Dünya 

Putin bu zəngə görə iclası tərk etdi – VİDEO

Putin ‘beynəlxalq zəng’i qəbul etmək üçün efirdəki görüşü tərk edib. Rusiya prezidenti Vladimir Putin “beynəlxalq telefon danışığı”nın aparılmasının “təcili zərurət” olduğunu əsas gətirərək, hökumət iclasını qəfil tərk edib. Hökumət iclası canlı yayımlanarkən Putin üzr istəsə də, telefon danışığının kiminlə olacağını açıqlamayıb. Kremlin mətbuat xidməti isə bildirib ki, Putin Qvineya-Bisaudan olan həmkarı Oumar Sisoku Embalo ilə telefonla danışıb. Həmin anları təqdim edirik: Milli.Az

Read More
Dünya 

Rusiya XİN: Ukraynanın NATO-ya daxil olması sülhün əldə edilməsini istisna edir

Rusiya Ukraynanın NATO-ya daxil olmasını istisna edən güclü zəmanətlər əldə etməyə çalışacaq. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib. Onun sözlərinə görə, Kiyevin alyansa qoşulması sülhün əldə edilməsini qeyri-mümkün edəcək. “Bu, bizim üçün Ukraynada münaqişə ilə bağlı mümkün razılaşmaların əsas elementlərindən biridir. Bu, münaqişənin köklü səbəblərinin aradan qaldırılması ilə bağlı elementdir. Biz təkcə Ukraynanın NATO-ya üzvlüyünü hər hansı formada istisna edən hüquqi əhəmiyyətli güclü zəmanətlər əldə etməyə çalışmayacağıq, həm də bunun alyansın özünün siyasətinə çevrilməsində israr edəcəyik”, – nazir müavini qeyd…

Read More
Dünya 

Putin tanker donanmasında təftiş aparılmasına göstəriş verib

Rusiya Prezidenti Vladimir Putin Baş nazirin müavini Vitali Savelyevə tanker donanmasının texniki vəziyyətinin təftiş edilməsini tapşırıb. O, bu barədə hökumət üzvləri ilə görüşündə deyib. Bundan əlavə, Rusiya Prezidenti Qara dənizdə tankerlərdə texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə mövcud texniki, texnoloji və elmi potensialın təftişinin aparılması barədə göstəriş verib. “Aydındır ki, bu iş mürəkkəbdir, bir sıra qurumun fəaliyyətinə təsir göstərir, ona görə də baş nazirin müavini vəzifəsindən bu işlə məşğul olmaq sizin üçün, belə demək mümkünsə, “əlverişli” olacaq. Ona görə də sizdən xahiş edirəm ki, bütün bunları təşkil edəsiniz, sonra isə…

Read More
Dünya 

Zaxarova: Tramp hökumətinin Cənubi Qafqaz siyasətini proqnozlaşdırmaq hələ çətindir

ABŞ-nin yeni Prezidenti Donald Trampın administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq hələlik çətindir. “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib. “Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir. Ötən illərin təcrübəsi göstərir ki, qeyri-regional oyunçuların müdaxilə cəhdləri heç bir yaxşı nəticə verməyib”, – o qeyd edib. M.Zaxarova qeyd edib ki, Rusiya Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu dəstəkləməyə davam edir və həmişə iki ölkəyə, vətəndaş cəmiyyəti arasında əlaqələrin inkişafına, kommunikasiyaların açılmasına dəstək verməyə hazırdır. “3+3 platformasına gəlincə, bu, Cənubi Qafqaz ölkələrinin dialoq…

Read More
Dünya 

Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq

Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentinin Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsinin qəbul edilməsini çox ehtimal edir. Bu barədə “Report” erməni mediasına istinadən məlumat verir. “Vətəndaş cəmiyyətinin təşəbbüsü var idi, hökumətimiz bu qanun layihəsini təsdiqlədi və parlamentimizin də onu qəbul edəcəyi ehtimalı yüksəkdir. Bu o deməkdir ki, biz Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq”, – deyə Paşinyan Davosda Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində bildirib. Bundan əlavə, o, Ermənistan və Aİ arasında viza rejiminin liberallaşdırılması üzrə danışıqların tezliklə başa çatacağına və müvafiq sazişin imzalanacağına ümid etdiyini bildirib.…

