Dünya 

Zelenski: Rusiyanın ultimatumlarına tabe olmadım və olmayacağam

Ukrayna prezidenti Volodimir Zelenski, Rusiyanın ultimatumlarına tabe olmayacağını və Ukraynanın bu tələblərə cavab verməyəcəyini bəyan edib. Musavat.com-un məlumatına görə o bildirib ki, hazırda ABŞ və Rusiya nümayəndələri arasında aparılan danışıqlara dair təəssürat yaranır. Zelenski Ukraynanın bu prosesin mərkəzində yer almadığını və heç vaxt belə ultimatumlara boyun əyməyəcəyini vurğulayıb. “Biz Kiyev bölgəsi işğal edildiyi zaman, Belarusda və ya Türkiyədə ruslarla heç bir razılaşma əldə etmədik. Mən Ukraynanın prezidenti olaraq, heç kimə heç nə zəmanət vermədim və heç kimə heç nə təsdiqləmədim”, — deyə o əlavə edib. Zelenski həmçinin, “Rusiyanın ultimatumlarına getmək…

Read More
Dünya 

Güclü qar 6 gün davam edəcək, məktəblər bağlanacaq: “Evdən çıxmayın”

Meteorologiya Xidmətinin günlər əvvəl etdiyi qar xəbərdarlığının sonra İstanbulda qış şərtləri təsirli olmağa başlayıb. ARANTV.AZ  “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, sabahdan başlayaraq sulu qar və güclü qar yağacaq. Rəsmi məlumatlara görə, şəhərə yağan qarın güclü olacağı və 6 gün davam edəcəyi bildirilib. Meteoroloq professor Orhan Şen İstanbulda gözlənilən qar ilə bağlı qiymətləndirmə apararaq vətəndaşlara xəbərdarlıq edib. O, xüsusilə cümə və şənbə günlərinə diqqət çəkib: “Evdən çıxmasanız, yaxşı olar, mümkün qədər evdə qalın”. Orhan Şen məktəblərin bağlanmasının vacib olduğunu da vurğulayıb: “Şərait məktəb avtobuslarının hərəkəti üçün çox uyğun deyil”.

Read More
Dünya 

Ərdoğan Ankarada Zelenski ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Türkiyə KİV-i xəbər verir ki, tərəflər təkbətək görüşdən sonra heyətlərin toplantısına sədrlik edəcək. Görüşlərdə Türkiyə-Ukrayna strateji tərəfdaşlıq münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək. İki ölkə arasındakı əməkdaşlığın daha da gücləndirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq. Həmçinin Ukraynada son hadisələr və digər regional və qlobal məsələlər haqqında fikir mübadiləsi aparılacaq. Görüşlər başa çatdıqdan sonra müxtəlif sahələrdə sənədlər imzalanacaq.//Report

Read More
Dünya 

Fransa XİN rəhbəri Rusiyanın G7-yə qayıtmasını mümkünsüz sayıb

Fransa xarici işlər naziri Jan-Noel Barro Rusiyanın G7-yə qayıtması və formatın “Böyük səkkizliyə” çevrilməsi imkanını rədd edib. “Report” xəbər verir ki, onun sözlərini LCI telekanalı yayımlayıb. “Bu gün bu, ağlasığmazdır”, – N.Barro bildirib. Eyni zamanda nazir qeyd edib ki, əgər Ukraynada ədalətli sülh əldə olunarsa, Rusiyanın bu formata qayıtması imkanını istisna etmək olmaz. Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Rusiyanın G7-yə qayıtmasını təklif edib.

Read More
Dünya 

“Bizim ən böyük düşmənimizdir”

Almaniyanın xarici işlər naziri Annalena Berbok Münhen Təhlükəsizlik Konfransında çıxış edərək, ölkənin ən böyük düşmənini açıqlayıb. Bu barədə “Tagesspiegel” qəzeti məlumat yayıb. Məlumata görə, Berbok ABŞ vitse-prezidenti Ceyms Vensin bəyanatına cavab olaraq deyib: “Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır. Çünki o, Avropada sülhə müharibə elan edib”. Berbok əlavə edib ki, siyasətçi kimi o, Avropa demokratiyasını xarici və daxili düşmənlərdən qorumaq vədini verib. Onun fikrincə, Avropada əminamanlıq olmadan uzunmüddətli qlobal sülh ola bilməz. Xatırladaq ki, ABŞ vitse-prezidenti Ceyms Vens 14 fevralda Münhen Təhlükəsizlik Konfransında çıxış edərək bildirib ki, Avropanın ən böyük…

