Dünya 

Üç və daha çox uşağı olan ailələrə ŞAD XƏBƏR

Latviyada üç və ya daha çox uşağı olan ailələr üçün yeni təklifin hazırlaması müzakirə olunur. Nesw24.az xəbər verir ki, bu haqda təhsil mütəxəssi Andres Dreymanes yerli KİV-ə danışıb. Onun sözlərinə görə, təklif uşaqların təhsildəki inkişafına təkan verə bilər. “Təklif hələ ki 3 və daha çox uşağı olan ailələr üçün nəzərdə tutulub. Çünki elə çoxuşaqlı ailələr var ki, həmin ailədəki hər bir uşaq yüskək təhsil potensialına malikdir. Təbii ki, təhsilini inkişaf etdirmək istəyən şagirdlər ödənişli kurslarda iştirak etmək istəyirlər, bəzən ödənişlərə görə valideynlər uşaqlara maddi dəstək göstərə bilmirlər. Ona görə təklif…

Read More
Dünya 

Gürcüstanın Baş naziri müxalifətə seçkilərlə bağlı çağırış edib

“Müxalifətin saxtakarlıqla bağlı ittihamlarına baxmayaraq, Gürcüstanda keçirilən parlament seçkilərində ciddi pozuntuları göstərən faktlar yoxdur”. “Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. “Əslində, saxtalaşdırmadan söhbət getdiyindən yox, bu seçkilərdə hər hansı ciddi qanun pozuntusunun ola biləcəyini göstərən faktlar yoxdur”, – deyə o qeyd edib. O qeyd edib ki, müxalifətin saxtalaşdırmanın olmadığını bəyan etməkdən başqa yolu yoxdur. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticəyə əsasən “Gürcü Arzusu” 54,24% səs toplayıb. Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib. Gürcüstanda dörd qərbyönümlü müxalifət koalisiyası…

Read More
Dünya 

Nyutonun proqnozu: Qiyamət bu tarixdə qopacaq

XVII əsrdə yaşamış britaniyalı alim İsaak Nyutonun hesablamalarına görə, dünyanın sonu 36 ildən sonra gələcək. Elm adamı bir dəfə İncilin mənasını deşifrə etməyə və Qiyamətin dəqiq tarixini müəyyənləşdirməyə çalışıb. Son vaxtlara qədər Nyutonun istədiyi tarixi kəşfə nail olub-olmadığı məlum deyildi. Britaniyanın “Daily Telegraph” qəzetinin yazdığına görə, Nyutonun hesablamalarının nəticəsini ehtiva edən qeydlər 1930-cu illərdə Yerusəlim kitabxanasında (İsrail) tapılıb. Nyutona görə, Qiyamət 2060-cı ildə qopacaq.//Teleqraf.com

Read More
Dünya 

İran YAXIN GÜNLƏRDƏ İsrailə zərbə endirəcək

İran bir neçə gün ərzində İraq ərazisindən İsrailə böyük zərbə endirməyə hazırlaşır. “Report”un məlumatına görə, bu barədə İsrail kəşfiyyatındakı mənbələrə istinadən “Axios” portalı məlumat yayıb. Qeyd olunub ki, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilərə qədər çoxlu sayda pilotsuz uçuş aparatlar və ballistik raketlərin iştirakı ilə əməliyyat keçirə bilər. Portalın məlumatına görə, İraq ərazisindən hücum İrandakı strateji hədəflərə İsrailin növbəti hücumundan qaçmaq cəhdidir. Vaşinqton administrasiyasındakı həmsöhbət nəşrə bildirib ki, ABŞ İran hakimiyyətinin yaxın vaxtlarda zərbə endirmək qərarı barədə məlumatsızdır. Bundan əvvəl CNN analoji bəyanatla çıxış edib.