Read More
Dünya 

1 ay ancaq meyvə yedi – Qeyri-adi pəhrizin sonu

ABŞ-ın Nyu-York şəhərində yaşayan 36 yaşlı Şeyd Martin keçməyən oynaq ağrılarından xilas olmaq üçün qeyri-adi bir pəhriz sınağı keçirib. O, yalnız meyvə yeyərək sağlamlığını yaxşılaşdırmağı hədəfləyib və bu müddətdə özünü daha enerjili hiss etdiyini, düşüncələrinin aydınlaşdığını bildirib.   Sözügedən pəhrizlə bağlı önəmli nüansları təqdim edirik: Pəhrizin mərhələləri Martin pəhrizinin ilk mərhələsində yalnız qarpız yeyib. Altıncı gündən etibarən üzüm əlavə edərək qidalanmasını genişləndirib. Daha sonra isə ananas, çiyələk, banan və manqo kimi meyvələrdən istifadə edib. Xüsusilə təbii şəkərlərin verdiyi yavaş enerji axını sayəsində gün ərzində daha enerjili olduğunu və zehni aydınlıq…

Read More
Dünya 

Ermənistana qarşı “su məhkəməsi”nin vaxtı açıqlandı

Sirkə turşusu ilə zəhərlənmə nəticəsində ölən Oleq Qusovun ailəsinin iddiası üzrə məhkəmənin hazırlıq iclası fevralın 14-də keçiriləcək. Musavat.com-un məlumatına görə, bunu ailənin vəkili Ayrat Xikmatullin RİA Novosti-yə bildirib. Bundan əvvəl məlum olmuşdu ki, 2024-cü ilin fevralında “Cermuk” mineral suyundan zəhərlənərək ölən 65 yaşlı vladiqafqazlı iş adamı Oleq Qusovun ölümü ilə bağlı istintaq müvəqqəti olaraq dayandırılıb. Bu arada Qusovun dul arvadı və qızları dəymiş ziyana görə 1,5 milyard rubl məbləğində təzminat və məhsul satışının dayandırılmasını tələb edərək iddia qaldırıblar. Təqsirləndirilən şəxslərin adı Ermənistanın Cermuk Qrupu və fərdi sahibkar İqor Aleksandroviç İsupovdur.…

Read More
Dünya 

MDB dövlət başçıları oktyabrda Düşənbədə görüşəcəklər

Oktyabrın 10-da Düşənbədə MDB dövlət başçılarının sammitinin keçirilməsi planlaşdırılır. “Report” xəbər verir ki, bu barədə BELTA agentliyinə Tacikistan Xarici İşlər Nazirliyinin MDB ölkələri İdarəsinin rəisi Əhməd Səidmurodzodə bildirib. Onun sözlərinə görə, MDB Hökumət Başçıları Şurasının iclasının iyunun 5-də keçirilməsi nəzərdə tutulur.

Read More
Dünya 

Ümit Özdağ həbs edildi

Türkiyənin Zəfər Partiyasının sədri Ümit Özdağ prokurorluqda ifadə verdikdən sonra həbs edilib. Musavat.com-un məlumatına görə, ona qarşı “ictimaiyyəti açıq-aşkar nifrət və düşmənçiliyə sövq etmək” cinayəti ilə bağlı ittiham irəli sürülüb. Ümit Özdağ bu hadisədən əvvəl də sərt çıxışları və ictimaiyyət arasında mübahisələrə səbəb olan bəyanatları ilə tanınırdı. Onun ifadəsi və həbsinin səbəbləri ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb. Hadisə ilə bağlı Zəfər Partiyasının nümayəndələrinin və digər siyasi liderlərin reaksiyaları gözlənilir.

Read More
Dünya 

Putin Ərdoğana başsağlığı verib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğınla bağlı başsağlığı verib. Bu barədə teleqram Kremlin saytında dərc olunub. “Bolu vilayətindəki dağ-xizək kurortunda baş vermiş yanğının faciəvi nəticələri ilə əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və dəstək sözlərimi, həmçinin bütün yaralılara tezliklə sağalmalarını dilədiyimi çatdırmağınızı xahiş edirəm”, – məlumatda deyilir. Qeyd edək ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya yanğın nəticəsində 66 nəfərin öldüyünü, 51 nəfərin yaralandığını bildirib. Yanğın zamanı hoteldə ümumilikdə 238 qonaq olub./Report.az/

Read More