Dünya 

Paşinyan: Sosial mediada ən çox bəyənilən kontent Ərdoğanla olan fotomdur

“Sosial media istifadəçiləri arasında arasında ən çox paylaşılan, ən çox izlənən, ən çox bəyənilən kontent Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş vaxtı çəkilmiş fotodur”. “Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə KİV-inə müsahibəsində deyib. O bildirib ki, Türkiyə və Ermənistan nümayəndələri arasında əlaqələrin qurulması müsbət haldır: “Bu, ilk baxışda sadə görünə bilər, amma, əslində, olduqca simvolikdir. İki ölkə təmsilçiləri arasında əvvəllər mənfi reaksiyalara səbən olan görüşlər artıq psixoloji baryerləri aşıb. Düzdür, bu, hələ ticarət kimi vacib məsələlərə siraət etməyib, lakin mühüm hadisədir. Prosesin…

Read More
Dünya 

Tallin Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmaları alqışlayır

Estoniya Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır. “Report” xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Sahkna sosial şəbəkədə yazıb. “Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır. Biz sülh sazişinin mümkün qədər tez imzalanacağına ümid edirik”, – nazir qeyd edib. Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yaymışdı.

Read More
Dünya 

Portuqaliya Prezidenti parlamenti buraxıb və növbədənkənar seçkilər təyin edib

Portuqaliya Prezidenti Marselo Rebelu de Souza martın 13-ü axşamı müraciətində parlamentin buraxılmasını elan edib. “Report” xəbər verir ki, dövlət başçısının çıxışını RTP telekanalı yayımlayıb. Qanunverici orqan martın 11-də Luiş Monteneqrunun hökumətinə etimadsızlıq göstərib. Portuqaliya Prezidentinin qərarı Dövlət Şurasının – konstitusiyaya əsasən, bu cür qərarlar üçün iştirakı məcburi olan məsləhət orqanının iclasından sonra qəbul edilib. De Souza parlamentin buraxılmasından sonra növbədənkənar seçkilərin “əksər partiyaların üstünlük verdiyi tarix” olan mayın 18-də keçiriləcəyini bildirib. Qeyd edək ki, bu, son üç ildə ölkədə keçirilən üçüncü parlament seçkiləri olacaq.

Read More
Dünya 

BMT Putinin Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışlayıb

BMT Rusiya Prezidenti Vladimir Putinin Ukraynada atəşkəslə bağlı razılıq bəyanatını alqışlayıb. “Report”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib. Sözçü əlavə edib ki, iki ölkə arasında davamlı sülhün olacağına ümidlidir: “Əlbəttə ki, Ukraynada atəşkəsi alqışlayardıq, çünki bu münaqişədə görünməyən faciə var. Atəşkəs Baş katibin qeyd etdiyi parametrlər çərçivəsində ədalətli və davamlı sülhün yolunu açacaq”, – sözçü deyib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatların dayandırılması təklifi ilə razılaşdığını söyləyib. Bununla yanaşı, Putin bildirib ki, atəşkəs münaqişənin əsas səbəblərini həll etməli,…

Read More
Dünya 

Aİ Rusiyaya qarşı sanksiyaların uzadılması ilə bağlı qərar qəbul edə bilmir – Macarıstanın vetosu səbəb olur

ARANTV.AZ  xəbər verir ki, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı fərdi sanksiyaların uzadılması ilə bağlı yenə də razılığa gələ bilməyib. Əgər martın 15-dək sanksiyalar təsdiqlənməsə, onlar avtomatik olaraq ləğv ediləcək. “Avropa Pravda” nəşrinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Aİ-nin 27 üzv ölkəsinin daimi nümayəndələr komitəsi bu gün keçirilən iclasda yenidən konsensusa nail ola bilməyib. Bunun əsas səbəbi Macarıstanın veto hüququndan istifadə etməsidir. Budapeşt bir neçə rusiyalı oliqarxın sanksiya siyahısından çıxarılmasını tələb edir. Mediada yayılan məlumata görə, Macarıstanın müdafiə etdiyi şəxslər arasında Mixail Fridman, Pyötr Aven və Alişer Usmanov da var.…

Read More
Dünya 

Çinin texnologiya nəhəngi Avropa Parlamentinin deputatlarına rüşvət verməkdə şübhəli bilinir

