Dünya 

Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Rusiyanın Voronej vilayətində “Mi-28” hərbi helikopteri qəzaya uğrayıb. Bu barədə İstintaq Komitəsinin hərbi idarəsindən bildiriblər. Məlumata əsasən, helikopter sərt enişdən sonra alovlanıb. Bildirilib ki, qəza yanvarın 1-də baş verib. İstintaq Komitəsi hadisədən sonra araşdırmalara başlayıb. Hadisə nəticəsində helikopterdə olan iki ekipaj üzvü həlak olub./Trend

Read More
Dünya 

Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

Yanvarın 4-də Yer sakinləri 2025-ci ildə ən böyük günəş diskini müşahidə edə biləcəklər, çünki Günəş Yerdən minimum məsafədə, başqa sözlə Yerə ən yaxın məsafədə olacaq. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Moskva planetariumu” məlumat yayıb. “4 yanvar – Yer periheliondadır, Günəşdən ən yaxın məsafədədir, bu, bizə Günəşin ən böyük diskini 2025-ci ildə müşahidə etməyə imkan verəcək”, – məlumatda deyilib. Astronomlar bu il iki Ay və iki Günəş tutulmasının olacağını bildiriblər. Ay tutulmaları martın 14-də və sentyabrın 7-də, Günəş tutulması isə martın 29-da və sentyabrın 21-də müşahidə olunacaq.…

Read More
Dünya 

ABŞ və Avropa narahatdır, “Made in China 2025” işə düşüb

Pekin Çin iqtisadiyyatını 2025-ci ildə daha böyük uğura aparan yol xəritəsi tərtib edib. Çin lideri Si Cinpin ölkəsini dominant güc olmaq və şirkətlərini birinci yerdə yerləşdirməyi hədəfləyən “Made in China 2025” proqramını işə salıb. Proqram Çin şirkətlərinə hökumət subsidiyalarını almaq, dövlət müəssisələrini səfərbər etmək və qlobal rəqabətdə digərlərini üstələmək məqsədilə intellektual mülkiyyəti əldə etmək üçün üstünlüklər verəcək. Əslində Pekinin yeni proqramı ABŞ və Avropa İttifaqı bazarlarında Çin məhsullarının sıxışdırılmasına cavabdır. “Made in China 2025” proqramı tam məxfilik şəraitində hazırlanıb. Musavat.com xəbər verir ki, bu fikirləri “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq…

Read More
Dünya 

Türkiyədə AĞIR QƏZA – 18 nəfər YARALANDI

Türkiyənin Balıkesir şəhərində ağır yol qəzası verib. “Habertürk” xəbər verir ki, hadisə şəhərin Kepsut rayonunda baş verib. Qəza nəticəsində 18 nəfər yaralanıb, iki nəfər ölüb. Əraziyə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Qəzanın səbəbi məlum deyil.//Report

Read More
Dünya 

150 kiloqram çəkisi olan kişinin Yeni il gecəsi kabab yeməkdən mədəsi deşildi

Rusiyanın Novosibirsk şəhərində 150 kiloqram çəkisi olan kişi bayram ziyafəti zamanı kababı həddən artıq yediyi üçün xəstəxanaya yerləşdirilib. Təxminən səkkiz saat davam edən mürəkkəb əməliyyat nəticəsində onu xilas etmək mümkün olub. Məlumata görə, kişi kababı bişirib və dostlarını qonaq çağırıb. Ev sahibi özü kababı həddən artıq yeyib və buna güclü içkilər də əlavə edib. Bir müddət sonra qarnında şiddətli ağrılar başlayıb. O, təcili olaraq yerli Meşalkin tibb mərkəzinə yerləşdirilib. Burada həkimlər qeyri-standart yerdə aortanın yırtılması diaqnozu qoyublar. Zərərçəkənin hipertoniyası da olub. Nəticədə cərrahlar əməliyyat keçirib, bundan sonra manqal həvəskarı sağalmağa…

Read More
Dünya 

Qazaxıstanda qar fırtınası səbəbindən 40 maşın bir-birinə girdi – SANİYƏBƏSANİYƏ VİDEO

