Dünya 

MSK: Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir

İlkin hesablamalara görə, Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86,82% səslə prezident seçkilərində qalib gəlir. “Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko mətbuat konfransında bildirib. Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç 2,02%, sahibkar Anna Kanopatskaya 1,86%, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov 3,21% və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xijnyak 3,6% toplayıb.

Read More
Dünya 

Lukaşenko: Paşinyanı sakitləşdirin, Ermənistanı məhv edəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanın Qərblə yaxınlaşma siyasətini sərt şəkildə tənqid edib. “O, Ermənistanı məhv edəcək. Orada onu sakitləşdirin… Onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz!” – deyə Lukaşenko vurğulayıb. Musavat.com xəbər verir ki, onun bu bəyanatı bölgədəki gərgin vəziyyətlə bağlı narahatlıqları bir daha gündəmə gətirib.

Read More
Dünya 

MKİ-dən COVİD-19-la bağlı ARAŞDIRMA – Laboratoriyada…

Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) COVID-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriyadan virus sızması nəticəsində başladığı versiyasına üstünlük verir. Bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Bundan əvvəl bir neçə il ərzində MKİ virusun təbii yolla heyvandan insana keçdiyini, yoxsa laboratoriya sızmasının nəticəsi olduğunu anlamaq üçün yetərincə məlumata malik olmadığını bildirirdi. “The New York Times”ın mənbələrinin məlumatına görə, qurumun mövqeyinin dəyişməsi yeni kəşfiyyat məlumatlarının əldə edilməsinə deyil, artıq mövcud olan məlumatların daha diqqətli öyrənilməsinə əsaslanır. Bu təhlil hələ ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası dövründə başlanıb və onun nəticələri MKİ-nin…

Read More
Dünya 

Dəhşətli yanğında bir qadın və iki uşaq öldü

Rusiyanın Volqoqrad şəhərində mənzildə yanğın baş verib. Bu barədə Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq İdarəsindən bildirilib. Yanğın nəticəsində 3 nəfər həyatını itirib, onlardan biri qadın, ikisi isə uşaqdır. Daha bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlumata görə, yanğın Qeroyev Tula küçəsində yerləşən binanın mənzillərindən birində qeydə alınıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Read More
Dünya 

Alimlərdən sensasion kəşf

Kolorado Dövlət Universitetinin amerikalı alimləri LL-341070 adlı maddə kəşf ediblər. Bu birləşmə neyronları zədələyən nevroloji xəstəlikləri olan xəstələrin görmə qabiliyyətini bərpa edə bilər. Bu xəstəliklərə dağınıq skleroz aiddir. “Report” xəbər verir ki, tədqiqat “Nature Communications” (NatComms) elmi jurnalında dərc edilib. Mütəxəssislər aşkar ediblər ki, LL-341070 siçanlarda mielin regenerasiyasını gücləndirə və beynin görmə ilə bağlı funksiyasını yaxşılaşdıra bilər. Mielin neyronların çıxıntıları ətrafında qılaf əmələ gətirir, bu strukturların qidalanmasını və onlar boyunca elektrik impulsunun keyfiyyətli ötürülməsini təmin edir. LL-341070 ilə müalicə ciddi zədələnmələr zamanı bərpa prosesini daha səmərəli edib. “Biz uzun illərdir…

Read More
Dünya 

Belarusda prezident seçkiləri başlayıb

Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb. “Report”un xəbərinə görə, bu barədə respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb. Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq. Seçici siyahılarına daxil edilmiş seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 21-dən 25-dək keçirilən erkən səsvermədə seçicilərin 41,81…

Read More
Dünya 

Kreml Yaponiyanın Rusiyaya qarşı mövqeyini qeyri-dost hesab edir

Rusiya hələlik Tokyo ilə sülh müqaviləsini müzakirə etmək niyyətində deyil, çünki Yaponiyanı qeyri-dost ölkə hesab edir. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Məlumata görə, D.Peskov Yaponiyanın Baş naziri Siqeru İsibanın ikitərəfli münasibətlərdəki hazırkı çətinliklərə baxmayaraq, ərazi problemini həll etmək və Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyi ilə bağlı səsləndirdiyi fikirləri şərh edib. “Yaponiya ölkəmizə qarşı açıq-aşkar qeyri-dostluq mövqe tutur”, – D.Peskov Tokiodan müqaviləni müzakirə etməyə və ümumiyyətlə münasibətləri bərpa etməyə hazır olmasına dair siqnalların daxil olub-olmadığı sualına cavabında deyib.

Read More
Dünya 

Paşinyan kilsədən şəffaf iqtisadi fəaliyyət tələb etmək istəyir

Ermənistanın baş naziri Nikol Paşinyan İsveçrədəki erməni icmasının nümayəndələri ilə görüşündə Erməni Apostol Kilsəsinin iqtisadi fəaliyyətinin qeyri-şəffaflığını problem hesab etdiyini bildirib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Diaspor nümayəndələrindən biri hökumətlə kilsə arasında hansı problemlərin olduğunu soruşub. Ona dedim ki, məncə, kilsə şəffaf olmalıdır. Hamı hökumətdən şəffaflıq gözləyir. Biz bu tələblə razıyıq, bəs niyə kilsə qeyri-şəffaf olmalıdır?” – Ermənistan Nazirlər Kabinetinin rəhbəri soruşub. N.Paşinyan bildirib ki, əgər dövlətdə kimsə nəsə satırsa, vergi ödəyirsə, “bəs niyə kilsə şam satanda ödəmir?”. “Amma biz bu pulları büdcəyə göndərmək fikrində deyilik,…

Read More
Dünya 

Politico: Dövlət Departamenti bütün xarici yardım proqramlarının maliyyələşdirilməsini dayandırıb

ABŞ Dövlət Departamentinin katibi Marko Rubio Ukraynaya hərbi kömək da daxil olmaqla, xarici yardımın maliyyələşdirilməsinin dərhal dondurulmasını əmr edib. “Report” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Dövlət Departamentinin hazırkı rəsmisi, həmçinin keçmiş prezident Co Bayden administrasiyasının iki keçmiş əməkdaşı nəşrə bildirib ki, çox güman ki, dayandırılma Ukrayna, İordaniya və Tayvan kimi əsas müttəfiqlərə yardımı kəsmək məqsədi daşıyır. Tədbirlər İsrail və Misirdən başqa bütün ölkələrə şamil ediləcək. Dövlət katibinin müavini Rubionun əmri ilə mövcud proqramların əksəriyyəti 90 gün müddətinə dondurulacaq. Qüvvəyə minən sərəncam ABŞ hökuməti tərəfindən artıq təsdiq…

Read More
Dünya 

Hakan Fidan: Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir

Avropa İttifaqına üzvlük Türkiyə üçün strateji hədəfdir. “Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla birgə keçirilən mətbuat konfransında deyib. O əlavə edib ki, Aİ Türkiyənin üzvlük perspektivini güvləndirmək üçün yeni bir baxış təqdim etməlidir: “Avropa İttifaqının bu baxışı təqdim etməsini gözləyirik. Həmçinin viza mövzusunda irəliləyiş əldə edilməsi də bizim üçün önəmli məsələdir. Viza rejiminin sadələşdirilməsinə ehtiyac var”.

Read More