Dünya 

Türkiyə rəhbərliyi Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda başa çatacağına inanır

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya – Ukrayna müharibəsinin yaxın vaxtlarda sona çatacağına ümid etdiyini açıqlayıb. “Report” xəbər verir ki, bu barədə ölkənin baş diplomatı Qətərin “Al Jazeera” telekanalına verdiyi müsahibəsində bildirib. “Düzünü desək, Ukraynadakı müharibə ilə bağlı biz onun başa çatması üçün əlamətlər görürük”, – Fidan qeyd edib. Nazir vurğulayıb ki, Türkiyə yaxın aylarda bu istiqamətdə real addımlar atılmasını gözləyir və əlavə edib: “Yaydan əvvəl biz konkret bir şey görəcəyik”. Nazir yaxın vaxtlarda böhrandan çıxmağa səbəb ola biləcək addımların atılacağına inandığını söyləyib.

Read More
Dünya 

İtkin düşən Malayziya təyyarəsinin axtarışları 11 ildən sonra bərpa edildi

Malayziya Hava Yollarına məxsus MH370 reysi ilə uçan təyyarənin qalıqlarının tapılması üçün 11 illik fasilədən sonra yenidən Hind okeanında axtarışlara başlanılıb. 2014-cü ilin martın 8-də Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçan Malayziya Hava Yollarına məxsus MH370 reysinin qalıqları ilə bağlı axtarışlar yenidən bərpa edilib. Malayziyanın nəqliyyat naziri Entoni Lok axtarışın nə qədər davam edəcəyi ilə bağlı detalların hələ müzakirə edilmədiyini bildirib. 2018-ci ildə uğursuz axtarış cəhdindən sonra indi mütəxəssislərin son təhlili əsasında müəyyən edilən 5800 kvadrat kilometrlik yeni ərazidə axtarış aparılacaq. Xatırladaq ki, 227 sərnişin və 12 ekipaj üzvü…

Read More
Dünya 

Subay və boşanmış işçilər evlənməsələr işdən çıxarılacaqlar – Bu ölkədə

Çində fəaliyyət göstərən Shuntian Kimya Qrupu adlı şirkət 28-58 yaş arası subay və boşanmış işçiləri üçün mübahisəli bir siyasət tətbiq etməyə çalışıb. Şirkət yanvar ayında elan edib ki, sentyabrın sonuna qədər evlənməyən və ya ailə qurmayan işçilər işdən çıxarılmaq riski ilə üzləşəcəklər. Bu qərar Çin hökumətinin evlilik nisbətlərini artırmaq çağırışına cavab kimi təqdim edilib və şirkət tərəfindən ənənəvi dəyərlərə sədaqət kimi əsaslandırılıb. Siyasətə görə, mart ayına qədər evlənməyən işçilər özünütənqid məktubu yazmalı, iyun ayında isə qiymətləndirmədən keçməli idilər. Sentyabr ayına qədər hələ də ailə qurmayan işçilər isə işdən çıxarılacaq. Bu…

Read More
Dünya 

BMT-də Rusiya qüvvələrinin Ukraynadan çıxarılmasını tələb edən qətnamə qəbul olunub

BMT Baş Assambleyası Rusiya qüvvələrinin Ukraynadan dərhal çıxarılmasını və müharibənin dayandırılmasını tələb edən qətnamə qəbul edib. “Report”un ABŞ bürosu xəbər verir ki, Ukrayna-Rusiya müharibəsinin 3-cü ildönümü ilə bağlı Avropa İttifaqı (Aİ) ölkələrinin təşəbbüsü ilə BMT Baş Assambleyasında fövqəladə sessiya keçirilib. Sessiyada müvafiq qətnamə layihəsi səsverməyə qoyulub. Qətnamə 93 lehinə, 18 əleyhinə səslə təsdiqlənib, 65 ölkə isə səsvermədə bitərəf qalıb. ABŞ və Rusiya qətnamənin əleyhinə səs verib. Qətnamədə vurğulanıb ki, Rusiya işğalı üç ildir davam edir və təkcə Ukrayna üçün deyil, həmçinin digər regionlar və qlobal sabitlik üçün də ciddi təhlükə…

Read More
Dünya 

Bu halda istefa verə biləcəyini bəyan etdi

“Sülh üçün lazım gələrsə, prezidentlik postundan istefa verə bilərəm”. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib. O, həmçinin keçirdiyi mətbuat konfransında ABŞ və NATO ilə bağlı açıqlamalar da verib. Ukraynada sülhü təmin etmək üçün prezidentlikdən istefa verməyə hazır olduğunu bildirən Zelenski, belə bir fürsət olarsa, NATO-ya üzvlük müqabilində istefa verə biləcəyini deyib.

