Əsas səhifə 

Ölkənin inkişaf və tərəqqisində yeni mərhələ

2024-cü il fevralın 7-i tarixi müasir Azərbaycan tarixinə yeni əlamətdar gün kimi düşdü. Həmin gün keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyev seçkilərdə iştirak etmiş seçicilərin 92,12 faizinin (4 567 458 səs) səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Çox yüksək seçici fəallığı ilə (76,43 faiz) keçən bu seçkiləri 72 nüfuzlu beynəlxalq təşkilat və 89 ölkədən 790 beynəlxalq müşahidəçi, eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektinnin 217 təmsilçi də bu seçkiləri izlədilər. Zəfər seçkiləri adlandırılan bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün ərazisində, o cümlədən…

Read More
Əsas səhifə 

Ölkəmiz qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir

Dövlət başçısı İlham Əliyevin «Konstitusiya və Suverenlik İli» ilə bağlı Sərəncamında da qeyd edildiyi kimi, Azərbaycan yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir Hər bir ölkənin inkişafında digər amillərlə yanaşı, demokratiyanın vacib elementlərindən olan insan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi əhəmiyyətli rol oynayır. Ölkəmizdə insan amilinə verilən dəyər atılan hər addımda özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin 2003-cü ildə irəli sürdüyü və artıq reallığa çevrilən «Neft kapitalını insan kapitalına çevirək!» tezisi də bunun bariz nümunəsidir. «Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə…

Read More
Əsas səhifə 

Xalqın Liderinə sarsılmaz inamı

2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbə qazanaraq növbəti müddətə dövlət başçısı seçilməsi xalqın öz Liderinə sarsılmaz inamından qaynaqlanmaqla, son iyirmi ildə görülən işlərə, qazanılan uğurlara verilən dəyərdir Çoxəsrlik dövlətçilik tariximizdə özünəməxsus yeri olan, nadir, bənzərsiz şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev tarixin yaddaşında əbədi iz qoymaqla yanaşı – rifahı, gələcəyi üçün həyatının son gününə kimi çalışdığı doğma Vətənini müəllifi olduğu möhkəm təməllər üzərində davam etdirən layiqli davamçısı cənab İlham Əliyevə əmanət etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan 21…

Read More
Əsas səhifə 

Güclü iqtisadiyyat yaradaraq sosial məsələlərin həlli istiqamətində addımlar atırıq

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur «Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır» söyləyən dövlətimizin başçısı İlham Əliyevin sosial sahəyə xüsusi diqqəti ölkəmizdə davamlı sosial inkişafa, məşğulluq proqramlarının uğurla icra edilərək ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilməsinə, sosial təminat sisteminin gücləndirilməsinə imkanlar yaradır. Cənab İlham Əliyev onu da bildirir ki, sosial siyasət həmişə prioritet olub və olacaq. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi insanların daha…

Read More
Əsas səhifə 

Milli iqtisadiyyatımızın dinamik inkişafı

Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət sayəsində Azərbaycan Respublikasının həm beynəlxalq aləmdəki nüfuzu, həm də iqtisadi imkanları günü-gündən yüksəlməkdədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin artacağına əminlik yaradır. Regional və beynəlxalq əlaqələrimizin genişləndirilməsi yeni layihələrin reallaşdırılmasına münbit şərait yaradır. Ticarət əlaqələrinin daha da genişləndirilməsi, nəqliyyat infrasturukturunun inkişaf etdirilməsi iqtisadi prioritetlərimizin mühüm tərkib hissəsidir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadiyyatımız dinamik inkişaf yolundadır. Dövlət başçımız Cənab İlham Əliyev iqtisadiyyatımızın sürətli yüksəlişi naminə daim yorulmadan çalışır. Azərbaycan Respublikasının…

Read More
Əsas səhifə 

Ağalar Vəliyev: Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi qüdrətini nümayişidir

“Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə səsləndirdiyi məqamlar Azərbaycanda son illərdə sözügedən sahədə görülən işlərin hesabatı oldu. Müşavirədə qeyd olunan rəqəmlər, eyni zamanda, Azərbaycanın iqtisadi qüdrətinin nümayişidir. Belə ki, son 15 ildə təkcə Bakı şəhərində icra edilən nəqliyyat-infrastruktur layihələrinin – yeni metro stansiyalarının istifadəyə verilməsinin, körpülərin, tunellərin tikintisinin, yeni yolların salınmasının maliyyə tutumuna baxdıqda bu bir daha aydın olur”. Milli Məclisin deputatı Ağalar Vəliyev bu fikirləri “İki sahil”ə açıqlamasında söyləyib. Son illərdə görülən işlər sayəsində Azərbaycanda şəhər və rayonlararası nəqliyyat əlaqələrinin yaxşılaşdığını, müasir avtomagistralların inşa olunduğunu qeyd edən deputat deyib…

Read More
Əsas səhifə 

Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir – TƏHLİL

Prezident İlham Əliyev bildirir ki, sülh müqaviləsi ilə bağlı bütün şərtlərimiz qəbul ediləcək “Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən…

Read More
Əsas səhifə 

Nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır

Dövlətimizin başçısı İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bir daha bildirdi ki, ölkə üzrə, o cümlədən azad edilmiş ərazilərdə bütün nəqliyyat layihələri bundan sonra da icra ediləcək Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Azərbaycanın nəqliyyat imkanlarının təqdimatı kimi dəyərləndirilən həmin müşavirədə dövlətimizin başçısı İlham Əliyev «Azərbaycanın coğrafi vəziyyəti elədir ki, bizim ərazimizdən beynəlxalq nəqliyyat dəhlizləri keçir və ona görə keçir ki, biz bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edə bilmişik. Sadəcə olaraq, coğrafi yerləşmə hələ o demək deyil ki, hər hansı bir ölkə nəqliyyat qovşağına çevrilə bilər.…

Read More
Əsas səhifə 

Nəqliyyat infrastruktununun inkişafı gələcək perspektivdən xəbər verir

Nəqliyyat infrastrukturunun inkişafı hər bir dövlətin prioritet sahələrindən biridir. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu yöndə aparılan islahatlar öz müsbət nəticəsini verməkdədir. Təbii ki, cəmiyyətin davamlı inkişafını nəzərə alaraq nəqliyyat sahəsində də təkmilləşdirmə işlərinin aparılması qaçılmazdır. Bu sahədə mövcud problemlərin həlli isə strateji əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də keçirdiyi müşavirədə nəqliyyat məsələlərinə dair verdiyi açıqlamalar, Bakının və ümumiyyətlə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, bu sahədə mütərəqqi addımlar atılacaq. Beynəlxalq nəqliyyat qovşağı kimi…

Read More