TƏCİLİ: Türkiyə tankeri VURULDU, İsrailə və Ərəbistana AĞIR zərbələr endirildi
140 min ton neft daşıyan “Altura” adlı türk tankeri Bosfor boğazının 26 kilometrliyində pilotsuz təyyarə ilə vurulub.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Məlumata görə, nəhəng gəmi pilotsuz təyyarənin zərbəsindən sonra su almağa başlayıb və təcili yardım çağırışı edib.
Tankerdə olan 27 ekipaj üzvünün vəziyyətinin yaxşı olduğu bildirilir.
İran Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.
“Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, hücumların əsas hədəfi ölkənin şərq bölgələri olub və zərbələr bir neçə dron vasitəsilə həyata keçirilib.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı yanında müşavirlər qrupunun rəhbəri Ali Fadavi İran hərbçilərinin Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv etdiyini iddia edib.
TV Musavat-ın saat 11:15-də canlı yayımlanan “Həftə içi” verilişinin qonağı siyasi ekspert Heydər Oğuzdur.

