Dünya 

London Kiyevə hərbi satınalmalar üçün əlavə 2 milyard dollar ayıracaq

Böyük Britaniya Ukrayna ilə Kiyevin hərbi satınalmalar, o cümlədən HHM raketləri üçüb 2 milyard dollar alacağı yeni iqtisadi saziş imzalayıb. “Report” xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer Londonda Ukrayna üzrə Avropa liderlərinin görüşündən sonra keçirilmiş mətbuat konfransında bildirib. “Bu gün Ukraynaya Belfastda istehsal olunacaq 5 mindən çox hava hücumundan müdafiə raketi almaq üçün 1,6 milyard funt sterlinq (2 milyard dollar – red.) istifadə etməyə imkan verən yeni iqtisadi razılaşmanı elan edirəm”, – o qeyd edib. Starmerin sözlərinə görə, bu saziş həmçinin Böyük Britaniyanın müdafiə sektorunda…

Read More
Dünya 

Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezident seçkilərində iştirak edə bilər. Bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyn Yayman Türkiyənin Antakya şəhərində çıxışı zamanı deyib. O bildirib ki, 2027-ci ilin noyabrında ölkədə prezident seçkiləri keçiriləcək. H.Yaymanın sözlərinə görə, başqa namizədə ehtiyac yoxdur. Türkiyə konstitusiyasına görə, seçkinin keçiriləcəyi 2028-ci ildə o, artıq prezidentliyə namizəd ola bilməyəcək, lakin növbədənkənar seçki olacağı təqdirdə bu hüquqa sahib olacaq.\\report.az

Read More
Dünya 

Metroda qatarın altına yıxılan uşaq möcüzəvi şəkildə sağ qaldı – ANBAAN VİDEO

Moskvada metro stansiyasında qorxulu hadisə baş verib. 11 yaşlı məktəbli hərəkətdə olan qatarın altına düşüb. Rəsmi məlumata görə, uşaq təsadüfən ayaqqabısının bağına ilişərək tarazlığını itirib. Hadisəni görən qatar sürücüsü dərhal təcili əyləc sistemini işə salıb, lakin buna baxmayaraq uşaq birinci vaqonun altında qalıb.Hadisə yerinə dərhal Polis İdarəsinin əməkdaşları gəlib və uşağı relslərdən çıxararaq platformaya qaldırıblar. Xəstəxanaya çatdırılan məktəblinin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Hadisə təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb və görüntülər paytaxt Daxili İşlər Nazirliyinin saytında yayımlanıb. Həmin görüntüləri təqdim edirik:/Milli.Az

Read More
Dünya 

Türkiyənin məşhur markası Azərbaycan üzərindən Orta Asiyaya açılmağı hədəfləyir

Türkiyənin tanınmış keramika və hamam avadanlıqları istehsalçılarından olan Seranit şirkəti Azərbaycanda logistika mərkəzi açıb. Bu barədə Musavat.com-a “Seranit-Azərbaycan” MMC-nin rəhbəri Ufuk Polat məlumat verib. Onun sözlərinə görə, şirkətin məhsullarının ölkəmizdə satışı 10 ildən çox müddətdə həyata keçirilib. U.Polat Azərbaycan bazarının imkanlarının böyük olduğunu bildirir: “Ötən il burada rəsmi təmsilçiliyimizi yaratdıq. Sahəsi 1600 kvadratmetr olan mağaza-sərgimizi açmışıq. Hazırda Azərbaycan üzərindən Orta Asiyaya ixrac imkanlarını araşdırırıq. Hesab edirəm ki, bu sahədə böyük potensial var”. Seranit Azərbaycan-da hesab edirlər ki, şirkətin beynəlxalq bazarlarda genişlənmə strategiyasının tərkib hissəsi olan Bakı sərgi salonu təkcə məhsulların nümayiş…

Read More
Dünya 

Tramp-Di Vens və Zelenski dueli: Azərbaycan dilinə tərcümə – TAM VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, vitse prezident Di Vens və Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə görüş keçiriblər. Musavat.com-un və bütün dünya mediasının da xəbər verdiyi kimi, görüş olduqca gərgin keçib. Liderlər jurnalistlərin gözü qarşısında sərt mübahisə ediblər. Nəticədə Zelenski Ağ Evi planlaşdırılandan daha tez tərk edib. Ağ evdən isə bildirilib ki, Zelinskini davranışlarına görə oradan qovublar. Dünyanı şoka salan dialoq necı başlayıb, necə davam edib və orada nələrdən danışılıb? Musavat.com Real TV -nin Azərbaycan dilində tərcümə ilə yaydığı 8 dəqiqəlik video parçanı təqdim edir. Hər şey belə olub:

Read More
Dünya 

Üzərində 200 balıqçının olduğu buz qopdu – Kömək gözləyirlər – VİDEO

Rusiyanın Saxalin vilayətində təqribən 200 balıqçı buz parçasının qopması nəticəsində köməksiz qalıb. Bu barədə məlumatı Rusiyanın Fövqəladə Hallar Nazirliyi yayıb. Bildirilib ki, hazırda həmin balıqçıların xilas edilməsi üzrə əməliyyat həyata keçirilir. Buz parçası və sahil arasında 700 metr məsafə var. Ən son məlumata görə, hələ ki 66 balıqçı xilas edilib./Milli.az/

Read More
Dünya 

Həsən Ruhani: Biz hicabı qadınların başına vurmaq üçün dəyənək etdik

İranda hicabı qadınların başına vurmaq üçün dəyənək rolunu oynadı. Bunu İranın keçmiş prezidenti Həsən Ruhani “İffət və hicab haqqında” qanuna münasibət bildirərkən deyib. “Quran qadınların təhlükəsizliyi üçün hicabı tətbiq edir ki, onlar sıxışdırılmasın, ancaq biz onu qadınların başına vurmaq üçün dəyənək etdik”, – o qeyd edib. H.Ruhani hicab qanununu kəskin tənqid edərək bildirib ki, bu sənədi oxuyanlar həqiqətən utanırlar. Onun sözlərinə görə, 2022-ci ildə hadisələr buna görə baş verib: “Ağıllı adamı eyni yerdən iki dəfə dişləmək olmaz”.\\“Report”

Read More
Dünya 

Bu il qurban kəsməyin – Xalqa ÇAĞIRIŞ

Mərakeş Kralı VI Məhəmməd bu il qurban kəsilməməsi barədə xalqa çağırış edib. ARANTV.AZ  xəbər verir ki, kralın ölkə əhalisinə müraciətində ölkədəki iqlim və iqtisadi çətinliklər səbəbindən heyvan sayının azalması və bu ibadətin aztəminatlı ailələr üçün böyük yük yarada biləcəyi vurğulanıb. O, Qurban bayramının mənəvi mənalarının qorunacağını da bildirilib. Kral, bu qərarı Mərakeş xalqı adına verdiyini qeyd edib. Mərakeşdə 1963, 1981 və 1996-cı illərdə də qurban kəsməkdən imtina edilmişdi. Musavat.com

Read More