Dünya 

İsrail və Livan razılığa gələ bilmir: Kipr danışıqları dalana dirəndi

İsrail və Livan arasında “Hizbullah”la davam edən müharibəni dayandırmaq üçün nəzərdə tutulan diplomatik təmaslar ciddi maneələrlə üzləşib. Musavat.com xəbər verir ki, “The Financial Times” (FT) qəzetinin məlumatına görə, İsrail ordusunun (ÇAXAL) hücumlarını dayandırmaqdan imtina etməsi və Beyrutun şərtləri tərəflər arasında uçurumu dərinləşdirib. Mənbələrin bildirdiyinə görə, Kiprdə keçirilməsi planlaşdırılan üçtərəfli görüş aşağıdakı səbəblərdən baş tutmayıb: Beyrut rəhbərliyi istənilən rəsmi görüşdən əvvəl mütləq şəkildə atəşkəs tətbiq olunmasını tələb edir. Livan rəsmiləri bildirirlər ki, danışıqların bərpası üçün “atəşin müvəqqəti dayandırılması” yox, məhz “döyüşlərin tam dayandırılması” şərtdir. Təl-Əviv isə danışıqların məhz döyüş əməliyyatları davam edərkən…

Read More
Dünya 

İraq hava məkanının bağlanmasını daha üç gün uzadıb

İraqın hava məkanı daha üç gün bağlı qalacaq. Bu barədə İraqın Mülki Aviasiya İdarəsindən bildirilib. Məhdudiyyət cümə gününədək 72 saat ərzində bütün gələn, yola düşən və tranzit reyslər üçün qüvvədə olacaq. Qurumun məlumatında deyilir ki, bu, təhlükəsizlik sahəsindəki vəziyyətin və regionda hadisələrin inkişafının qiymətləndirilməsi əsasında qəbul edilmiş müvəqqəti qabaqlayıcı tədbirdir. “Qərar hər hansı yenilənmələr fonunda yenidən nəzərdən keçiriləcək”, – idarədən vurğulanıb.**”Report”

Read More
Dünya 

Türkiyə İrana nota verdi

Türkiyə Xarici İşlər Nazirliyi İranın Ankaradakı səfirini nazirliyə çağırıb. Musavat.com xəbər verir ki, görüş zamanı İran ərazisindən atılan və Türkiyə hava məkanına daxil olan ballistik sursatla bağlı Ankaranın ciddi narazılığı Tehrana rəsmi şəkildə çatdırılıb. Diplomatik mənbələrin bildirdiyinə görə, Türkiyə tərəfi bu hadisəni “son dərəcə təhlükəli və qəbuledilməz” addım kimi qiymətləndirib. Ankara İranın raket və ya ballistik sursatlarının Türkiyə hava məkanına daxil olmasının bölgədə gərginliyi artırdığını və bu cür hadisələrin təkrarlanmamasını tələb edib.

Read More
Dünya 

“Bizi arxadan vurdular” – Qətər Baş nazirindən İrana “xəyanət” ittihamı

Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani “Sky News” telekanalına verdiyi müsahibədə İranın Körfəz ölkələrinə qarşı son hücumlarını “xəyanət” adlandırıb. Musavat.com xəbər verir ki, martın 9-da yayımlanan müsahibədə Baş nazir Tehranın bu addımının regiondakı bütün etimad mühitini darmadağın etdiyini bildirib. Şeyx Məhəmməd müharibənin başladığı ilk saatlardan etibarən Qətər və digər qonşu ölkələrin hədəf alınmasını əvvəlcədən planlaşdırılmış bir hərəkət kimi qiymətləndirib: “Bu, dərin bir xəyanət hissidir və artıq ikinci dəfədir baş verir. Görünür, hücum qabaqcadan hazırlanıb. Müharibə başlayan kimi, bəlkə də cəmi bir saat sonra Körfəz…

