Dünya 

Portuqaliya polisi 6,5 ton kokain daşıyan gəmini saxlayıb

Portuqaliya polisi Avropaya gedən və göyərtəsində 6,5 ton kokain olan gəmi aşkarlayıb. “Report” xəbər verir ki, bu barədə AP məlumat yayıb. Gəmi Atlantik okeanında, Azor adalarından təqribən 500 dəniz mili aralıda beş ekipaj üzvü ilə birlikdə saxlanılıb. Polis onların beynəlxalq cinayət təşkilatının üzvləri olduğunu hesab edir. Əməliyyatda polislə yanaşı, Portuqaliya Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, həmçinin İspaniya Mülki Qvardiyası da iştirak edib. Onlara ABŞ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Britaniya səlahiyyətliləri kömək edib. Əməliyyat bu yaxınlarda keçirilib, lakin onun dəqiq tarixi açıqlanmayıb.

Read More
Dünya 

Türkiyə Prezidenti: Novruz bayramının rəsmi şəkildə qeyd olunması planlaşdırılır

Türkiyədə Novruz bayramının rəsmi şəkildə kimi qeyd olunması planlaşdırılır. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. O bildirib ki, Novruz bayramı Türkiyədə xüsusi coşqu ilə qeyd olunub: “Novruzun rəsmi bayram kimi qeyd olunmasını arzulayırıq”. Dövlət başçısı, həmçinin Novruz bayramını qeyd edən ölkələri bir daha təbrik edib.\\report.az

Read More
Dünya 

Qoyunda quş qripinə yoluxma aşkar edilib

Böyük Britaniyada ilk dəfə olaraq qoyunda quş qripinə yoluxma halı aşkarlanıb. Bu barədə “The Guardian” nəşri məlumat yayıb. Qoyunda quş qripinə yoluxma halı Britaniyanın şimalında yerləşən Yorkşir qraflığında qeydə alınıb. Qeyd olunur ki, quş qripi bütün sürüdən yalnız bir qoyunda aşkar edilib. İnfeksiya aşkar edildikdən sonra xəstə heyvan təcrid olunub. (oxu.az)

Read More
Dünya 

İran XİN başçısının Ermənistana səfər proqramı açıqlanıb

İranın xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfər proqramı açıqlanıb. “Report” xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, martın 24-25-də Abbas Əraqçi İrəvanda səfərdə olacaq. O, martın 25-də rəsmi görüşlər keçirəcək. A.Əraqçinin bunun ardınca ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Onun İrəvana ziyarəti çərçivəsində “Danışıqların gücü” adlı kitabının təqdimat mərasimi də keçiriləcək.

Read More
Dünya 

Türkiyədə baş verənlərin pərdəarxası: qlobalist-millətçi rəqabəti açıq müstəviyə keçir

Türkiyəni etiraz dalğaları bürüyüb. İstanbul Böyükşəhər (metropol) Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyənin bir çox şəhərlərində etiraz aksiyaları keçirilir. Səbəb martın 18-də İmamoğlunun universitet diplomu ləğv olunması, ertəsi gün isə onun müxtəlif ağır cinayətlərdə ittiham edilərək saxlanmasıdır. İmamoğlu əsasən korrupsiya və terror təşkilatı yaratmaqda şübhəli bilinirdi. İlk məhkəmədə o, korrupsiya ittihamları ilə həbs olunmuş, barəsində qaldırılmış terrorçuluq ittihamları isə rədd edilmişdi. İmamoğlunun bu şəkildə cəzalandırılması xalq tərəfindən onun zorakı üsullarla susdurulmasına cəhd kimi qitmətləndirilmiş və tərəfdarlarının küçələrə çıxması ilə nəticələnmişdi. Bəs qardaş ölkədə cərəyan edən hadisələrin alt qatında nələr…

Read More
Dünya 

Yeni baş nazir Trampla danışıqlar üçün ŞƏRT QOYDU

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib. Karni danışıqlar üçün, ABŞ prezidentinin Kanadanın suverenliyini tanımasını şərt qoşub. “Mən bunu etməyə tam hazıram. Lakin bir şərt var; o Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir”, – Karni jurnalistlərə deyib. Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədiyini deyib. /APA

Read More
Dünya 

Paşinyan yeni konstitusiya üçün səsvermənin tarixini açıqladı

Ermənistan 2027-ci ildə yeni konstitusiyanın qəbul edilməsi üçün səsvermə təşəbbüsü göstərmək niyyətindədir. “Report” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib. “Bizim gündəliyimizdə konstitusiya dəyişiklikləri məsələsi var. Bu, 2027-ci ilə planlaşdırılıb. Hakim qüvvəmizdə siyasi gündəliyimizi daha konkret etmək üçün konstitusiya proseslərini 2026-cı il parlament seçkiləri ilə paralel aparmaq zərurəti barədə fikirlər var. Lakin bu, sırf daxili siyasi prosesdir. Amma etiraf etməliyəm ki, bunun regional, qlobal təsiri olmaya bilməz”, – Paşinyan qeyd edib.

Read More
Dünya 

Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər – VİDEO

Dünən axşam saatlarında Rusiya ordusunun Odessaya etdiyi dron hücumlarından sonra Kiyevski rayonunda yanğınlar baş verib. Bu barədə Musavat.com-a Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib. O bildirib ki, bombardman nəticəsində həmyerlimiz, iş adamı Şamil Quliyevə məxsus “Qulivar” ticarət mərkəzi tamamilə yanaraq sıradan çıxıb, mərkəzə ciddi şəkildə maddi ziyan dəyib. “Lakin yanğının Şamil Quliyevin rəhbəri olduğu “Dopomoqa” xeyriyyə fondunun binasına çatmasına imkan verilməyib. Ticarət mərkəzi darmadağın olsa da, xeyriyyə fondunun binası zərər görməyib”, – Anar Natiqoğlu əlavə edib.  

Read More
Dünya 

İstanbul Böyük Bələdiyyəsində korrupsiya hallarına görə 83 nəfər saxlanılıb, 10 nəfərin axtarışı davam edir

İstanbul Böyük Bələdiyyəsində (İBB) korrupsiya halları ilə bağlı başlanılan cinayət işi çərçivəsində 100 nəfər cinayət məsuliyyətinə cəlb edilsə də, indiyə qədər 83 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. “Report”un “Haber Global”a istinadən xəbərinə görə, korrupsiya istintaqı çərçivəsində İBB sədri Əkrəm İmamoğlu da daxil olmaqla 83 şübhəlinin saxlanıldığı, 10 şübhəlinin axtarışa verildiyi, 7 nəfərin isə xaricdə olduğu müəyyən edilib. Digər tərəfdən, İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK/KCK-ya yardım etdiyinə görə başlatdığı istintaqda İmamoğlu da daxil olmaqla 7 şübhəlidən 4-nün saxlandığı, 3 şübhəlinin isə axtarışda olduğu bildirilib. Araşdırmalar zamanı bələdiyyədən 60-dan çox…

Read More