Qazaxıstanın şimalında, Astana-Şuçinsk magistralında güclü qar fırtınası nəticəsində böyük zəncirvari yol qəzası baş verib. Polis idarəsinin məlumatına görə, hadisədə 40 avtomobil toqquşub. İlkin məlumatlara görə, qəza hava şəraitinin kəskin pisləşməsi, güclü külək və görmə məsafəsinin azalması səbəbindən baş verib. Xoşbəxtlikdən, hadisə zamanı insan itkisi barədə məlumat daxil olmayıb, lakin bir neçə nəfər xəsarət alıb. Yol polisi və xilasedicilər hadisə yerində işlərini davam etdirirlər. Magistralda nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. Musavat.com hadisənin görüntülərini təqdim edir.

Read More
Dünya 

Qadını metro qatarının altına atmaq istədi: saçyolduya çıxdılar – VİDEO

Metrodan qeydə alınan görüntü diqqət çəkib. Rusiyada baş verdiyi ehtimal olunan hadisədə iki qadın arasında yaşanan insident az qala ölümlə nəticələnəcəkdi. Belə ki, qadın həmcinsini gələn qatarın təkərləri altına atmaq istəyib. Onun ayıq-sayıqlığı faciənin qarşısını alıb. Daha sonra tərəflər saçyolduya çıxıblar. Onları ayırmaqda çətinlik çəkiblər. Sözügedən videonu təqdim edirik: Milli.Az

Read More
Dünya 

Təyyarə hava limanı üzərində 3,5 saat havada qaldı

Krakovda eniş etməli olan WZZ401 reysinin pilotu qeyri-rəsmi rekord qırıb. Pilot 3,5 saat Tarnava və Nedzvedz arasında dövrə vurub. Bu barədə Polşa mediası məlumat yayıb. Flightradar-24-ün məlumatına görə, təyyarə Krakov-Balitse hava limanı ətrafında 27 dövrə vurub. Təyyarə bazar günü yerli vaxtla saat 07:35-də Katovitsedən havaya qalxsa da, təyinat yerinə, yəni Krakov şəhərinə çatmayıb. Bir neçə saat hava limanı üzərində dövrə vurduqdan sonra təyyarə öz uçuş yerinə qayıdıb. Qeyd edək ki, təyyarə Krakova hava şəraitinə görə eniş etməyib./axar.az

Read More
Dünya 

Rusiyaya işləməyə gedənlərin NƏZƏRİNƏ: bu şəxslər ölkədən çıxarılacaq

Rusiyadakı qeyri-qanuni mühacirlər aprelin 30-dək (2025-ci il) ölkəni tərk etməli və ya hüquqi statuslarına düzəliş etməlidirlər. Bu barədə Rusiya Prezidenti Vladimir Putinin imzaladığı fərmanda deyilir. Rusiyada qeyri-qanuni mühacirlərin deportasiyası rejimi 2025-ci il fevralın 5-dən qüvvəyə minəcək. Bu, Rusiyada qalmaq üçün qanuni əsasları olmayan əcnəbilərə şamil ediləcək. Bu kateqoriyadan olan bütün vətəndaşlar ölkədən çıxarılana və ya hüquqi vəziyyəti tənzimlənənə qədər nəzarət edilən şəxslərin reyestrinə daxil ediləcək./Axar.az/

Read More
Dünya 

Azərbaycan Suriyaya 200 tona yaxın humanitar yardım göndərib

Azərbaycan Prezidentinin göstərişinə əsasən, Suriyada humanitar böhrandan əziyyət çəkən əhaliyə yardım məqsədilə müvafiq humanitar dəstək göndərilir. “Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, on yük avtomobilindən ibarət konvoyda ümumilikdə 200 tona yaxın ərzaq və qida məhsulları var: “Konvoy Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Suriyaya və oradan da İdlib şəhərinə çatdırılacaq. Yardımın Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyi (AFAD) vasitəsilə Suriyada ehtiyacı olan əhaliyə ayrılması nəzərdə tutulub”. Yardım artıq yola salınıb.

Read More