Dünya 

Putinin Slovakiyanın baş naziri ilə görüşünün təfərrüatları bəlli olub

Slovakiyanın Baş naziri Robert Fitso 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putinlə görüşündə “Qazprom”la qaz tədarükünə dair müqaviləsini müzakirə edib. “Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Biz Vladimir Putinlə “Qazprom”la Slovakiyaya qaz tədarükünə dair müqaviləni müzakirə etdik. Bəzi tədarüklər cənub marşrutu ilə həyata keçirilə bilər, lakin hələlik ehtiyatlar var və Slovakiyanın istehlakı təmin olunub”, – R.Fitso bildirib. Siyasətçi əlavə edib ki, Putin Rusiyanın qaz tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirəcəyinə zəmanət verib. Qeyd edək ki, Rusiya Prezidenti V.Putin və Slovakiyanın Baş naziri R.Fitso arasında danışıqlar dekabrın 22-də…

Read More
Dünya 

Şolts müdafiə xərcləri ilə bağlı Trampın ÜDM-in 5 %-ə qədər tələbinə qarşı çıxıb

Almaniya Kansleri Olaf Şolts ABŞ-nin seçilmiş prezidenti Donald Trampın NATO üzv ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq tələbinə qarşı çıxıb. “Report” “Focus-online” nəşrinə istinadən xəbər verir ki, hökumət başçısı Almaniyanın ÜDM-nin 5 %-i ildə 200 milyard avro xərc olduğunu qeyd edib. Eyni zamanda, Şolts vurğulayıb ki, hazırda AFR-in büdcəsi təxminən 490 milyard avro təşkil edir. “Bu, böyük məbləğdir və əslində, bu o deməkdir ki, ya 150 milyard avro qənaət etmək, ya da 150 milyard avro borc götürmək və ya bu iki variantı birləşdirmək lazım gələcək. Buna görə də…

Read More
Dünya 

Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib

Avropa Uçuş Təhlükəsizliyi Agentliyi (EASA) Avropa İttifaqı aviaşirkətləri və üçüncü ölkələrin aviadaşıyıcıları üçün Rusiya hava məkanından istifadə ilə bağlı tövsiyələri sərtləşdirib. “Report” xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilib. “[EASA] bütün uçuş səviyyələrində şərq uzunluğunun 60° qərbindəki Rusiya hava məkanında uçuşlardan çəkinməyi tövsiyə edir. Tövsiyə həmçinin EASA-dan təhlükəsizlik icazəsi almış xarici aviadaşıyıcılara da (üçüncü ölkə operatorları) şamil edilir”, – məlumatda deyilir. Tövsiyə 31 iyul 2025-ci ilədək qüvvədədir və yenidən nəzərdən keçirilə bilər. EASA Avropa Komissiyası ilə birlikdə Aİ və üçüncü ölkə operatorlarının risk təsirinə məruz qalmasını qiymətləndirmək üçün…

Read More
Dünya 

Gürcüstan hökumətinə ciddi XƏBƏRDARLIQ: ABŞ tanınmanı ləğv edə bilər

ABŞ qanunvericiləri “Gürcü Arzusu” hökumətinin tanınmasını qadağan edən qanun layihəsini təqdim etməyə hazırlaşırlar. Bu addım, Rusiyayönlü milyarder və hakim partiyanın qurucusu Bidzina İvanişvilinin ABŞ tərəfindən sanksiyalara məruz qalmasından cəmi iki həftə sonra atılır. Qərb siyasətçiləri bu sanksiyaların Gürcüstanda demokratiyanın zəiflədilməsi və ölkənin Rusiyaya meyllənməsi ilə bağlı olduğunu vurğulayırlar. Musavat.com-un xəbərinə görə, yanvarın 8-də ABŞ-ın “Fox News” telekanalı məlumat yayıb ki, Konqresin hər iki palatası tərəfindən dəstəklənən bu qanun layihəsi gün ərzində Nümayəndələr Palatasına təqdim ediləcək. Məlumata görə, layihə Bidzina İvanişvili və ya onun yaxın çevrəsindəki şəxslərin rəhbərlik etdiyi istənilən Gürcüstan…

Read More
Dünya 

Qriqoryan iranlı həmkarı ilə bu məsələləri MÜZAKİRƏ ETDİ

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Tərəflər regional prosesləri və Ermənistan-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edən həmsöhbətlər artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirə aparıb və yeni əməkdaşlıq yollarını müəyyən ediblər. Görüşdə iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunulub, infrastrukturun inkişafı layihələri barədə fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı onlar ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafının vacibliyinə əsaslanan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər.//Report

Read More
Dünya 

Qonşu ölkədə faciə baş verdi, matəm elan edildi

Gürcüstanda matəm elan olunub. Bu barədə Baş nazir İrakli Kobaxidze qərar imzalayıb. Qərara əsasən yanvarın 9-u ölkədə matəm günü elan olunub. Matəm günü ölkədə bayraqlar endiriləcək və bir sıra tədbirlər təxirə salınacaq. Bildirilir ki, ölkədə matəm gününün elan edilməsi Qal rayonunun Saberio kəndində baş verən yanğınla bağlıdır. Yanğın nəticəsində 5 uşaq faciəli şəkildə həyatını itirib. Yerli mənbələrin məlumatına görə, yanğına odla ehtiyatsız davranış səbəb olub. Yanğın taxta evi külə döndərib. Hökumət vətəndaşları həmrəy olmağa və ehtiyacı olan ailələrə dəstək olmağa çağırıb.\\Metbuat.az

Read More
Dünya 

Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarda Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyası üzrə növbəti görüşün keçiriləcəyini açıqlayan sözlərini təsdiqləyib. Musavat.com-un məlumatına görə Paşinyan bildirib ki, yanvarda planlaşdırılmış görüşdə 2024-cü ildəki müsbət delimitasiya təcrübəsi işin sakit və işgüzar mühitdə irəliləməsinə töhfə verəcək. “Biz belə bir işə hazırıq”, – deyə Paşinyan vurğulayıb. O, həmçinin qeyd edib ki, Ermənistan hökuməti Bakıya sülh sazişi layihəsinin iki razılaşdırılmayan maddəsi ilə bağlı təkliflər göndərib və müsbət cavab alarsa, bu sazişi imzalamağa hazırdırlar. Qeyd edək ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev…

Read More
Dünya 

İranın yeni paytaxtının hara olacağı açıqlandı

İranın yeni paytaxtının hara olacağı açıqlanıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərlə birgə brifinqdə elan edib. Onun sözlərinə görə, ölkənin yeni paytaxtı ilə bağlı araşdırmaların aparılması məqsədilə iki şura yaradılıb – bu şuralardan biri paytaxtın problemlərini araşdıracaq, digəri isə dəniz iqtisadiyyatı üzərində işləyəcək. “Məkran bölgəsində infrastruktura ehtiyac var, istər mühəndislik, istər sosiologiya, istərsə də iqtisadiyyat olsun, bütün ziyalıların, eləcə də ekspertlərin köməyi lazımdır. Amma dediyim kimi, yeni paytaxt mütləq cənubda, Məkran bölgəsində olacaq”, – deyə hökumət sözçüsü qeyd edib.

Read More