Cəmiyyət 

Azərbaycanda hər gün 106 nəfər boşanır-STATİSTİKA

Tipik mental adətlərlə, ailə bağları və qohum tanış təklifləri əsasında qurulan ailələr… Ata və ananın görmək istədiyi, arzuladığı ailə, gəlin, kürəkən modelinə uyğun olan insanların daha sonra bir-birinə uyğunlaşmaması səbəbindən artan boşanmalar…

ARANTV.AZ xəbər verir ki, Azərbaycanda hər gün 106 nəfər boşanır. Son 8 ayda isə 12713 boşanma faktı qeydə alınıb.

Azərbaycanda boşanmaların artması ilə əlaqədar həyacan siqnalı çalınır. Günü-gündən artan və ailənin süqutuna şərait yaradan boşanmaların səbəbləri cəmiyyəti düşündürür. Bu mövzunun sosial şəbəkələrdə geniş müzakirə obyektinə çevrilməsi də bunu təsdiq edir. İnsanlar həm təqdim olunan statistikaya, həm də öz şəxsi müşahidələrinə və ya təcrübələrinə əsaslanaraq mövcud durumun səbəblərini və ondan çıxış yollarını düşünürlər.Sonxeber.az

Daha çox xəbərlər