Dünya 

Dünya liderlərinin yeni problemi — Oval kabinetdə ictimai alçaldılmaq

CNN-in xəbərinə görə, dünya liderlərinin ABŞ Prezidenti Donald Trampla görüşləri artıq hörmət və ehtiram əlaməti deyil, əksinə “acgöz oyunlar”a və ya “qəfəsdə döyüş”ə çevrilib. Musavat.com-un məlumatına görə, son olaraq Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Trampın sərt davranışlarının hədəfi olub. Ukrayna Prezidenti Zelenski ilə Tramp arasındakı qalmaqaldan sonra Oval kabinet tamamilə dəyişib, indi orada daha çox adam olur, səs-küy artıb və Trampın yanında “hücum etməyə hazır” olan Ceyms Devid Vens də oturur. Bu isə görüşlərin gərgin və təzyiq dolu keçməsinə səbəb olur.

Read More
Dünya 

Rusiyada PUA-ların hücumları fonunda aeroportlarda reyslər gecikib

Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) hücumlarının dəf edilməsi fonunda Moskva hava limanlarında onlarla reys gecikib. “Report” bu barədə Rusiya mediasına istinadən xəbər verir. Hava limanlarının onlayn tablosuna əsasən, Şeremetyevo aeroportundan çıxmalı olan 15 təyyarə reysi gecikib, yeddisi ləğv edilib, Domodedovoda altı, Jukovskidə bir reys ləğv edilib, Vnukovoda isə 12 reys gecikib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Moskvaya doğru hərəkət edən 35 PUA vurulub. Səhər saatlarından Domodedovo reyslərin qəbulu və göndərilməsinə yenidən məhdudiyyətlər tətbiq edib. Moskva meri Sergey Sobyanin beş dronun vurulduğunu bildirib.

Read More
Dünya 

Zelenski Rutte ilə söhbətinin təfərrüatlarını AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə söhbətinin təfərrüatlarını açıqlayıb. Bu barədə Ukrayna lideri özünün teleqram kanalında yazıb. “NATO-nun Baş katibi Mark Rutte ilə söhbətim oldu. Hazırkı vəziyyəti, birgə növbəti addımları və Rusiyaya təzyiq etmək zərurətini müzakirə etdik”, – o deyib. Bundan əlavə, Zelenski Rutte ilə Kiyevin tərəfdaşları ilə təmaslarının təfərrüatlarını bölüşüb və ona Rusiya tərəfi ilə atəşkəslə bağlı danışıqları davam etdirmək üçün mümkün platformalar barədə məlumat verib. O, həmçinin bildirib ki, NATO-nun Baş katibi ilə Rusiyaya təsir edə biləcək sanksiyalar barədə danışıb. Zelenskinin sözlərinə görə, bütün…

Read More
Dünya 

İranda əməliyyat- Din xadimi girov götürüldü

İranın cənub-şərqində yerləşən İranşəhr şəhərində silahlı insident baş verib. Naməlum, maskalı şəxslər yerli din xadimini girov götürüblər. Musavat.com-un məlumatına görə, hadisə yerinə dərhal təhlükəsizlik qüvvələri cəlb olunub və girovun azad edilməsi, eləcə də cinayətkarların saxlanılması məqsədilə əməliyyat başlayıb. İranşəhr polisinin komandanlığından verilən rəsmi açıqlamada bildirilib ki, əməliyyat davam edir və hadisə ilə bağlı istintaq başlanıb. Hazırda hüquq-mühafizə orqanları məsələni nəzarətdə saxlayır.

Read More
Dünya 

Viktor Orban: Son yeddi ildə türk dövlətləri ilə münasibətlər Macarıstan üçün böyük əhəmiyyət kəsb etməyə başlayıb

Son yeddi ildə türk dövlətləri ilə münasibətlər Macarıstan üçün daha da böyük əhəmiyyət kəsb etməyə başlayıb. “Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban mayın 21-də paytaxt Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında bildirib.

Read More
Dünya 

Günəş qasırğaları Yer kürəsini təhdid edir: Elektriklə bağlı ciddi problemlər yarana bilər

Astronomlar həyəcan təbili çalırlar – yaxın günlərdə və həftələrdə Yeri güclü günəş qasırğaları gözləyir. Bu barədə “Independent” nəşri yazıb. Məlumata görə, Günəşin aktiv hissəsi planetimizə doğru çevrilib ki, bu da parlaq qütb parıltısına və enerji sistemlərində pozulmalara gətirib çıxara bilər. NASA-nın rəsədxanası yeni günəş ləkələri bölgəsindən olan və X2.7 kimi təsnif edilən 2025-ci ilin ən güclü partlayışını qeydə alıb. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, partlayış artıq Yaxın Şərqdə elektrik enerjisinin kəsilməsinə səbəb olub və radio rabitəsini 10 dəqiqəlik pozub. Hazırda Günəş 11 illik aktivlik siklinin pikindədir…

Read More
Dünya 

Özbəkistanda fırıldaqçılar alver adıyla külli miqdarda vəsait ələ keçiriblər

Özbəkistanın hüquq-mühafizə orqanları alver adı altında internet fırıldaqçılığı ilə məşğul olan qrupun fəaliyyətini dayandırıb. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin kibertəhlükəsizlik mərkəzindən məlumat verilib. İstintaqın fikrincə, sxem iştirakçıları insanlara “gəlirli” layihələrə – guya valyuta, neft və digər aktivlərin ticarətinə investisiya qoymağı təklif ediblər. Etibar qazanmaq üçün onlar mənfəətin saxta ekran görüntülərini və saxta “müştəri” rəylərini göstərdilər. Pul köçürüldükdən sonra onlar zərərçəkənlərə balansında artım göstəriblər, bununla da “qarmağa ilişənlər”i daha çox investisiya qoymağa inandırıblar. Zərərçəkmişlərdən biri 20 milyon somdan çox pul köçürüb. Cizzax rayonunun daha…

Read More
Dünya 

Ən ağıllı insanlar bu qan qrupundan olurlar

Yaponiyada alimlərin apardığı testlər dünyada hansı qan qrupundan olan insanların daha intellektli olduğunu üzə çıxarıb. Keçirilən testdə zəka səviyyələri qan qruplarına görə sıralanıb. Qan qrupu testində insanlara müxtəlif suallar verilib. Sınaqdan keçən insanlar analitik düşünmə və tez problem həll etmə kimi qabiliyyətlərinə görə təsnif edilib. Araşdırmalar AB qan qrupu olan insanların idrak bacarıqlarında əhəmiyyətli bir üstünlüyə sahib ola biləcəyini ortaya qoyur. AB qan qrupu olan insanlar çox vaxt mürəkkəb problemləri daha sürətli həll etmək və əsaslandırılmış qərarlar qəbul etmək üçün üstün qabiliyyətlərə malikdirlər. Qan qruplarının zəka xüsusiyyətləri də öz aralarında…

Read More