Makron: Rusiya bütün Avropa üçün təhdidə çevrilib
Rusiya bütün Avropa üçün təhdidə çevrilib. “Report” xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində söyləyib. Makron müraciətini “beynəlxalq vəziyyətlə” əlaqələndirib və fransızların buna “ədalətli şəkildə narahat olduqlarını” qeyd edib. O, ABŞ-nin “Ukraynadakı müharibə mövzusunda mövqeyini dəyişdiyini” və Avropa İttifaqı (Aİ) mallarına gömrük rüsumu tətbiq etməyi planlaşdırdığına diqqət çəkib. “Biz yeni bir eraya qədəm qoyuruq”, – Makron bildirib. O, Rusiyanın Ukraynadakı müharibəni “qlobal münaqişəyə” çevirdiyini və buna Şimali Koreya əsgərləri və İran hərbi texnikası istifadə edərək nail olduğunu qeyd edib. Həmçinin Rusiyanın hərbi potensialını artırdığını deyib. Makronun…
Read More