Dünya 

İranın yeni paytaxtının hara olacağı açıqlandı

İranın yeni paytaxtının hara olacağı açıqlanıb. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistlərlə birgə brifinqdə elan edib. Onun sözlərinə görə, ölkənin yeni paytaxtı ilə bağlı araşdırmaların aparılması məqsədilə iki şura yaradılıb – bu şuralardan biri paytaxtın problemlərini araşdıracaq, digəri isə dəniz iqtisadiyyatı üzərində işləyəcək. “Məkran bölgəsində infrastruktura ehtiyac var, istər mühəndislik, istər sosiologiya, istərsə də iqtisadiyyat olsun, bütün ziyalıların, eləcə də ekspertlərin köməyi lazımdır. Amma dediyim kimi, yeni paytaxt mütləq cənubda, Məkran bölgəsində olacaq”, – deyə hökumət sözçüsü qeyd edib.

Read More
Dünya 

Tibetdə zəlzələdə ölənlərin sayı ARTDI

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində 53 nəfər həlak olub, 62 nəfər yaralanıb. Bu barədə “Xinhua” məlumat yayıb. Daha əvvəl ABŞ Geoloji Xidməti Nepal sərhədində TMR-də 7,1 bal gücündə zəlzələnin baş verdiyini bildirmişdi. Zəlzələnin episentri təxminən 80 min əhalisi olan Şiqadze şəhərindən 163 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.//Report

Read More
Dünya 

Quş qripi həyəcanı: 1,7 milyon toyuq məhv edildi

Yaponiyad, İvate bölgəsində yerləşən quşçuluq fermasında quş qripi epidemiyasının təsdiqlənməsindən sonra əlavə 50 min toyuğun məhv edilməsinə başlanıb. Yaponiyanın Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə nazirlik mövsümün əvvəlindən bəri təxminən 1,7 milyon quşun məhv edildiyini açıqlayıb. AFP-nin xəbərinə görə, testlər bu ölümlərin səbəbinin virus olduğunu aşkar edib və dərhal nəzarət tədbirləri həyata keçirilib. Son epidemiya bazar günü, fermadan quş ölümlərinin sürətlə artması barədə məlumat verildikdən sonra təsdiqlənib. İvate bölgəsinin hökumət nümayəndəsi Hiroşi Yosida yoluxmuş bölgənin 3 km radiusunda yerləşən iki yaxın fermada 170 min quşun hərəkətinə məhdudiyyət qoyulduğunu açıqlayıb. Bundan əlavə, 10 km-lik…

Read More
Dünya 

“Qara qutu” açıldı, qaldı saxladığı sirr…

Bu gerçəyin üzə çıxması nələri dəyişə bilər? Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bir neçə mühüm məlumat açıqladı. Prezident Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada “qara qutu”ların təhlilinə başlanıldığını dedi. “Təbii ki, bu günə qədər hələ də açıq olmayan bütün məsələlər də üzə çıxacaq. Gün kimi aydın olan məsələlər ondan ibarətdir ki, təyyarə radio elektron mübarizə (REM) vasitələri…

Read More
Dünya 

Ermənistanda sürən siyasi çəkişmələr fonunda bir general həbs edilib

Ermənistan silahlı qüvvələri baş qərargah rəisinin keçmiş müavini İkinci Qarabağ savaşında səhlənkarlıqda suçlanaraq həbs olunub. AzadlıqRadiosunun erməni xidmətinin bilgisinə görə, Tiran Xaçatryan 2020-ci ildə Ermənistanla Azərbaycan arasındakı 44 günlük savaş zamanı xidməti vəzifələrini yerinə yetirməyib. İttihamlara görə, Xaçatryanın gərəkli müdafiə xətləri təşkil etməməsi Azərbaycan qoşunlarına strateji uğurlar qazandırıb. Xaçatryan ittihamları rədd edib, onun vəkilləri isə generala qarşı ittihamları “əsassız” adlandıraraq apellyasiya məhkəməsinə üz tutacaqlarını bildiriblər. Onların iddialarına görə, keçmiş yüksəkrütbəli hərbçidən siyasi baxışlarına görə qisas almaq istəyirlər. Rəsmi Yerevanın hərbi uğursuzluqlarından sonra hərbçi həbsləri baş nazir Nikol Paşinyanla hərbi dairələr…

Read More
Dünya 

Siqaretin qiymətində artım: Ən ucuzu 3.89 manat oldu

Yeni ilin gəlməsi ilə Türkiyədə siqaretin qiymətlərində artım olub. Xüsusi İstehlak Vergisi Qanunu çərçivəsində tütün məmulatlarına tətbiq edilən Sabit və Minimum Vergi məbləğləri yenilənir. Belə ki, vergi artımından sonra orta hesabla 75 lirə (3.60 AZN) olan siqaret qutusunun Xüsusi İstehlak Vergisi (SCT) 60,43 (2.90 AZN) lirədən 61,01 lirəyə (2,93 AZN) yüksəlib. Bununla da hazırda ən ucuz siqaretin qiyməti 81 lirə (3.89 AZN) təşkil edir./Publika.az

Read More
Dünya 

Bu ölkədə ictimai obyektlərdə xaş qadağan edildi

Almaniyada ictimai obyektlərdə xaş qadağan edilib. Bu barədə Almaniya mətbuatı yazıb. Mənbə qeyd edir ki, qadağanın əsas səbəbi “Scrapie” adlı yoluxucu sinir sistemi xəstəliyidir. Ölkəyə xaricdən qoyun kəlləsini və ayaqlarını gətirən türkiyəli şəxslərin isə cərimələndiyi bildirilir. Qoyun kəlləsindən yeməklərin hazırlanması Finlandiya, İsveçrə, İsveç və Portuqaliya kimi Avropa ölkələrində də qadağan edilib. Ancaq bu ölkələrdə qadağanın şamil oldunduğu yeməklər siyahısında xaşın adı yox idi. Qeyd edək ki, “Scrapie” insanlarda rast gəlinməsə də, qoyun və keçilərin sinir sisteminə mənfi təsir göstərən xəstəlikdir. (Bizim.Media)

Read More
Dünya 

2025-də SSRİ yenidən doğulacaq – Vasserman

SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə 2025-ci ildə baş verəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman səsləndirib. “Yenidən doğulma ümid deyil, qaçılmaz zərurətdir. 2025-ci ildə bunu etmək üçün vaxtımız ola bilər, lakin daha bir neçə il gözləməli ola bilərik”, – Vasserman deyib. O qeyd edib ki, məsələn, Amerika ştatlarının bəziləri Meksikanın keçmiş əraziləridir: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona…

Read More
Dünya 

Bu ölkədə avtobus partladı: 4 ölü, 30-dan çox yaralı var

Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Pakistanın “DAWN” agentliyi məlumat yayıb. Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır. İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır. Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb. Pakistanın Baş naziri Şahbaz Şərif hücumu pisləyib. “Terrorçular öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri…

Read More