Dünya 

Paşinyan: Ermənistan hakimiyyəti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır

“Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır”. “Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bir qrup vətəndaşla görüşündə deyib. “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”, – deyə o vurğulayıb. Qeyd edək ki, bu qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün Bakı dəfələrlə Ermənistan konstitusiyasına…

Read More
Dünya 

Rusiyada DİN generalı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb. 49 yaşlı Berejnoy Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub. Mənbələr bildiriblər ki, istintaq onun polis binasındakı təmir işlərinin 2023-cü ildə qəbul edilməsini əmr etdiyini göstərir. Berejnoy həmçinin saxta sənədlərlə “Neptun 550” xidmət katerini qeydiyyata almaqda və ondan şəxsi məqsədlər üçün istifadə etməkdə şübhəli bilinir. Berejnoy 2017-ci ildə şöbə müdiri vəzifəsinə təyin edilib. O, çoxsaylı dövlət mükafatlarına, o cümlədən “İgidliyə görə” ordeni və “İgidliyə görə” medalına layiq görülüb. Berejnoy 2024-cü ilin payızında şöbə müdiri…

Read More
Dünya 

Dünya tarixinin ən böyük fəlakəti təkrarlana bilər – 2700-cü ilə qədər…

252 milyon il əvvəl baş verən kütləvi nəsli kəsilmə tədqiqatları hazırkı qlobal istiləşmənin bizi hara aparacağını göstərir. Müasir ekoloji problemlər qlobal ekosistemdə geri dönməz dəyişikliklərə və hətta bütün planetdə kütləvi nəsli kəsilməyə səbəb ola bilər. Bu ssenari qeyri-mümkün deyil, çünki Yer tarixində artıq belə hadisələr baş verib. ARANTV.AZ  xəbər verir ki, bu barədə “Interesting Engineering” elmi jurnalı yazır. Böyük nəsli kəsilmə və onun səbəbləri Perm-Trias dövrü nəsli kəsilməsi Yer tarixində ən dağıdıcı hadisə olub. Təxminən 252 milyon il əvvəl dəniz canlılarının 96%-i və quru onurğalılarının 70%-i yox olub. Bu fəlakətin…

Read More
Dünya 

Ciddə görüşündən GÖRÜNTÜLƏR – VİDEO

Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb. Məlumata görə, görüş amerikalıların gecikməsi səbəbindən bir az təxirə salınıb. Qeyd edək ki, Ukrayna tərəfini görüşdə Zelenskinin ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiga və müdafiə naziri Rüstəm Ümerov təmsil edir. ABŞ nümayəndə heyətinin başında isə dövlət katibi Marko Rubio və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts durur. Musavat.com Ciddə görüşündən görüntüləri təqdim edir:

Read More
Dünya 

Ukrayna və Türkiyə əməkdaşlığı gücləndirir: Yol xəritəsi təqdim edildi

Ukrayna və Türkiyə iqtisadiyyat, energetika və infrastruktur sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər, qarşılıqlı fəaliyyət üçün yol xəritəsi təqdim ediblər. “Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Bildirilib ki, martın 10-da Prezident Ofisinin rəhbər müavini Viktor Mıkıta Türkiyənin Ukraynadakı səfiri Mustafa Levent Bilgenlə görüş keçirib, tərəflər əməkdaşlığı genişləndirmək, xüsusilə Türkiyə və Ukrayna şəhərləri və regionları arasında qarşılıqlı əlaqələri artırmaq barədə razılığa gəliblər. “Müzakirənin əsas mövzuları ikitərəfli əməkdaşlıq məsələləri, iqtisadi inkişaf üzrə birgə layihələr, həmçinin enerji və infrastruktur təşəbbüsləridir”, – prezidentin mətbuat xidməti bazar ertəsi bildirib. Bundan…

Read More
Dünya 

Ərdoğan: 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq

Türkiyə 40 ildir davam edən terror bəlasından xilas olmağa çox yaxınıq. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə Milli Sərgi Salonunda çıxışında deyib. O bildirib ki, Türkiyə həm ölkə daxilində, həm də sərhədlərində terrora tamamilə son qoymağa çox yaxındır: “Terrorsuz Türkiyə hədəfinə çatmaq istiqamətində bu gün daha qərarlı və güclüyük”.

Read More
Dünya 

Putin: Makron kimilərinin arzusu reallaşmayacaq

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makrona cavab verib. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ukrayna müharibəsinin iştirakçılarının anaları ilə görüşdə çıxış edən Rusiya dövlət başçısı hələ də Napoleonun dövrünə qayıtmaq istəyənlərin olduğunu söyləyib. Putin söyləyib ki, onlar bunun necə başa çatdığını yaddan çıxarıblar. Ölkə başçısı hərbçilər sayəsində Makron kimilərinin istəyinin reallaşmayacağını nəzərə çatdırıb. Xatırladaq ki, martın 5-də Makron Rusiyanın Fransa və bütün Avropa üçün təhlükə yaratdığını bildirərək, Avropa İttifaqını müdafiə etmək üçün Fransanın nüvə silahından istifadə imkanlarını müzakirə etməyə çağırıb.\\“Report”

Read More
Dünya 

ICAO təyyarə qəzasının araşdırılmasına dair ilkin hesabatı yüksək qiymətləndirir

Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev ICAO-nun Avropa və Şimali Atlantika bürosunun direktoru Nikola Rallo ilə görüşüb. Görüş zamanı o, Təşkilata “Azerbaijan Airlines”ə məxsus təyyarənin qəzaya uğradığı yerə müstəqil ekspert Tormodur Tormodssonu vaxtında göndərdiyinə görə təşəkkür edib. Bu barədə “Kazinform” məlumat yayıb. “Hökumət adından bizə göstərilən daimi dəstəyə görə şəxsən sizə səmimi minnətdarlığımızı bildiririk. Bu araşdırmanın tam başa çatdırılması məqsədilə biz ICAO ilə əməkdaşlığı davam etdirəcəyik”, – K.Bozumbayev bildirib. Baş nazirin müavini qeyd edib ki, təyyarənin qəzaya uğramasının ilk günlərindən Qazaxıstan bu qəzanın obyektiv və hərtərəfli araşdırılmasına yönəlib. Öz növbəsində…

Read More
Dünya 

Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib

Avropa İttifaqı (Aİ) Polşaya pandemiyadan sonra iqtisadiyyatın bərpası üçün ayrılan vəsaitdən 30 milyard zlotını (7,2 milyard avro) müdafiə xərclərinə yönəltməyə icazə verib. “Report” xəbər verir ki, bu barədə Polşanın fondlar və regional siyasət naziri Katarjina Pełçinskaya-Nalenç “X” sosial şəbəkəsindəki paylaşımda bildirib. “Avropa Komissiyası ilə razılaşdırıldı. Milli Bərpa Planı çərçivəsində 30 milyard zlotı dəyərində yeni təhlükəsizlik və müdafiə fondu yaradırıq. Bunun üçün Şəhərlərin Yaşıl Transformasiyası maliyyə alətindən vəsaitlərin bir hissəsini yönləndiririk”, – nazir yazıb. O qeyd edib ki, vəsaitdən bələdiyyələr yollar və sığınacaqlar kimi ikili təyinatlı obyektlərin tikintisi üçün istifadə edə…

Read More