Dünya 

Rusiyanın İsveçdəki səfirliyinə dron HÜCUMU

Mayın 25-də Rusiyanın İsveçdəki səfirliyinin binasına dron vasitəsilə hücum edilib. Bu barədə diplomatik missiyanın “Telegram” kanalı məlumat yayıb. Bildirilir ki, dron diplomatik nümayəndəliyin ərazisi üzərindən uçduqdan sonra əsas girişin qarşısındakı meydançaya boya qabı atıb. Səfirlik belə hücumların müntəzəm xarakter aldığını bəyan edib: “Belə hadisələrin bütün mümkün nəticələrinə görə məsuliyyət İsveç hökumətinin üzərinə düşəcək”.//Oxu.az

Read More
Dünya 

Putinə SUİ-QƏSD CƏHDİ: Ukrayna ETİRAF EDİR, prezidentin helikopterini KİMLƏR vurmaq istəyib?

*Rusiya bayrağı təhqir olundu – Cinayət işi açıldı *Odessada ardıcıl partlayışlar baş verdi *Ukrayna bu şəhərə kütləvi zərbələr endirir *Tramp: Putin bütün Ukraynanı ələ keçirmək istəsə, Rusiya dağılacaq *Duma üzvü: Britaniya Putinə sui-qəsd təşkil edə bilər *Trampdan Putinlə bağlı HƏYƏCAN TƏBİLİ – “Bu, mənim heç xoşuma gəlmir” *Rusiyanın İsveçdəki səfirliyinə dron HÜCUMU *“Ruslar rusları öldürür” – İstanbul görüşünün SENSASİON PƏRDƏARXASI *Tramp Putin və Zelenskini tənqid etdi: O, dəli olub… *Tiflisdə Rusiya bayrağı təhqir edildi – Zaxarovadan reaksiya *Bu, başlanğıcdır, Rusiya daha böyük hücuma hazırlaşır – FT *Azov döyüşçüləri Ukraynaya qaytarılacaqmı?…

Read More
Dünya 

Hakan Fidan Rusiyaya gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfər edəcək. “Report”un Türkiyə bürosuna ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrovun dəvəti ilə 26-27 may tarixlərində baş tutacaq. Səfər çərçivəsində nazir Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul olunacaq və rusiyalı həmkarı Sergey Lavrovla görüşlər keçirəcək. Səfər çərçivəsində Türkiyə ilə Rusiya arasında ikitərəfli münasibətlər, regional əlaqələrin ətraflı müzakirəsi, ticarət, enerji və turizm kimi ikitərəfli əməkdaşlığın əsas sahələrində mövcud vəziyyətin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, Rusiya-Ukrayna savaşında Türkiyənin ədalətli davamlı sülhü təmin edilməsinə rolu, Suriya, Qəzza…

Read More
Dünya 

Fransa kəşfiyyatının rəhbəri Rumıniyada seçkilərə müdaxilə etməkdə ittiham olunur – Durovdan şok iddia

Fransa Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Nikola Lörnerin Rumıniyaya prezident seçkilərindən cəmi iki gün əvvəl etdiyi səfər qalmaqalla müşayiət olunub. Musavat.com-un məlumatına görə, bu barədə “Telegram”ın təsisçilərindən biri Pavel Durov sosial şəbəkə hesabında rəsmi məlumatlara və rumın jurnalistlərə istinadən açıqlama verib. Durov bildirib ki, Lörnerin səfəri ərəfəsində Fransa Prezidenti Emmanuel Makronun yaxın tərəfdaşı, Avropa Parlamentinin deputatı Valeri Hayer Rumıniyada “növbəti prezidentin mütləq Avropa yönlü olması üçün hər şeyin yerində edilməli olduğunu” bəyan edib. Telegram-ın yaradıcısı daha əvvəl iddia etmişdi ki, Fransa kəşfiyyat rəhbəri şəxsən ona müraciət edərək Rumıniya seçkilərinə təsir göstərməyə…

Read More
Dünya 

Lavrovdan sərt açıqlama: “Siz arabanı atın önünə qoşursunuz”

Rusiya xarici işlər naziri Sergey Lavrov BBC jurnalistinin “Rusiya Prezident Zelenski ilə sülh müqaviləsi imzalamağa hazırdırmı?” sualına sərt və simvolik cavab verib. Musavat.com-un məlumatına görə, Lavrov sualı belə cavablandırıb: “Siz arabanı atın önünə qoşursunuz. Əvvəlcə müqavilə olmalıdır. O razılaşdırıldıqdan sonra qərar veriləcək. Amma Prezident Zelenski, necə ki Prezident Putin dəfələrlə deyib, legitimliyə malik deyil”. Lavrovun bu açıqlaması Rusiya tərəfinin Ukrayna ilə danışıqlarda irəliləyiş üçün ilk növbədə qarşı tərəfdə legitim rəhbərliyin olmasını şərt qoyduğunu bir daha nümayiş etdirib. Kreml Zelenskinin prezidentlik müddətinin başa çatdığını və onu qanuni lider kimi tanımadığını bildirib.…