Read More
Dünya 

ABŞ, Rusiya və Ukrayna üçlüyü arasında sülh natamam olacaq, çünki…

ABŞ prezidenti Donal Trampın Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunması ilə bağlı etdiyi cəhdlər təqdirəlayiqdir. Amma sülhün əldə olunması asan məsələ deyil. Bunun üçün nə siyasi mövqelərdə, nə də hərbi sahədə şərtlər uyğun deyil. Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Münhen Təhlükəsizlik Konfransında Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə bitməsinə dair gözləntiləri şərh edərkən bildirib. H.Babaoğlunun fikrincə, mövcud şərtlərdə sülh əldə etmək cəhdləri nəticə verə bilməz: “Məcburi nəticə isə uzunmüddətli sülhü təmin edə bilməz. Mənə elə gəlir ki, sülh çox uzaqdadır. Yalnız ədalətli sülh uzunmüddətli sülh mərhələsi yarada bilər. Rusiya…

Read More
Dünya 

Rusiyada güclü zəlzələ oldu – SON DƏQİQƏ!

Altay Respublikasında 6.4 maqnitudalı zəlzələ baş verib. Təkanlar Altay diyarı və Tıva Respublikasında hiss edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin regional idarələri məlumat verib. “Rusiya Elmlər Akademiyası Vahid Geofiziki Xidməti Altay-Sayan filialının (seysmik stansiya) məlumatına görə, Altay Respublikası ərazisində 6.4 bal gücündə seysmik hadisə qeydə alınıb”, – Rusiya FHN-in Altay diyarı üzrə Baş İdarəsinin Mətbuat Xidməti bildirib. Dəqiqləşdirilir ki, bütün Altay diyarı ərazisində təkanların intensivliyi 3 balı keçməyib. Mətbuat Xidmətindən bildirilib ki, seysmik hadisə 29 bələdiyyə qurumunun ərazisində, əsasən, diyarın şərq hissəsində: Zarinsk, Biysk, Belokurixa zonalarında və Barnaul şəhərində hiss…

Read More
Dünya 

10 rayonda məktəblər BAĞLANDI

Türkiyədə güclü qar və əlverişsiz hava şəraiti təhsilə mane olub. ARANTV.AZ xəbər verir ki, Konyanın 10 rayonunda məktəblər bir günlük bağlanıb. Müvafiq qərar Halkapınar, Karapınar, Hadim, Ereğli, Emirqazi, Taşkent, Akören, Ahırlı, Bozkır və Derebucak rayonlarını əhatə edir. Yerli hakimiyyət orqanlarının verdiyi açıqlamalara görə, güclü qar və buzlanma nəqliyyatın hərəkətinə çətinliklər yaratdığı üçün belə bir addım atılıb. Bundan əlavə, qubernatorluqların qərarına əsasən, dövlət müəssisə və təşkilatlarında çalışan hamilə qadınlar, əlillər və xroniki xəstəliyi olan şəxslər də bir günlük inzibati məzuniyyətə buraxılıb. Hava şəraitinin sabahdan etibarən normallaşacağı gözlənilir.

Read More
Dünya 

Yaş salfetlər qadağan olunacaq

Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır. Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib. Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib. Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez kanalizasiya sistemlərində tıxanmalara səbəb olur. Bildirilir ki, hər il bu cür tıxanmaların aradan qaldırılmasına 55 milyon avroya qədər vəsait xərclənir. Təklif olunan qadağanın nə vaxt tətbiq oluna biləcəyi açıqlanmayıb, lakin Avropa Birliyi səviyyəsində əlaqələndirilmiş fəaliyyətin vacibliyi vurğulanıb. Bu da onu deməyə əsas verir ki,…

Read More
Dünya 

Tokayev Şoyqu ilə əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb. “Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər. Tokayev qeyd edib ki, Şoyqunun səfəri Qazaxıstan və Rusiya arasında tərəfdaşlığın dərinləşməsi üçün böyük əhəmiyyət kəsb edir. “Əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Biz 171 layihə üzrə razılaşma əldə etmişik, 50-dən çox layihənin icrası artıq başa çatmaq üzrədir. Rusiya Qazaxıstan iqtisadiyyatının əsas investorlarından biridir. Ölkələrimizin hüquq-mühafizə orqanları və müdafiə idarələri arasında əməkdaşlıq da uğurla inkişaf edir”, – Qazaxıstan Prezidenti vurğulayıb.…

Read More