Çinin “Huawei” texnologiya şirkəti Brüsseldə Avropa Parlamentinin keçmiş və ya hazırkı deputatlarına rüşvət verməkdə şübhəli bilinir. “Report” xəbər verir ki, bu barədə “Euronews” Belçikanın “Le Soir”, “Knack” nəşrləri və “Follow the Money” araşdırma saytına istinadən məlumat yayıb. Məlumata görə, Belçika polisi Avropa Parlamentində korrupsiya işi ilə bağlı yeni araşdırma çərçivəsində “Huawei” şirkətinin Brüsseldəki mənzil-qərargahında və ölkə boyu bir neçə evdə axtarışlar aparıb. Qeyd olunub ki, texnologiya nəhənginin lobbiçiləri Avropa İttifaqında qərarların qəbuluna təsir etmək məqsədilə deputatlara rüşvət veriblər. Bu işdə Avropa Parlamentinin 15-ə yaxın hazırkı və keçmiş deputatının adı hallana…

Read More
Dünya 

Türkiyə Ermənistanla quru sərhədi açır? – İrəvandan xəbər gəldi

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına tam hazırdır və İrəvanın bu məsələdə mövqeyi proses başlayandan bəri dəyişməz qalıb. News24.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib. Rubinyan bu sözləri Türkiyənin “NTV” telekanalına müsahibəsində deyib: “Biz Türkiyə ilə münasibətlərin tam həllini, o cümlədən diplomatik əlaqələrin normallaşdırılmasını və Ermənistan-Türkiyə quru sərhədinin açılmasını gözləyirik”,- deyib. Ermənistanın xüsusi elçisi davam edən normallaşma prosesindən danışarkən bir daha vurğulayıb ki, İrəvan heç bir ilkin şərt olmadan münasibətləri normallaşdırmağa hazırdır. O vurğulayıb ki, Ermənistan Türkiyə ilə sərhədlərini açmağa və münasibətləri bu…

Read More
Dünya 

Botoks edənlər bu məkanlara daxil ola bilməyəcəklər

İngiltərənin məşhur “Top Secret Comedy Club” komediya klubu, botoks etdirən qonaqlara qapılarını bağlamağa qərar verib. Bu qərar, komediyaçılardan gələn şikayətlərdən sonra qəbul edilib. Səhnəyə çıxan sənətçilər, reaksiyasız üz ifadələri olan izləyicilərlə əlaqə qurmaqda çətinlik çəkdiklərini bildiriblər. Buna görə də, klub “ifadə testli” giriş tətbiqinə başlayacaq. “Top Secret Comedy Club” artıq 5 martdan etibarən, klubun qonaqları üçün “ifadə testi” tətbiq etməyə başlayacaq. Bu test, xüsusi təlim keçmiş qapı işçiləri tərəfindən botoks istifadəsini müəyyən etmək məqsədilə həyata keçiriləcək. Məkanın sahibi Mark Rozman, komediyaçılarının üz ifadələrini görmək və izləyicilərin reaksiyalarını daha yaxşı anlamalarını…

Read More
Dünya 

TƏCİLİ: İran Ermənistana ORDU YERİDİR – Təzyiqi ARTIRDI, GƏRGİNLİK pik HƏDDƏ!

İranın təbliğatçıları Ermənistana səfər edib. Axar.az xəbər verir ki, ermənipərəst Ehsan Müvəhhedianın erməni revanşistlərlə görüşləri haqda məlumat vermişdik. Ona “iranşünas”, Azərbaycanda etnik zəmində təxribatçı təbliğatı ilə seçilən Məcid Kərimi də qoşulub. Maraqlıdır ki, hər ikisi erməni mediasına müsahibələrində Zəngəzur dəhlizi ilə bağlı Ermənistandan “qətiyyətli mövqe” tələb ediblər. “İran üçün Zəngəzur vasitəsilə Azərbaycan və Türkiyəyə dəhliz verilməsi qəbuledilməzdir və qırmızı xəttdir. Belə bir dəhlizin açılması çox qısa müddət ərzində bütün Zəngəzur bölgəsinin əhalisinin azalmasına gətirib çıxaracaq ki, bu da Türkiyə və Azərbaycanın əsl məqsədidir”, – Məcid Kərimi deyib. O, türklərin erməniləri…

Read More
Dünya 

Elman Paşayev məhkəmədə polislə dalaşdı, həbsi uzadıldı

Rusiya məhkəməsi azərbaycanlı keçmiş vəkilin həbs müddətini artırıb. Axar.az xəbər verir ki, vəkil məhkəməyə polisin müşayiəti ilə gətirilərkən mübahisə yaşanıb. Belə ki, Paşayev qohumlarını salamlamaq istəyərkən polis əməkdaşını itələyib. Bundan sonra polis əməkdaşı ona xəbərdarlıq etsə də, vəkil nalayiq ifadələr işlədib. Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib. Məhkəmə E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib. Qeyd edək ki, yanvarın 13-də Moskva Qarnizonu Hərbi Məhkəməsi Paşayevin həbs müddətini martın 15-dək uzadıb. Həmin iclasda məlum olub ki, keçmiş vəkilin şübhəli şəxs qismində cəlb olunduğu…

Read More