Read More
Dünya 

Müəllim dərsdə yatan tələbə qızın SAÇINI KƏSDİ – VİDEO

Sosial şəbəkələrdə yayılan video müzakirələr yaradıb. Universitetlərin birində qeydə alınan görüntüdə dərsdə yatan tələbəyə müəllimin davranışı diqqət çıkib. Belə ki, onun saçını kəsməklə cəzalandıran müəllimin hərəkəti birmənalı qarşılanmayıb. Hadisənin harada baş verməsi barədə məlumat verilməyib. Sözügedən videonu təqdim edirik: Milli.Az

Read More
Dünya 

Olmayan trilyonlar: ABŞ Ukraynadan bunları tələb edir

Mineral ehtiyatlar üzrə saziş layihəsində ABŞ Ukraynadan mühüm infrastrukturu onlara təhvil verməyi tələb edib. Bunu Ukrayna Ali Radasının deputatı Oleksey Qonçarenko özünün “Telegram” kanalında deyib. “Amma məlum olanda ki, nadir torpaq metalları və faydalı qazıntılarımız böyük miqdarda yoxdur, onlar bizdən faktiki olanı tələb etdilər”, – deyə deputat yazıb. O əlavə edib ki, söhbət qaz nəqli sistemindən və atom elektrik stansiyalarından gedir. Deputatın sözlərinə görə, bundan sonra Vladimir Zelenski şərtlər qoymağa başlayıb ki, bu da Kiyev və Vaşinqton arasında münasibətlərin kəskin şəkildə pisləşməsinə və ictimaiyyətin qarşılıqlı qınaqlarına səbəb olub. Qonçarenko vurğulayıb…

Read More
Dünya 

Ermənistanda konstitusiya niyə dəyişdirilir?

Ermənistanın Ədliyyə naziri Srbuhi Qalyan ölkədə Konstitusiyanın dəyişdirilməsinin əsas səbəbini izah edib. Musavat.com-un xəbər verir ki, onun sözlərinə görə, mövcud qanun insan hüquqlarına, xüsusilə də vətəndaşların sosial hüquqlarına yetərincə diqqət ayırmır. Yeni Konstitusiyada bu məsələlərə daha çox önəm veriləcək. Nazir bildirib ki, idarəetmə modelinin dəyişdirilməsi planlaşdırılmır. Bundan əlavə, yeni Konstitusiya dövlət qurumlarının, o cümlədən hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyətini daha effektiv tənzimləyəcək. Qalyan vurğulayıb ki, hazırda prokurorluq və istintaq orqanları arasında səlahiyyət bölgüsündə problemlər mövcuddur ki, bu da qeyri-effektivliyə gətirib çıxarır. Yeni Konstitusiyanın mətninin 2026-cı il parlament seçkilərinə qədər hazır…

Read More
Dünya 

Novosibirsk aeroportunda 20-dən çox reys gecikir

Rusiyanın Novosibirsk şəhərindəki Tolmaçevo hava limanına 22 reysin gəlişi gecikir. “Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, məlumatlar hava limanının rəsmi saytının tablosunda görünüb. Tablo məlumatlarına görə, Norilsk, Barnaul, Surqut, Samara, Moskva, Omsk, Ulan-Ude, Bratsk, Blaqoveşşensk, Talakan, Kızıl, Maqadan, Mirnıy və Yeni Urenqoydan olan reyslərdə gecikmələr var. Həmçinin Freqan və Dubaydan olan iki beynəlxalq reys də gecikir. Bundan əlavə, bir neçə reys – İrkutsk, Abakan, Nijnevartovsk və Yekaterinburqdan olan reyslər ləğv edilib.

Read More
Dünya 

Bu ərəb ölkəsində türk dili ikinci rəsmi dil oldu

İraqın Səlahəddin vilayətində türk dilinə rəsmi status verilib. Qərar Tuzla vilayətinin şura üzvünün təklifi əsasında qəbul edilib və bundan sonra yerli hakimiyyət orqanlarının rəsmi sənədlərində və qeydlərində türk dilindən istifadə olunacaq. Qeyd edək ki, İraq türkmənləri İraqın şimal-şərqində və mərkəzində yaşayan türk xalqıdır. Türkmənlər İraqda ərəblər və kürdlərdən sonra üçüncü ən böyük xalqdır. /Lent.az

Read More