Dünya 

İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb

İsrail və Suriya ikitərəfli münasibətləri həll etmək üçün bir neçə dəfə təkbətək danışıqlar aparıb. “Report” xəbər verir ki, bu barədə “The Financial Times” yazıb. “Danışıqlar əsasən zorakılığın baş verməsinin qarşısını almaq və İsraili işğal etdiyi Suriyanın sərhədyanı ərazilərindən geri çəkilməyə məcbur etmək məqsədi daşıyır”, – mənbə bildirib. Danışıqlar son həftələrdə aparılıb və İsrailin işğalı altında olan Suriyanın Quneytra əyalətində baş tutub. Bundan əvvəl danışıqların BƏƏ-nin vasitəçiliyi ilə aparıldığı məlum olub.

Read More
Dünya 

Yunanıstan adaları yaxınlığında 600-dən çox qeyri-qanuni miqrant xilas edilib

Yunanıstan sahil mühafizəsi son günlər Aralıq dənizində ölkənin Rodos, Qavdos və Krit adaları yaxınlığında qayıqlarda olan 600-dən çox qeyri-qanuni miqrantı xilas edib. “Report” xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb. Qeyri-qanuni şəxslərin dediyinə görə, onlar Türkiyənin Fethiye bölgəsindən yaxta ilə gəliblər və hər biri 5500 avro pul ödəyib. Sahil mühafizəsi həmçinin mayın 23-dən 25-dək Qavdos adasının sularında 446 nəfəri və Kritin Heraklionun cənubundakı çimərliklərdə daha 104 nəfəri xilas edib. Gələnlərin böyük əksəriyyəti kişilər, iki qadın və 18 azyaşlı olub. Miqrantlar arasında insan qaçaqmalçılığı ilə məşğul olan…

Read More
Dünya 

İstanbuldan Tiflisə uçan təyyarə Bakı aeroportuna məcburi eniş etdi

İstanbul–Tbilisi marşrutu üzrə hərəkət edən “Turkish Airlines” aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün sorğu göndərib. Buna səbəb Gürcüstanın təyinat hava limanında havanın əlverişsiz olmasıdır. Bu barədə Musavat.com-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Təyyarə yerli vaxtla saat 21:06-da Bakı hava limanına uğurla eniş edib. Sərnişinlər uçuşla bağlı daha ətraflı məlumatı “Turkish Airlines” aviaşirkətinin nümayəndələrindən əldə edə bilərlər. Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu regionun aparıcı aviasiya qovşağı kimi fövqəladə hallarda operativ cavab tədbirlərini dərhal həyata keçirərək, bütün zəruri texniki və logistik…

Read More
Dünya 

“Qanuni oğru” FTX tərəfindən Moskvada saxlanıldı

Moskvada Rusiya Daxili İşlər Nazirliyinin və FTX-nin əməkdaşları kriminal dairələrdə “Lexa Moskovski” ləqəbi ilə tanınan 53 yaşlı “qanuni oğru” Aleksey İvanovu saxlayıblar. Bu barədə Rusiya mətbuatı məlumat dərc edib. Bildirilir ki,hüquq-mühafizə orqanlarının əməkdaşları eyni vaxtda Nijni Novqorodda genişmiqyaslı xüsusi əməliyyat keçiriblər və bu əməliyyat zamanı İvanovla əlaqəsi olan cinayətkar qruplaşmanın 18 üzvü həbs edilib. Onların hamısı qanunsuz qumar oynamaqda ittiham olunub. İvanovun özü də daxil olmaqla, altı müttəhim həbs edilib./”Unikal”

Read More
Dünya 

İnsan qalıqlarını satan meyitxana müdiri saxlanıldı

ABŞ-da Harvard Tibb Məktəbinin meyitxanasının keçmiş müdiri, 57 yaşlı Sedrik Lodc elmə bağışlanmış insan qalıqlarını oğurlayıb satarkən yaxalanıb. Müstəntiqlərin fikrincə, Lodc beş il ərzində meyit hissələrini gizli şəkildə morqdan çıxarıb. Bütün qalıqlar bədənlərini könüllü olaraq Harvard Universitetinə bağışlayan insanlara məxsus olub. Hədiyyənin şərtlərinə görə, meyitlər elmi məqsədlər üçün istifadə edildikdən sonra onların istəyinə uyğun olaraq yandırılmalı, basdırılmalı və ya ailəsinə qaytarılmalı idi. Bununla belə, Lodc bədən hissələrini atmazdan əvvəl çıxarıb. İttiham aktında bildirilir ki, kişi kəllə-beyin, dəri, sümüklər və digər bədən hissələrini satırmış. Lakin o, bunu tək etməyib – ona…

Read More
Dünya 

Putini ölkə daxilindəki qüvvələr ÖLDÜRMƏYƏ CƏHD EDİBLƏR – ŞOK KƏŞFİYYAT məlumatları ÜZƏ ÇIXDI

