Dünya 

Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib

Ermənistan Azərbaycanla sülh gündəliyini həyata keçirməyə çalışır. “Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə birgə brifinqdə bildirib. Ermənistan hökumətinin başçısının sözlərinə görə, İrəvan bu istiqamətdə səylərini davam etdirəcək. O, həmçinin bu gün keçirilən danışıqlarda İ.Kobaxidzeyə Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesində əldə olunan irəliləyiş və razılaşmalar barədə məlumat verdiyini bildirib. N.Paşinyan qeyd edib ki, gürcü həmkarı ilə görüşdə Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası məsələləri də müzakirə olunub. Tərəflər bu istiqamətdə səyləri artırmaqla bağlı razılığa gəliblər. İ.Kobaxidze öz növbəsində…

Read More
Dünya 

İrəvanda hökumət binası qarşısında yenidən etiraz aksiyası keçirilir

İrəvanda pərakəndə ticarətlə məşğul olan şəxslər yenidən hökumət binası qarşısında toplaşıblar. “Report” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Onlar ticarət dövriyyəsi vergisinin artırılmasına qarşı etirazlarını davam etdirir və fevralın 5-də böyük mitinq keçirərək paytaxt bazarlarında işi boykot etməklə hədələyirlər. Qeyd edək ki, bundan əvvəl “Qızıl bazarı” ticarət mərkəzinin bir qrup işçisi də oxşar aksiya təşkil etmişdi.

Read More
Dünya 

İranın birinci vitse-prezidenti: Qonşu ölkələrlə münasibətin inkişafı bizim üçün prioritetdir

İranın xarici siyasətində qonşu ölkələrlə münasibətin inkişafı prioritet məsələdir. “Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran prezidentinin birinci müavini Məhəmməd Reza Aref Qazaxıstana səfəri öncəsi Tehranda Mehrabad Hava Limanında jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İranın özəl sektorunun qonşu və region ölkələri ilə əlaqələri yaxşılaşdırması planlaşdırılır. Qeyd edək ki, M.R.Aref Qazaxıstana ikigünlük səfərə yola düşür.

Read More
Dünya 

İran prezidenti: ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq

İran danışıqlarla bağlı ABŞ-dən hələ ki heç bir məlumat almayıb. “Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Məlumata görə, jurnalistin “ABŞ İslam Respublikasına hər hansı məlumatı göndərib” sualına cavabında prezident deyib: “Xeyir, biz hələ heç bir məlumat almamışıq”. Bu günlərdə İranın xarici işlər naziri Abbas Ərakçi “Sky News”a müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampı sövdələşmə bağlanması üzrə danışıqlara başlamağa hazırdır. Xatırladaq ki, 2015-ci ilin yayında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çinlə İran arasında Tehranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. ABŞ-nin 2016-cı…

Read More
Dünya 

Pentaqon üçün yeni “F-35”lərin tədarükü yenidən təxirə salınıb

Pentaqona tam modernləşdirilmiş beşinci nəsil “F-35” qırıcılarının tədarükü yenidən təxirə salınır. “Report” xəbər verir ki, bu barədə “Defense One” nəşri təyyarədə işləyən “Lockheed Martin” şirkətinin nümayəndələrinə istinadən məlumat yayıb. “Pentaqonun “F-35” qırıcılarının aviaparkı bu il “TR-3” proqram təminatı ilə tam yenilənmə versiyasını ala bilməyəcək”, – nəşrdə qeyd olunub. “TR-3”ün təkmilləşdirilmiş konfiqurasiyası əvvəlcə 2023-cü ilin yazında hazır olmalı idi, lakin şirkət proqram təminatının hazırlanmasında problemlərlə üzləşib. Ötən il “Lockheed Martin” “TR-3” üzərində işi 2025-ci ilin yazına qədər başa çatdıracağına ümid edirdi, lakin modernləşdirilmiş “F-35”lərin tədarükünün dəqiq tarixləri hələ də açıqlanmayıb.

