytında xəbər verilib. Bildirilir ki, potensial təhlükəsi olan 349507 (2008 QY) asteroidi 34 ildən sonra yenidən Yerə yaxınlaşacaq. Səma cismi oktyabrın 4-də Bakı vaxtı ilə 00:39-da Yerə ən yaxın məsafədə olacaq. Onun planetimizdən təxminən altı milyon kilometr məsafədən keçəcəyi gözlənilir. Hesab olunur ki, Yerin orbitindən 7,5 milyon km-dən az məsafədə keçən astronomik obyektlər potensial təhlükə yaradır. Alimlər asteroidin diametrini 520-1,2 min metr diapazonda qiymətləndirirlər. Onun sürəti saniyədə 20,96 km-dir.   Mənbə: Gazeta.ru

Read More
Dünya 

Fransa Ermənistanı silahlandırır

Fransanın Ermənistanı silahlandırması bugünədək qismən qapalı şəkildə (məsələn, humanitar yardım adı altında), qismən də üçüncü tərəfin (məsələn, Hindistanın) vasitəsilə həyata keçirilirdisə, artıq bu proses rəsmi şəkil alacaq. Hazırda İrəvanda səfərdə olan Fransanın xarici işlər naziri Ketrin Kolonnanın mətbuat konfransındakı açıqlamaları bunu deməyə əsas verir. O, bildirib ki, Paris İrəvanla sonuncuya hərbi texnikanın verilməsini mümkün edəcək saziş imzalamağa razılaşıb. “Bu barədə hələ ətraflı danışa bilmərəm”, – Kolonna qeyd edib. Fransa xarici işlər naziri həmçinin bəyan edib ki, o, Avropa diplomatiyasının rəhbəri Josep Borrelə ​​Avropa İttifaqının Ermənistandakı “mülki” missiyasının genişləndirilməsi və onun mandatının…

Read More
Dünya 

Gürcüstanda güclü yağışlar selə səbəb oldu – VİDEO

Gürcüstanın Qara dəniz sahilindəki Kobuleti şəhərində güclü yağışlar sel və daşqınlara səbəb olub. Məlumata görə, ölkənin rayonlarında leysan yağışları ikinci gündür ki, davam edir. Bildirilir ki, Qərbi Gürcüstanda, Quriya bölgəsində də yaşayış binalarının birinci mərtəbələri və şəxsi torpaq sahələri su altında qalıb. Mənbə: Sputnik Gerogia

Read More
Dünya 

İranda əfqan xofunun səbəbi nədir? – VİDEO

Son dövrdə İranda məskunlaşmış əfqan mühacirlər məsələsi ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Mövzunun yenidən aktuallaşması əfqanların əsasən qeyri-qanuni yollarla İrana kütləvi axını barədə məlumat və görüntülərin yayılması ilə bağlı olub. Əfqanıstandakı Taliban hökuməti ilə İranın münasibətlərinin heç də hamar olmaması və həmin münasibətlərdə vaxtaşırı gərginlik yaşanması kontekstində bu proses cəmiyyətdə ciddi narahatlıq doğurub. Bunun arxasında hansısa gizli niyyətlərin, hətta İranı işğal etmək planının mövcudluğu barədə mülahizələrə yol açılıb. Hələ bu ilin yayında İran prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi BMT Baş katibinin Əfqanıstan məsələləri üzrə köməkçisi ilə…

Read More