*Putin və Zelenskinin görüşü ilə bağlı razılaşmışıq *Ukrayna müdafiə raketlərinin kritik çatışmazlığı ilə üz-üzədir *Ukrayna Azərbaycan üçün buna hazırdır – Sibiqa *Ukrayna yenə Moskvaya hücum etdi *Putin Hakan Fidanla görüşdü, təfərrüat açıqlanmadı *Putin Lukaşenko ilə danışdı *Tramp geri çəkilir, Rusiya ilə bağlı sözünü tutmur – NYT *Rusiya və Ukrayna daha böyük əsir mübadiləsi aparacaqmı? *Kəşfiyyat məlumatlarına görə, Rusiya bunu planlaşdırmır *Rusiya Avropanı vurmaqla hədələdi *Rusiya Sumı vilayətində dörd yaşayış məntəqəsini ələ keçirdi *WP: Almaniya Ukraynaya “Patriot” üçün raketlər verəcək *Putin: “Bizi bu addımları atmağa məcbur etdilər” *Hakan Fidan Putinlə Kremldə…

Read More
Dünya 

Rusiya sülh nizamlanması üzrə memorandum layihəsini Kiyevə hələ təqdim etməyib

Rusiya Ukraynaya nizamlanma üzrə memorandum layihəsini hələ təqdim etməyib, bu ciddi sənəd üzərində iş davam edir. “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Rusiya memorandumunun layihəsi hələ təqdim edilməyib. İş davam edir. Bu, ciddi sənəd layihəsidir, o, diqqətli yoxlanma və işlənmə tələb edir”, – o qeyd edib.

Read More
Dünya 

Kadırov müəmması-Azərbaycan Rusiya qarşısında çeçen liderin istefası tələbini qoyub?

Putin ona “yaşıl işıq” yandırdı; Kadırovu vazkeçilməz edən hansı səbəblərdir? AZAL təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğramasından yarım il ötdü. Keçən bu müddət ərzində Rusiya-Azərbaycan münasibətlərində enişli-yoxuşlu günlər yaşandı. Səbəb isə tam aydın idi. Azərbaycanın haqlı tələbləri yerinə yetirilməli idi. Amma şimal qonşumuz hər vəchlə bu tələblərin bir qismini yerinə yetirməkdən boyun qaçırmaqdadır. Yalnız Azərbaycan tərəfindən üzr istənilməsi tələbi qismən yerinə yetirilib. Günahkarlar hələ də cəzalandırılmayıb. O günahkarlar ki, sıralarında Çeçenistanda yaşayanlar da var. Onların başında isə Çeçenistan rəhbəri Ramzan Kadırov durur. O lider ki, hadisədən dərhal sonra Çeçenistan…

Read More
Dünya 

Rusiyada hava limanı yenə BAĞLANDI, NATO qırıcıları HAVAYA QALDIRDI – əhali PANİKADA!

Yaroslavl hava limanında eniş və uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya”nın mətbuat katibi Artyom Korenyako məlumat verib. “Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Yaroslavl hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – Korenyako bildirib. Polşa mayın 25-də Rusiyanın Ukraynaya kütləvi hava hücumları səbəbindən aviasiyasını havaya qaldırıb. “Ölkə.az” xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığından məlumat verilib. “Polşa və müttəfiqlərinin təyyarələri gecə Rusiyanın uzaq aviasiyasının fəallığı səbəbindən qaldırılıb”, – məlumatda qeyd olunub. Məlumata görə, bundan başqa, yerüstü HHM sistemləri və radiolokasiya kəşfiyyatı…

Read More
Dünya 

Azərbaycan “Tsarqrad” saytını blokladı – Rusiya təbliğatına sərt reaksiya

Azərbaycan ərazisində Rusiya təbliğatına xidmət edən “Tsarqrad” telekanalının rəsmi saytına giriş bloklanıb. Sayt artıq ölkə daxilində əlçatmaz vəziyyətdədir. Musavat.com-un məlumatına görə, bu addım Minval.az saytının baş redaktoru Emil Mustafayevin Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə etdiyi rəsmi müraciətdən sonra atılıb. Emil Mustafayev müraciətində “Tsarqrad” kanalının Azərbaycan əleyhinə yalan və təxribat xarakterli məlumatlar yaydığını, bu səbəbdən qarşı tədbir görülməsinin zəruriliyini qeyd edib. Baş redaktorun çağırışından sonra müvafiq qurumlar hərəkətə keçib və kanalın saytına girişin məhdudlaşdırılması barədə qərar verilib. Bu hadisə Azərbaycanda təbliğat resurslarının qarşısının necə qətiyyətlə alınacağının bariz nümunəsi kimi qiymətləndirilir.…

Read More