Read More
Dünya 

Lavrov: Xəzəryanı ölkələrin birgə işi Avrasiyada sabitliyə töhfə verir

Xəzər regionu dövlətlərinin (Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan) birgə işi Avrasiyada sabitliyin təmin olunmasına töhfə verir. “Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov II Beynəlxalq Xəzər Rəqəmsal Forumunun iştirakçılarına videomüraciətində bildirib. “Xəzər ölkələrin birgə fəaliyyəti Avrasiyada sabitliyin və dayanıqlı inkişafın təmin edilməsinə, beynəlxalq həyatın çoxqütblü prinsiplərinin möhkəmlənməsinə obyektiv töhfə verir”, – o bildirib. S.Lavrov qeyd edib ki, Xəzər regionu ticari-iqtisadi, nəqliyyat-tranzit, ekoloji, elmi, humanitar və digər sahələrdə çox böyük inkişaf potensialına malikdir: “Onların hər birinə müasir rəqəmsal həllər lazımdır. Rusiya Rəqəmsal İnkişaf Nazirliyinin…

Read More
Dünya 

AK Gürcüstanla Aİ-yə qəbulla bağlı danışıqlara başlamaqdan imtina edib

Avropa Komissiyası (AK) Gürcüstanın siyasi kursunun dəyişdirilməsini tələb edərək, rəsmi Tiflis ilə Avropa İttifaqına (Aİ) qəbulla bağlı danışıqlara başlamaq üçün tövsiyə verməkdən yayınıb. “Report” xəbər verir ki, bu barədə bəyanat AK-nın namizəd ölkələrin Aİ-yə gedən yolda genişlənməsi və tərəqqisinə dair Brüsseldə dərc olunan illik hesabatında yer alıb. “Əgər Gürcüstan Aİ-yə gedən yolunu sarsıdan kursunu dəyişməsə və islahatların həyata keçirilməsində Aİ-nin narahatlıqlarına cavab vermək üçün aydın səylər nümayiş etdirməsə, AK Gürcüstan ilə danışıqlara başlamaq tövsiyəsini nəzərdən keçirmək iqtidarında olmayacaq”, – sənəddə deyilir. AK-nin tövsiyəsi namizəd ölkənin qəbulu üçün danışıqlara başlamaq məsələsində…

Read More
Dünya 

Bu ölkədə “meymunçiçəyi”nin yeni variantına rast gəlindi

Britaniyanın London şəhərində bir nəfər “meymunçiçəyi” (mpox) virusunun yeni variantına yoluxub. Bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, həmin vətəndaş Afrikada səyahətdə olarkən virusa yoluxub. Virus həmin sakin Londona qayıtdıqdan sonra onda aşkarlanıb və o, xüsusi təchiz olunmuş xəstəxanaya göndərilib. Agentlik əlavə edib ki, virusa yoluxma halı azdır və vətəndaşların narahat olmasına səbəb yoxdur. Qeyd edək ki, “meymunçiçəyi” virusunun yeni variantı ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən bu ilin avqust ayında Konqo Demokratik Respublikasında aşkar olunub. ÜST-nin son məlumatına görə, bu il Afrikada 44,000-dən çox təsdiqlənmiş və ya…

Read More
Dünya 

Valensiyada infrastruktur dağılıb, şəhər yerlə-yeksan olub

İspaniyanın Valensiya şəhərində yollar və bütün ərazilər su altında qalıb, bu da xilasetmə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir, hərəkəti məhdudlaşdırır. “Report” xəbər verir ki, Valensiya və ətrafında güclü yağışların səbəb olduğu dağıdıcı daşqının fotoları yayılıb. Gündəlik yağıntının səviyyəsi illik həcmə bərabərdir. Daşqınlar infrastrukturu məhv edib, yaşayış sahələrini su basıb, rabitə əlaqəsində fasilələrə səbəb olub, sakinləri elektriksiz qoyub. Yolların su basması səbəbindən xilasetmə əməliyyatlarında çətinliklər yaranıb. Pikanya kimi sahil rayonlarında küçələr palçıqla örtülüb. Qeyd edək ki, faciə ilə əlaqədar region hakimiyyəti üç günlük matəm elan edib. Xilasetmə xidmətləri itkin düşənləri axtarışını davam…

Read More
Dünya 

İranda SEPAH-ın təlim helikoperi qəzaya uğrayıb

İran İslam Respublikasının Fars əyalətində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlim helikopteri qəzaya uğrayıb. “Azad İran” “Telegram” kanalı bu barədə İran KİV-ə istinadən xəbər verib. Məlumata görə, SEPAH-ın quru qüvvələri bölmələrindən birinin təlim missiyasına cavabdeh olan və SEPAH-ın aviasiyasına məxsus helikopter eniş zamanı Zərindəşt şəhəri yaxınlığında qəzaya uğrayıb. Qeyd olunub ki, qəza zamanı helikopterdə olan şəxslərdən biri yaralanaraq xəstəxanaya aparılıb.

Read More