Read More
Dünya 

Ermənistanda oğurluqda şübhəli bilinən polislərə qarşı cinayət işi açılıb

Ermənistanın patrul xidmətinin iki əməkdaşına qarşı cinayət işi açılıb. “Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Qurumdan bildirilib ki, istintaq tədbirləri aparılır və artıq saxlanılanlar var. İstintaq Komitəsi saxlanılan şəxslərin sayı və törədilən cinayət barədə məlumatı sonradan təqdim edəcəyini vəd edib. Daha əvvəl KİV-lər bildirmişdi ki, Şirak vilayətində patrul xidmətinin oğurluqda şübhəli bilinən iki əməkdaşı saxlanılıb.

Read More
Dünya 

“Qiyamət saatı” “nüvə gecə yarısı”na yaxınlaşdırdıldı

Alimlər simvolik “Qiyamət saatı”nın əqrəblərini “nüvə gecə yarısı”na bir saniyə yaxınlaşdırıblar. Bunu videokonfransda ABŞ-nin “Bulletin of the Atomic Scientists” jurnalının Elm və Təhlükəsizlik Şurasının sədri Daniel Holts deyib. “Qiyamət Saatı” gecə yarısına hər zamankındən daha yaxın – 89 saniyəni göstərir. 2023-cü ildə simvolik saat, əsasən, Ukrayna ətrafındakı vəziyyətə görə 10 saniyə irəli çəkilib və o gecə yarısına 90 saniyə qalmış göstərirdi, 2024-cü ildə elm adamları əqrəblərin yerini dəyişməyıblər.\\Oxu.Az

Read More
Dünya 

“Coca-Cola”da zərərli məhlul tapıldı

“The Coca-Cola Company” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib. Bu barədə “Agence France-Presse”ə şirkətdən bildirilib. “Dəqiq rəqəmlər yoxdur, lakin söhbətin əhəmiyyətli miqdarda məhsuldan getdiyi aydındır”, – “Coca-Cola Europacific Partners Belgium” nümayəndələri qeyd ediblər. Onların məlumatına görə, tədbirlər 2024-cü ilin noyabr ayının sonundan dövriyyədə olan “Coca-Cola”, “Sprite”, “Fanta”, “Fuze Tea”, “Minute Maid”, “Nalu”, “Royal Bliss” və “Tropico” markalarının qutularda və şüşələrdə olan məhsullarına aiddir. Şirkət bildirib ki, problem…

Read More
Dünya 

Uçuşa hazırlanan təyyarəni ildırım vurdu – Nadir hadisənin ANBAAN GÖRÜNTÜLƏRİ

Braziliyada hava limanında fövqəladə hadisə baş verib. Sərnişinləri mindirmək üçün hazırlanan “British Airways” təyyarələrindən birinə ildırım düşüb. Hadisə Braziliyanın cənubundakı San Paulo-Quarulhos hava limanında baş verib. Bildirilib ki, ərazidə tufan qopub, bu da uçuşların dayandırılmasına səbəb olub. “Pəncərədən baxanda aydın idi ki, aerodromun yaxınlığında ildırım çaxır, ona görə də təyyarəmizin kadrda olmasının yaxşı olacağını düşünərək şəkil çəkdirməyə getdim. Bəxtim gətirdi və zərbə düz bizim qarşımızda baş verdi”, – deyə videonun müəllifi Bernhard Uarr bildirib. Ölkənin Milli Hava Xidmətinin məlumatına görə, videodakı kimi kommersiya təyyarələrini orta hesabla ildə bir və ya…

Read More
Dünya 

Makronun cavab verə bilmədiyi sadə sual: Parisdə niyə “Artsax” nümayəndəliyi saxlanılır?

Xəbər verdiyimiz kimi, yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib. Konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib. Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə onlayn qatılıb. Bu xüsusda, BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə…

Read More