Read More
Dünya 

Putin sərhədlərlə bağlı QƏRAR VERDİ

Rusiya lideri Vladimir Putin Kursk, Bryansk və Belqorod vilayətlərində Ukrayna ordusunun hücumlarından zərər çəkmiş ərazilərin qısa müddət ərzində bərpası üçün kompleks proqramın hazırlanması barədə göstəriş verib. Sərəncam Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin nümayəndələrinə ünvanlanıb. O qeyd edib ki, Kursk sərhəd vilayətinin sakinləri hazırda ağır günlər yaşayırlar./News24.az

Read More
Dünya 

Rusiya Ermənistanı Qərbin əlindən almaq üçün yeni təməllər atmaq istəyir-ilginc

Rusiya XİN rəhbərinin Ermənistana səfəri  Prezident Putinin və Lavrovun özünün təhqir olunduğu tarix kimi yaddaşlarda qalacaq. Bunu Musavat.com-a açıqlamasında ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Sergey Lavrovun İrəvana səfərini şərh edərkən bildirib. Politoloq qeyd etdi ki, Ermənistandakı atmosferi bilə – bilə Lavrov bu ölkəyə səfər etdi: “Bu, onu göstərir ki, Ermənistanla son illər yaşanan soyuqluğa baxmayaraq, Rusiyanın onu cəzaalandırmaq  fikri yoxdur və Cənubi Qafqazda Rusiyanın əsas dayağı yenə Ermənistan olacaq.  Rusiya bu mesajı verdi və Ermənistanın təhlükəsizliyi üçün hər şey edəcəyini dilə gətirdi. Lavrov İrəvanla Bakı arasında münasibətlərin normallaşması…

Read More
Dünya 

Ərdoğan HAKİMİYYƏTDƏN GEDİR – Türkiyə prezidentindən SENSASİON ANONS: dünya liderləri ŞOKDA!

Türkiyə dəyişir, dünya dəyişir. Biz yeni dövrdə yaşayırıq, daha yeni dövrə doğru gedirik. Bu qədər sürətlə dəyişən dünyada qiyamçıların zehniyyətini qoruyub saxlayan konstitusiya ilə irəli getmək olarmı? Məgər 40 il ərzində qiyamçıların yazdığı konstitusiya ilə cəmiyyəti birləşdirməyin nə qədər çətin olduğunu görmədikmi? Bu gün yaşadığımız bir çox problemlərin əsasının çevriliş konstitusiyası olduğunu bilməyən varmı? Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Siyasi həyatım boyu Türkiyənin sivil, demokratik və liberal konstitusiyaya ehtiyacı olduğunu ifadə etmişəm. Bu gün də eyni fikirdəyəm. Türkiyə qiyamçıların yazıb irəli sürdüyü…

Read More
Dünya 

Çindən dəhşətli XƏBƏRDARLIQ: Bütün ölkələr TƏHLÜKƏDƏ

Çin “Qızıl Qübbə” sistemi layihəsindən ciddi şəkildə narahatdır. Çin həqiqətən ABŞ-nin “Qızıl Qübbə” raketidən müdafiə sistemi layihəsindən ciddi narahatdır. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning gündəlik mətbuat konfransında Vaşinqtonu bu layihədən imtina etməyə çağırıb. O, sözügedən layihənin olduqca aqressiv təsirlərə malik olduğunu, kosmosun hərbiləşdirilməsi və silahlandırılması prosesini sürətləndirəcəyini bəyan edib. Daha ətraflı AZTV-nin süjetində:

Read More
Dünya 

Rusiya Dövlət Duması SSRİ-nin bərpası məsələsini müzakirə edəcək

SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır. Bu barədə TASS-a Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina məlumat verib. Ostanina bu fikirləri Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakovun “SSRİ hüquqi baxımdan hələ də mövcuddur, çünki onun dağılma prosesi guya pozulub” sözlərini şərh edərkən deyib. Ostaninanın sözlərinə görə, 1991-ci ildə keçirilmiş referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin qorunub saxlanmasının lehinə səs verib. “Yəni hüquqi, siyasi və insani baxımdan SSRİ-nin mövcudluğunun dayandırılması əslində qanunsuz olub. Çünki nə…

Read More