Read More
Dünya 

SON DƏQİQƏ! Qardaş ölkə SİLKƏLƏNDİ: Təşviş yaşandı – FOTOLAR

Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Musavat.com xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Təcili Vəziyyətlərin İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ saat 09:21-də qeydə alınıb. Yeraltı təkanların 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ sakinlər arasında panikaya səbəb olub. İlkin məlumatlara əsasən, zəlzələ nəticəsində hər hansı ciddi dağıntı və ya xəsarət alanların olmadığı qeyd edilir. Zəlzələ yalnız Denizlidə deyil, İzmir, Aydın, Uşak və Manisa kimi Egey bölgəsinin bir çox vilayətlərində də hiss olunub. Hadisədən sonra ehtiyat tədbiri olaraq bəzi obyektlər boşaldılıb. Xüsusilə…

Read More
Dünya 

İsrail İrana yenidən zərbələr endirməyə başladı

İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın mərkəzi hissəsindəki infrastruktur obyektlərinə yeni zərbə dalğası endirməyə başlayıb. Bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb. “SAXAL İranın mərkəzi hissəsində rejimin infrastrukturuna əlavə zərbə dalğasına başladı”, – deyə İsrail ordusundan bildirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə…

Read More
Dünya 

Bu ölkədə güclü zəlzələ oldu

Yunanıstanda 5,4 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Məlumata əsasən, zəlzələnin episentri təxminən Larisa şəhərindən 155 km qərbdə, ocağı isə 5 km dərinlikdə yerləşib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib./Trend

Read More
Dünya 

Dubayın simvol qülləsi VURULDU – ŞOK GÖRÜNTÜLƏR

Dubayın məşhur Marina rayonunda yerləşən göydələnlərdən biri zərbəyə məruz qalıb. Musavat.com xəbər verir ki, yayılan görüntülərə görə, kamikadze tipli pilotsuz uçuş aparatı Dubay Marinadakı “23 Marina” yaşayış qülləsinə dəyib. Sosial şəbəkələrdə yayılan videolarda dronun yüksək mərtəbələrdən birinə çırpıldığı və binada zədələnmə baş verdiyi görünür. Hadisə Dubayın ən sıx və prestijli yaşayış məkanlarından sayılan Marina bölgəsində baş verib. “23 Marina” Dubayın ən hündür yaşayış göydələnlərindən biri hesab olunur. Təxminən 393 metr hündürlüyə və 80-dən çox mərtəbəyə malik olan bina şəhərin simvol tikililərindən biri sayılır və Marina sahilində yerləşir.

Read More
Dünya 

Dubay hava limanında partlayış: Təyyarələr eniş edə bilmir, səmada xaos yaşanır

Birləşmiş Ərəb Əmirliyinin ən böyük nəqliyyat qovşağı olan Dubay Beynəlxalq Hava Limanında (DXB) həyəcanlı anlar yaşanıb. Musavat.com xəbər verir ki, AFP agentliyinə danışan şahidlərin sözlərinə görə, hava limanı üzərində güclü partlayış səsi eşidilib və dərhal sonra ərazidən qara tüstü buludu yüksəlməyə başlayıb. Hadisə ilə əlaqədar hava limanının fəaliyyətində ciddi axsamalar yaranıb. “Flightradar24” xidmətinin məlumatları göstərir ki, Dubaya enməli olan onlarla təyyarə hazırda hava limanı üzərində dövrə vuraraq gözləmə rejiminə keçib, bəzi reyslər isə qonşu hava limanlarına yönləndirilir.

Read More
Dünya 

SON DƏQİQƏ: Taxt-Rəvançi də VURULDU – FOTO

İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi bombardman zamanı ağır yaralanıb. Musavat.com xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb. Qeyd edək ki, ötən axşam ABŞ və İsrail tərəfindən İranın cənubunda yerləşən Şiraz şəhərinin ətrafındakı Zibaşəhr qəsəbəsində təcili tibbi yardım stansiyası və uşaq meydançası hədəfə alınıb. Hücum nəticəsində azı 20 nəfərin öldüyü, 30 nəfərin isə yaralandığı bildirilir. Məlumata görə, zərbə martın 5-də yerli vaxtla saat 20:30-da (Bakı vaxtı ilə 20:30) endirilib. Yaralananlar arasında təcili tibbi yardım xidmətinin iki əməkdaşının da olduğu qeyd olunur. Musavat.com

Read More